“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu şirkətin direktoru cəzalandırldı: 11 sürücünü qanunsuz işə cəlb edib

Tarix 30.07.26, 14:48

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə Şəhər Məhkəməsi "Fazil-20” MMC-nin direktoru V.Abbasov barəsində əmək qanunvericiliyinin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə hökm çıxarıb.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, V.Abbasov rəhbərlik etdiyi "Fazil-20” MMC-də sərnişindaşıma fəaliyyətinə cəlb olunan sürücülərlə qanunvericiliyin tələb etdiyi əmək müqavilələrini bağlamayıb. Bunun əvəzinə həmin şəxslərlə "avtobusla sərnişin daşımasının yerinə yetirilməsi üçün” mülki-hüquqi müqavilələr bağlanıb.

İttihama görə, 2020–2025-ci illər ərzində Gəncə–Göygöl, Gəncə–Şəmkir, Gəncə–Qızılca və Gəncə–Goranboy marşrutlarında çalışan 11 sürücü əmək münasibətləri rəsmiləşdirilmədən işə cəlb olunub. Nəticədə dövlət büdcəsinə ödənilməli olan işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınaraq ümumilikdə 7 020 manat məbləğində ödənişin büdcəyə köçürülmədiyi müəyyən edilib.

V.Abbasov məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, bəzi şəxslər ümumiyyətlə şirkətdə işləməyib, bəziləri ilə yalnız xidmət və ya icarə xarakterli müqavilələr bağlanıb, faktiki çalışan sürücülərlə isə əmək müqavilələri rəsmiləşdirilib.

Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, bəzi hallarda müqavilə bağlanan şəxslər sonradan işə başlamayıb və ya qısa müddət çalışdıqdan sonra fəaliyyətlərini dayandırıblar.

Məhkəmədə dindirilən şahidlərin ifadələri də araşdırılıb. Şahidlərin bir qismi əmək müqaviləsinin bağlanmadığını təsdiqləsə də, digərləri istintaq zamanı verdikləri ifadələrdən imtina edərək həmin ifadələri oxumadan imzaladıqlarını bildiriblər.

Məhkəmə toplanmış sübutları qiymətləndirərək V.Abbasovu Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsi) və 308.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə təqsirli bilib.

Hökmə əsasən, hər iki maddə üzrə ayrıca bir il müddətinə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası təyin edilib. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə uyğun olaraq cəzalar qismən toplanılıb və V.Abbasova qəti olaraq aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətinə islah işləri cəzası verilib.



Xəbərin oxunma sayı : 292




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap