“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycan Afrikada yayılan Ebola xəstəliyi ilə bağlı tədbir görür? - Rəsmi açıqlama

Tarix 01.06.26, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


Ebola xəstəliyi Azərbaycan üçün endemik hesab edilmir və hazırda Azərbaycanda xəstəliyin yayılması riski aşağı qiymətləndirilir.

Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, xəstəlik əsasən Afrika qitəsinin müəyyən regionlarında qeydə alınır və lokal xarakter daşıyır.

Bildirilib ki, mövcud beynəlxalq məlumatlara əsasən epidemiyanın digər regionlara geniş miqyasda yayılma ehtimalı hazırda məhdud hesab olunur: "Virus heyvanların (meyvə yarasaları, insanabənzər meymunlar və s.), eləcə də yoluxmuş şəxsin qanı və digər bioloji mayeləri ilə sıx təmas zamanı ötürülür, gündəlik sosial təmas yolu ilə yayılmır. Bu səbəbdən əhali üçün real epidemioloji təhlükə aşağı qiymətləndirilir.

Ölkəmizdə mümkün risklərin qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Riskli ölkələrdən gələn və ya yoluxmaya şübhəli şəxslərlə təmasda olmuş şəxslər üzərində tibbi müşahidə təşkil olunur. Xəstəliyə şübhə yarandığı hallarda laborator müayinələrin aparılması üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində zəruri laborator baza və test sistemləri mövcuddur".

Qeyd olunub ki, hazırkı mərhələdə əhali üçün əlavə məhdudiyyət və ya xüsusi tədbirlərə ehtiyac yoxdur: "Vətəndaşlara yalnız beynəlxalq səfərlər zamanı ümumi gigiyena qaydalarına riayət etmək və rəsmi mənbələrin məlumatlarını izləmək tövsiyə olunur.

Səhiyyə Nazirliyi vəziyyəti beynəlxalq təşkilatlarla birgə daim izləyir və zərurət yaranarsa ictimaiyyətə operativ məlumat veriləcəkdir".

Qeyd edək ki, Afrika regionunda, xüsusən Konqo Demokratik Respublikasında ebola virusu yayılıb. Azərbaycanda ebolanın yayılma riskinin olub-olmaması cəmiyyətdə narahatlığa səbəb olub.



Xəbərin oxunma sayı : 943




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap