Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İran müharibənin bitməsi üçün altı şərt irəli sürüb - “Əl-Məyadin”

Tarix 22.03.26, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi “Əl-Məyadin” telekanalına açıqlamasında bildirib ki, rəsmi Tehran ABŞ və İsrailə qarşı “müdafiə müharibəsi” çərçivəsində əvvəlcədən hazırlanmış, çoxmərhələli strategiya həyata keçirir.

Mənbənin sözlərinə görə, bu plan bir neçə ay əvvəl hazırlanıb və hazırda “yüksək strateji səbir” prinsipi ilə icra olunur. Rəsmi iddia edib ki, bölgədə ABŞ və İsrailin hava hücumundan müdafiə sistemləri və radar infrastrukturu zərərsizləşdirildikdən sonra İran artıq İsrailin hava məkanı üzərində “tam nəzarətə” malikdir.

Açıqlamada qeyd olunub ki, ABŞ-İsrail qüvvələrinin infrastruktur və strateji obyektlərə hücumlarından sonra Tehran yaxın perspektivdə atəşkəs gözləmir. Rəsmi əlavə edib ki, İran “artan hərbi üstünlüyünü” nəzərə alaraq, “təcavüzkarı cəzalandırmaq” siyasətini davam etdirəcək və Donald Trump administrasiyasına “tarixi dərs” vermək niyyətindədir.

Məlumata görə, regiondakı bir sıra tərəflər və vasitəçilər Tehrana müharibənin dayandırılması ilə bağlı təkliflər təqdim etsə də, İran hər hansı razılaşmadan əvvəl yerinə yetirilməsini tələb etdiyi şərtləri açıqlayıb.
Rəsmi Tehranın irəli sürdüyü əsas şərtlər bunlardır:
- Müharibənin yenidən başlamamasına zəmanət verilməsi
- Bölgədəki ABŞ hərbi bazalarının bağlanması
- İrana kompensasiyanın ödənilməsi
- Regional münaqişələrin tam dayandırılması
- Hörmüz boğazı üçün yeni hüquqi çərçivənin yaradılması
- İrana düşmən hesab edilən media nümayəndələrinin ekstradisiyası



Xəbərin oxunma sayı : 331




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap