“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Əhali rayonları tərk edərək Bakı və Abşeronda məskunlaşır? - Maraqlı statistika

Tarix 29.07.26, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Son 10 il ərzində Azərbaycanın şəhər və rayonlarının əksəriyyətində əhalinin elektrik enerjisi istehlakı azalıb.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı araşdırma göstərir ki, Naxçıvan Muxtar Respublikası və Bakı şəhəri istisna olmaqla, cəmi 7 rayonda elektrik enerjisi istehlakı artıb. 48 şəhər və rayonda isə elektrik enerjisi istehlakı azalıb.

Rəsmi statistikanın aparıldığı son 10 ildə elektrik enerjisi istehlakında ən yüksək artım Abşeron rayonunda müşahidə olunub. Belə ki, rayonda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin həcmi 2015-ci ildəki 350 milyon kVt-saatdan 2024-cü ildə 494,7 milyon kVt-saata yüksələrək 41,3% artıb.
Paytaxt Bakıda əhalinin istehlak etdiyi elektrik enerjisinin həcmi 2% artıb. Ümumilikdə, ölkə üzrə əhalinin istehlak etdiyi elektrik enerjisinin yarıdan çoxu – 51,4%-i Bakı şəhəri ilə Abşeron rayonunun payına düşüb.

Açıqlanan rəsmi məlumatlarda ən diqqətçəkən məqamlardan biri odur ki, əhali tərəfindən istehlak olunan elektrik enerjisinin kəskin şəkildə azaldığı rayonlarda əhalinin sayı artıb. Son 10 ildə Füzuli rayonunda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin 5 dəfə azaldığı bildirilsə də, eyni dövrdə rayonun əhalisinin 4,3% artdığı qeyd olunub. Siyəzən rayonunda elektrik enerjisi istehlakının 2,4 dəfə azaldığı göstərilsə də, əhalinin sayında 3,2% artım qeydə alınıb.

Qeyd etdiyimiz kimi, əhalinin istehlak etdiyi elektrik enerjisinin 51,4%-i Bakı şəhəri ilə Abşeron rayonunun payına düşdüyü halda, rəsmi statistikaya görə ölkə əhalisinin yalnız 27,3%-i Bakı və Abşeronda qeydiyyatdadır.




Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap