“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tanınmış rəqqas Nicat Azadlı maşında xanımını döydü - VİDEO

Tarix 02.10.26, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


İnstaqramda 3,5 milyondan çox izləyicisi olan rəqqas Nicat Azadlının həyat yoldaşı onun tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını iddia edib.

Axşam.az xəbər verir ki, qadın sosial şəbəkə hesabında qucağında azyaşlı uşaq olarkən avtomobildə ona qarşı şiddət göstərildiyini əks etdirən video paylaşıb. O, paylaşımında Nicat Azadlı, eləcə də onun valideynləri və bacısı ilə bağlı ağır ittihamlar səsləndirib.

Qadının sözlərinə görə, həyat yoldaşı onu mütəmadi olaraq döyüb, ailəsi isə bu məsələdə ona dəstək olmaq əvəzinə, zorakılığa təşviq edib. O, Nicatın atasının oğluna qarşı tərəfi öldürməyi, həbsə düşəcəyi təqdirdə isə 30-40 min manat ödəməklə azadlığa çıxacağını dediyini iddia edib.

Qadın Nicatın anasının da hələ dünyaya gəlməmiş nəvəsi ilə bağlı mənfi fikirlər səsləndirdiyini və bununla bağlı səs yazısının əlində olduğunu bildirib.

Qadın qeyd edib ki, yaşadığı zorakılıq halları ilə bağlı foto, video və səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edib. Onun sözlərinə görə, məsələ məhkəməyə qədər getsə də, nəticədə qarşı tərəf 1500 manat cərimələnib:

“Bu gün təkbaşına böyütdüyüm övladımın uşaqlıqda aldığı bütün travmalar 1500 manat dəyərindədir? Mənə qarşı edilən təhqirlər, alçaldılmalar, bacısının üzərimə hücum çəkərək məni döyməyə cəhd etməsi bu məbləğə dəyər? Xahiş edirəm, mənim də, Raulun da yaşadığı bu qorxunc günlərə susmayın. Yalvarıram sizə”.





Xəbərin oxunma sayı : 235




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap