“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“

Tarix 23.09.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


“Neftçi” İdman Klubu rəsmi bəyanat yayaraq “Qaradağ Lökbatan” klubunun ləğv edildiyi barədə yayılan xəbərləri təkzib edib.

AzFakt.com xəbər verir ki, bəyanatda ad oxşarlığı səbəbindən anlaşılmazlıq yarandığı bildirilib.

“Bəzi media resurslarında və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə bildiririk ki, “Qaradağ Lökbatan Peşəkar Futbol Klubu” MMC-nin ləğvi barədə 22 sentyabr 2026-cı il tarixində vergilər.az saytında dərc edilmiş elanın “Neftçi” İdman Klubunun tərkibində fəaliyyət göstərən “Qaradağ Lökbatan” futbol komandasına heç bir aidiyyəti yoxdur. Sözügedən MMC klubumuzun təsisçisi, törəmə qurumu və ya struktur bölməsi deyil.

Ad oxşarlığı səbəbindən yaranan yanlış anlaşılmaları nəzərə alaraq xüsusi olaraq vurğulayırıq ki, “Neftçi” İdman Klubunun tərkibindəki “Qaradağ Lökbatan” futbol komandası fəaliyyətini adi rejimdə davam etdirir və komandanın ləğvi ilə bağlı hər hansı bir qərar qəbul edilməyib.

Media nümayəndələrindən və ictimaiyyətdən xəbərləri işıqlandırarkən bu hüquqi və faktiki fərqləri nəzərə almalarını xahiş edirik”, - məlumatda vurğulanıb.



Xəbərin oxunma sayı : 469




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap