“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Tarix 02.10.26, 11:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi qaydasına dəyişiklik Milli Məclisin payız sessiyasının ilk iclasında birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi səlahiyyətli qurumun müəyyən etdiyi əmsallar tətbiq olunmaqla həyata keçiriləcək.

Mövzu ilə bağlı iqtisadçı deputat Vüqar Bayramov Modern.az-a açıqlama verib.

"Yeni sistem diferensial indeksasiyanın (məbləğlərin hamı üçün eyni qaydada deyil, müəyyən meyarlara görə fərqli artırılması - müəl.) tətbiqi deməkdir. Pensiyaların indeksləşdirilən zaman orta aylıq əməkhaqqındakı artım faizi nəzərə alınacaq. Amma yanaşma fərqli olacaq, belə ki, orta aylıq əməkhaqqı məbləğində pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam olaraq indeksləşdiriləcək". 

V. Bayramov qeyd edib ki, orta aylıq əməkhaqqıdan, 1170 manatdan 5000 manata qədər olduqda 0.5 əmsalı, 5000 manatdan çox olduqda isə 0.2 əmsalından istifadə olunacaq. Məqsəd nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımın əldə olunması və aşağı pensiya ilə yuxarı pensiya arasında fərqin azaldılması, nəticə etibarilə də median pensiya məbləğini artırmaqdan ibarətdir.

"Bütövlükdə orta aylıq əməkhaqqı, yəni 1170 manatadək pensiya alan vətəndaşlarımızın pensiyaları tam olaraq indeksləşdirilir. Bu, eyni zamanda təbii ki, pensiya alanların 90 faizindən çoxunu təşkil edir. Çünki pensiya alanların 90 faizindən çoxunun pensiyası orta aylıq əməkhaqqı məbləğindən azdır"- deputat bildirib.

Vüqar Bayramovun sözlərinə görə orta aylıq əməkhaqqı məbləğindən çox olan pensiya məbləğləri üçün diferensial əmsalların tətbiqi həyata keçiriləcək.



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap