Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm - Açıqlama

Tarix 21.04.26, 19:29

Font ölçüsü : - / +
bitmap-img6


"Dövlət başçımızın qərarı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nazirliyin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə birləşdirildi. Bu fərmanın məqsədi məhz icbari tibbi sığorta sahəsində başlanmış islahatların davam etdirilməsi, islahatların daha da dərinləşdirilməsi və gücləndirilməsindən ibarətdir".

AzFakt.com xəbər verir ki, bunu APA və ARB24 televiziya kanalına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, hazırda dövlət başçısının fərmanının icrası çərçivəsində nazirlikdə iki istiqamət üzrə xüsusi təhvil-təslim komissiyaları yaradılıb:

“Birinci komissiya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşməsi prosesini təmin edir. İkinci komissiya isə Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinə ötürülməsini təmin edir. Ümumilikdə, ölkəmizdə çox geniş səhiyyə sistemi fəaliyyət göstərir. Bu həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz də bu prosesə öz dəstəyimizi verəcəyik. Əlbəttə, qarşımızda duran bir sıra vəzifələr var. Həmin vəzifələrin icrası çərçivəsində biz əhalinin tibbi xidmətlərə olan ehtiyacının daha yaxşı, keyfiyyətli ödənilməsi, icbari tibbi sığorta çərçivəsində icra olunan proqramların əhatə dairəsinin artırılması və keyfiyyətinin yüksəlməsini hədəfləmişik. İnanırıq ki, bu istiqamətdə atacağımız addımlar effektiv olacaq.

Hazırda əsas hədəfimiz sistemin tam şəkildə rəqəmsallaşmasına nail olmaqdan ibarətdir. Göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşma prosesinə ciddi dəstəyin verilməsi bu prosesin daha da genişlənməsidir. Hökumətin birgə fəaliyyəti ilə həyata keçirilən tədbirlər nəticəsində əlçatanlığın, keyfiyyətin, göstərilən xidmət sayının artırılması əsas hədəflərimizdəndir”.



Xəbərin oxunma sayı : 376




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap