Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaradıb - VİDEO

Tarix 12.05.26, 21:44

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.

Xezerxeber.az xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.

Küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə işlər davam etdirilir: “Paytaxtın Rəşid Behbudov küçəsində zolaqların sayı saxlanılmaqla mikromobillik zolağı təşkil edilib. Zolaq 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə kimi bir hissəni əhatə edir. Növbəti mərhələdə isə Rəşid Behbudov küçəsi boyu zolaq uzadılacaq. Ərazidə müvafiq nişanlar da quraşdırılacaq. Görülən işlər çərçivəsində ərazidə taksilərin dayanması üçün şərait saxlanılır.  Belə ki, taksi nəqliyyat vasitələri mikromobillik zolağına yanaşı - sol tərəfdə onlar üçün ayrılan yerdə dayana bilərlər”.




Xəbərin oxunma sayı : 1903




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap