“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərişıq” borcu ödəmək üçün verilən 1 ayı gözləmədən işığı kəsib - Pozuntu

Tarix 11.09.26, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


“Azərişıq” ASC-nin istehlakçıların elektrik enerjisi borcları ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəti gözləmədən enerji təchizatını dayandırdığı müəyyən edilib.

AzFakt.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 2026-cı il üzrə təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin təşkil edilməsinə dair məlumatında bildirilib.

Məlumata görə, istehlakçıların elektrik enerjisi borcları hesablandığı andan etibarən qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət gözlənilmədən elektrik enerjisinin verilməsinin dayandırılması ilə əlaqədar araşdırma aparılıb.

Araşdırma zamanı rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən “Azərişıq” ASC barəsində iş qaldırılıb. İşə baxılması nəticəsində pozuntu halları sübuta yetirilib.

Rəqabət Komissiyası tərəfindən “Azərişıq” ASC-yə icrası məcburi göstəriş verilməsi, həmçinin qanunvericiliyin pozulmasında birbaşa iştirak etmiş bir sıra vəzifəli şəxslərə maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti, istifadə etdiyi elektrik enerjisinin haqqını və sabit tarifi enerjitəchizatı müəssisəsi tərəfindən ödəniş sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.

Qaydaların 9.13.2-ci bəndinə əsasən isə elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesab istehlakçıya təqdim edildikdən və ya göndərildikdən sonra bir ay müddətində tam ödənilmədikdə elektrik enerjisinin verilməsi dayandırıla bilər.

Beləliklə, mövcud qaydalara görə, elektrik enerjisinə görə hesab təqdim edildikdən sonra istehlakçıya ödəniş üçün bir aylıq müddət nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap