“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanlıların olduğu daha bir gəmiyə hücum edildi - Odessa yaxınlığında

Tarix 30.07.26, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Odessa yaxınlığında dron hücumuna məruz qalan azərbaycanlı dənizçilərin olduğu "Albatros Corporation" məxsus "ATA -2" (IMO 9387669) quru yük gəmisi Rumıniyanın Suliniya limanına çatıb.

AzFakt.com xəbər verir ki, bu barədə gəminin kapitanı bildirib.

Gəmi iyulun 30-da səhər saatlarında 3 dronun hücumuna məruz qalıb.

Gəmiyə ciddi ziyan dəyib. Heyəti13 nəfərdən ibarət, onlardan biri türk, qalan 12 nəfər isə azərbaycanlı dənizçilərdir.

****

Ukraynanın Odessa vilayətinin sahillərində "Albatros Corporation" şirkətinə məxsus ATA-2 (IMO 9387669) kommersiya gəmisi hücuma məruz qalıb. 

Bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin rəhbəri İlham Nəsirov məlumat verib.

Gəminin Rusiya, yoxsa Ukrayna tərəfindən vurulduğu qeyd edilmir.

Onun sözlərinə görə, gəmiyə səhər saatlarında üç dronla hücum edilib. Zərbələr gəmiyə ciddi struktur və mexaniki ziyan vurub, lakin gəmi su üzündə qalıb. Ekipaj hazırda Rumıniya ərazi sularına doğru gedir.

Hücuma məruz qalan gəminin göyərtəsində 13 heyət üzvü var: 12 Azərbaycan vətəndaşı və bir Türkiyə vətəndaşı. İlkin məlumatlara görə, heyət üzvlərindən heç biri xəsarət almayıb və hadisə nəticəsində itki yoxdur.



Xəbərin oxunma sayı : 328




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap