Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Artıq heç bir təmkin nümayiş etdirməyəcəyik” - Abbas Əraqçi

Tarix 19.03.26, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkəsinin mülki və strateji obyektlərinə endirilən zərbələrlə bağlı kəskin xəbərdarlıq edib.

AzFakt.com xəbər verir ki, XİN rəhbəri bu barədə “X” hesabında paylaşım edib.

Əraqçi qeyd edib ki, İran indiyə qədər İsrailin hücumlarına cavab olaraq öz hərbi imkanlarının yalnız kiçik bir hissəsindən istifadə edib:

“İsrailin infrastrukturumuza hücumuna cavab olaraq gücümüzün bir hissəsindən istifadə etdik. Təmkinli olmağın yeganə səbəbi regionda tələb olunan deeskalasiyaya (gərginliyin azaldılmasına – red.) olan hörmətimiz idi. Lakin infrastrukturumuz yenidən zərbə alsa, artıq heç bir təmkin nümayiş etdirməyəcəyik. Müharibənin hər hansı formada başa çatması İranın mülki infrastrukturuna dəymiş ziyanın tam şəkildə aradan qaldırılmasını nəzərdə tutmalıdır”.

Xatırladaq ki, martın 18-də İranın cənubundakı dünyanın ən böyük qaz yataqlarından biri olan “Cənub Pars” yatağına zərbələr endirilib. Bu hadisədən sonra Tehran regiondakı enerji obyektlərinə qarşı cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.



Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap