Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycan cüdoçularından Bremendə möhtəşəm start: 15 medal qazanıldı

Tarix 22.03.26, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turniri start götürüb. 

AzFakt.com xəbər verir ki, yarışın ilk günündə U-18 yaş kateqoriyasında qaliblər və mükafatçılar müəyyənləşib. Yeniyetmə oğlanlardan ibarət yığmamız möhtəşəm çıxışı ilə yadda qalıb.

Rza Xəlilli (-50 kq), Məhəmmədəli Hüsiyev (-60 kq), Ayxan Həsənli (-81 kq) və Ömər Axundov (-90 kq) qızıl medal qazanıb. Fərid Xudiyev (-55 kq), Mehman Əsgərov (-60 kq) və Polad Həsənli (-81 kq) gümüş mükafata layiq görülüb. Nihad Ağayev (-50 kq), Devid Mahmudov (-55 kq), Mikayıl Qocayev (-60 kq), Elgün Səfərov (-66 kq), Sadiq Məmmədov (-73 kq), Yaqub Məmmədov (-81 kq), Nurəddin Əliyev (-90 kq) və Tamerlan Əliyev (+90 kq) isə bürünc medal əldə edib.

Beləliklə, yekunda 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, sabah turnirdə U-21 yaş kateqoriyasında görüşlər keçiriləcək. Yarışda ümumilikdə 30 ölkədən 839 idmançı iştirak edir.



Xəbərin oxunma sayı : 346




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap