Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ermənilər yeni faciələr istəmirsə, kənarda vətən axtarışına son qoymalıdır - Paşinyan

Tarix 24.04.26, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Erməni xalqı bundan sonra faciələrlə üzləşmək və beynəlxalq oyunçuların əlində alət olmaq istəmirsə, o zaman kənarda vətən axtarışına son qoymalıdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan uydurma erməni soyqırımı ilə bağlı müraciətində deyib.

O bildirib ki, bu gün Ermənistan dövləti və sülh  mövcuddur. “Dövlət və sülh erməniləri gələcəkdə fəlakətlərin təkrarlanmayacağına zəmanətdir. Bu tarixi məqsədə çatmaq üçün Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometr ərazisini əhatə edən ərazisindən kənarda vətən axtarışına son qoymalıyıq.

Bu ərazi erməni xalqının rifahı və inkişafı üçün kiçik bir ərazi deyil. Bu gün onlarla yaşayış məntəqəmiz boşdur və bütövlükdə dövlət əhalisi azdır. Bu, sülhün olmaması və vətənin dövlət, kimliyin dövlət, təhlükəsizliyin isə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət olduğunu anlamaqdan irəli gəlirdi. Bu anlayışa əsaslanaraq, erməni xalqı əbədi sürgün və sərgərdanlıq məntiqindən azad olmalıdır.

Ermənistan Respublikası, hazırkı ərazisində, 5 və ya 10 milyon erməniyə ev sahibliyi edə bilər. Sinqapur Sevan gölünün üçdə ikisindən də kiçikdir, lakin 5,5 milyon insana ev sahibliyi edir, çünki dövlət təhsil, özünüdərk, sülh və insan mərkəzli istəklər üzərində qurulub”.
Paşinyan əlavə edib ki,  sülh və təhlükəsizlik isə yalnız ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması yolu ilə qonşularla yaxşı tənzimlənən münasibətlərdən asılıdır. “"İtirilmiş vətən" çağırışı ilə çıxış edənlər bilməlidir lər ki, bu yolun son qaçılmaz nöqtəsi dövlətçiliyin və vətənin itirilməsidir. Çünki dünyada hər kəsin öz tarixi, öz həqiqəti və öz itirilmiş vətəni var”.



Xəbərin oxunma sayı : 388




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap