Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Kristal Abşeron“dan mənzil alanlar niyə peşman olur? - SƏBƏBLƏR

Tarix 12.05.26, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


"Kristal Abşeron" şirkətinin inşa etdiyi yaşayış kompleksləri ilə bağlı ciddi iddialar mövcuddur.

AzFakt.com xatırladır ki, sözügedən inhisarçı şirkətin inşa etdiyi binaların keyfiyyəti ilə bağlı mübahisələr həmişə aktual olub.

Xüsusilə də binaların zəlzələyə davamlılıq göstəriciləri, eləcə də keyfiyyətli tikinti materiallarından istifadə edilməsinə dair şübhələr vətəndaşları həmişə maraqlandıran məsələlər sırasında olub. Buna baxmayaraq, vətəndaşlara real dəyərindən dəfələrlə baha qiymətə təqdim edilən mənzillərin yerləşdiyi binalarla bağlı ictimai inam mövcud deyil. Sadəcə olaraq, alternativlərin yoxluğu və ya azlığı vətəndaşları "Kristal Abşeron"a üz tutmağa vadar edir. 

Şirkətin fəaliyyətində şəhərsalma və tikinti normativlərinin pozulması, eləcə də mənzil idarəçiliyi ilə bağlı narazılıqlar isə durmadan artmaqdadır. Bəzi yaşayış komplekslərində avtomobil yolları, piyada səkiləri və yol çiyinlərinin istifadəsi ilə bağlı qaydalara əməl olunmayıb. Müəyyən ərazilərdə qeyri-qanuni parklanma və yol sahələrinin məhdudlaşdırılması nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranır. Bu vəziyyətin bəzi hallarda yolun hərəkət hissəsinin bir neçə zolağının zəbt olunmasına qədər gətirib çıxardığı qeyd olunur.

Mənzil idarəçiliyi ilə bağlı irəli sürülən iddialara əsasən, kommunal ödənişlərin toplanması və xərclənməsi üzrə şəffaf hesabatlılıq məsələləri də sual doğurur. 

Xatırladaq ki, "Kristal Abşeron"un faktiki sahibi Milli Məclisin deputatı Ağalar Vəliyevdir.(Savashmedia.az) 



Xəbərin oxunma sayı : 2074




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap