“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

ABŞ Senatından Rusiyaya qarşı ağır sanksiya paketi - İdxalçılara 200%-lik tariflər gəlir

Tarix 29.07.26, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlar Senatı iyulun 28-də keçirilən prosedur səsverməsində Rusiya və İrana qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan yeni qanun layihəsini böyük səs çoxluğu ilə dəstəkləyib. Senatdakı respublikaçılar və demokratların birgə dəstəklədiyi sənədin lehinə 86, əleyhinə isə 12 senator səs verib.

Qanun layihəsi bu yaxınlarda vəfat edən və Ukraynaya dəstəyi ilə tanınan senator Lindsi Qremin xatirəsinə adlandırılıb. Səsvermə senator Qrem üçün keçirilən vida mərasimindən cəmi bir neçə saat sonra baş tutub.

Təsdiqlənən sənəd ABŞ Prezidenti Donald Trampa Rusiya nefti və təbii qazının ən böyük alıcılarına qarşı 200 faizə qədər gömrük rüsumları (tarif) tətbiq etmək səlahiyyəti verir. Bununla yanaşı, qanun layihəsi:

Rusiya maliyyə institutlarına,

Siyasi elitaya və iri biznesmenlərə,

Neft daşınmasında istifadə olunan "kölgə donanması"na qarşı sanksiyaları kəskin şəkildə genişləndirir.

Ağ Evin təkidi ilə son anda sənədə İrana qarşı mövcud sanksiyaların 2031-ci ilə qədər uzadılması bəndi də əlavə edilib.

Səsvermədən öncə Ukrayna Prezidenti Volodimir Zelenski Senatda qapalı qapılar arxasında qanunvericilərlə görüşüb və daha sonra səsvermə prosesini bilavasitə zalda izləyib.

Zelenski çıxışında vurğulayıb ki, bu təşəbbüs təkcə maliyyə məsələsi deyil:

"Söhbət yalnız Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi pullardan getmir. Bu, həm də Avropaya vacib bir siqnal, Ukraynaya böyük dəstək və xalqımız üçün mühüm mənəvi köməkdir".

Senatdakı görüşdən əvvəl Zelenski Ağ Evdə Donald Tramp ilə bir araya gəlib. Görüşdə əsasən Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi müzakirə olunub. Ağ Ev görüşü "konstruktiv və müsbət" kimi qiymətləndirsə də, təfərrüatları açıqlamayıb.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Djim Riş sənədin Doğrudan Ağ Evlə razılaşdırıldığını bildirib:

"Prezident bizə kömək etdi, biz bu layihə üzərində prezidentlə birgə işlədik. Bu qanun layihəsi döyüş meydanında baş verənlərdən daha böyük təsirə malik ola bilər".

Sənədin həmmüəlliflərindən olan demokrat senator Riçard Bliumental isə Rusiya rəhbərliyinə müraciət edərək müharibəni dayandırmağa çağırıb:

"Müharibənizin günləri sayılıdır, siz uduzan tərəfdəsiniz. Daha çox insan həyatını qurban vermədən, iqtisadiyyatınızı çökdürmədən nüfuzunuzu tam itirmədən danışıqlar masasına əyləşmək daha yaxşıdır. Amerika Ukraynanın yanındadır".

Senatda qazanılan 86 səs sənədin yekun qəbulu üçün prosedur maneələrini tez bir zamanda aşmağa imkan verir. Lakin qanunun tam qüvvəyə minməsi üçün o, Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməlidir.

Aşağı palata hazırda yay tətilindədir və fəaliyyətini yalnız sentyabr ayında bərpa edəcək. Senatorlar sənədin orada da dəstəklənəcəyinə əminlik ifadə etsələr də, Nümayəndələr Palatasındakı bəzi demokratlar Prezident Trampa tariflər sahəsində əlavə geniş səlahiyyətlərin verilməsinə qarşı çıxırlar. (AzPolitika.info)



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap