“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Xəzər dənizinin səviyyəsi niyə enir? – İki əsas amil açıqlandı

Tarix 30.07.26, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Xəzər dənizinin səviyyəsinin azalmasına təsir göstərən əsas amillərin müəyyənləşdirilməsi istiqamətində mütəmadi elmi tədqiqatlar və monitorinqlər aparılır.

İnstitutdan verilən məlumata görə, Xəzər dənizinin səviyyəsinin azalmasına təsir göstərən əsas amillər sırasında Volqa çayında su sərfinin azalması və iqlim dəyişmələrinin yaratdığı buxarlanmanın artması xüsusi yer tutur. Mütəxəssislər bu amillərin dənizin su balansına təsirini müntəzəm elmi tədqiqatlar və monitorinqlər vasitəsilə izləyirlər.

Bildirilib ki, Xəzər dənizinin su balansının təxminən 73 faizi Volqa çayı hesabına formalaşır. Son illərdə isə Volqa çayı hövzəsində çoxsaylı istehsal müəssisələrinin və təsərrüfat sahələrinin fəaliyyət göstərməsi nəticəsində çaydan istifadə olunan suyun həcmi artıb. Bu da Xəzər dənizinə daxil olan su axınının azalmasına səbəb olan əsas amillərdən biridir.

Məlumata görə, Xəzər dənizinin səviyyəsinin enməsinə təsir edən digər mühüm amil iqlim dəyişmələridir. Havanın temperaturunun yüksəlməsi nəticəsində buxarlanma intensivləşir, eyni zamanda, küləyin sürətinin və istiqamətinin dəyişməsi buxarlanan hava kütlələrinin dəniz üzərindən daha sürətlə daşınmasına şərait yaradır. Bu proseslər də Xəzər dənizinin su səviyyəsinin azalmasına birbaşa təsir göstərir.

Bildirilib ki, Xəzər dənizində baş verən dəyişikliklərin dinamikasını izləmək məqsədilə müntəzəm monitorinqlər və elmi tədqiqatlar davam etdirilir.



Xəbərin oxunma sayı : 490




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap