“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Si Lukaşenkonu Putinin “əlindən alır” - Belarus Prezidenti iki Vladimirin ortasında qalıb

Tarix 29.06.26, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Pekin Minskə milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaqda dəstək verir. 

“AzPolitika” xəbər verir ki, bunu Çin rəhbəri Si Cinpin bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

CCTV Çin liderinin çıxışından sitat gətirərib: "Çin Belarusa milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaqda, eləcə də öz milli şərtlərinə uyğun inkişaf yolunu tutmaqda dəstək verir".

Si Cinpin qeyd edib ki, Çin Belarusa milli inkişaf və quruculuq məsələlərində əlindən gələn köməyi etməyə davam edəcək.

Belarus liderinin hazırda heç də öz siyasi həyatının ən asan günlərini yaşamadığı heç kimə sirr deyil. Lukaşenko bu günlərdə faktiki olaraq “çarpaz atəş” altında qalıb - bir tərəfdən ona sərhəddəki Rusiya retranslyatorlarını götürməyə bir həftə vaxt verərək, “yoxsa biz götürəcəyik” deyən Volodimir Zelenskinin, digər tərəfdən isə onu Ukrayna və qonşu NATO ölkələrinə qarşı savaşa sürükləməyə çalışan Vladimir Putinin. Sanki Belarus lideri iki Vladimirin ortasında qalıb…

Doğrudur, Lukaşenko Zelenski ilə deyəsən, birtəhər də olsa dil tapıb. Putinlə isə məsələ xeyli daha qəlizdir. Minskdə Zelenskinin nümayəndələri ilə görüşdüyünü və Belarusun müharibəyə cəlb edilməməsi barədə onlarla razılaşdığını deyən Lukaşenko daha sonra Putinlə görüşmək üçün Moskvaya uçdu. Rəsmən elan olundu ki, məqsəd "Belarus-Rusiya əməkdaşlığının gündəliyindəki əsas məsələləri, eləcə də regional və qlobal vəziyyəti müzakirə etmək" olub. Lakin bir çox təhlilçilərin fikrincə, Lukaşenko Putinin açıq təhdidlərilə üz-üzədir və bu səfərdə də onun “küncə sıxışdırldığı” şübhə doğurmur. Bu baxımdan onun Rusiyanın ardınca Çinə səfəri bir növ Si Cin Pinə “sığınması” kimi qəbul olunur. Çin Xarici İşlər Nazirliyinin Si Cinpin Çinin Belarusun milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdə Belarusu dəstəklədiyi barədə xüsusi bəyanatı da bunun göstəricisi hesab edilir.


Pekində Lukaşenko Çin və Belarus arasındakı münasibətlərin "tarixi zirvədə" olduğunu bəyan etdi. Si öz növbəsində qeyd etdi ki, Çin və Belarus "strateji qarşılıqlı əlaqəni qorumalı, yüksək səviyyəli ikitərəfli münasibətlərin davamlı inkişafını təşviq etməli və ölkələrinin xalqlarına daha böyük fayda gətirməlidirlər". Sanki Si, bütün bunlarla Lukaşenkonu Putinin “əlindən alır”.

Bu arada Qərb mətbuatı yazır ki, xeyli vaxtdır Kreml Lukaşenkoya Minskdəki Rusiya səfiri Boris Qrızlov vasitəsilə durmadan təzyiq göstərir. Bu barədə “The Wall Street Journal” keçmiş və hazırkı Rusiya və Avropa rəsmilərinə istinadla məlumat yayıb. Lakin Lukaşenko bir yandan Zelenskinin ultimatumundan sonra retranslyatorları yığışdırmaqla, digər yandan müharibəyə qoşulmaq istəmədiyi barədə açıq bəyanatlar verməklə və nəhayət, Çindən güclü dəstək almaqdan ötrü əlindən gələni etməklə Kremlin təzyiqlərindən yayınmağa çalışır və kifayət qədər təcrübəli siyasətçi olduğunu növbəti dəfə nümayiş etdirir.

Mühacirətdə yaşayan rusiyalı politoloq Abbas Qallyamov Lukaşenkonun siyasi manevrlərini bu cür qiymətləndirib: “Lukaşenko əla flyuqer hesab olunur. O, küləyin dəyişməsini bir çoxlarından daha tez hiss edir. Onun indi etdikləri Rusiyanın perspektivlərinin heç də cəlbedici olmadığını göstərir”.



Xəbərin oxunma sayı : 316




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap