“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - Fotolar

Tarix 02.10.26, 18:24

Font ölçüsü : - / +
bitmap-img6


Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova məxsus olduğu bildirilən “Instagram” sosial şəbəkəsindəki “orucov_seymur200” adlı hesab tərəfindən 100 səhifə izlənilir.

Yeniavaz.com xəbər verir ki, icra başçısına məxsus olduğu bildirilən bu səhifə dövlət qurumlarına və rəsmi şəxslərə məxsus səhifələrdən başqa Seymur Orucovun ailə üzvlərinə, həmçinin yaxın qohumlarına aid olan səhifələri də izləyir.

Qeyd edək ki, uzun müddətdir aktif şəkildə fəaliyyət göstərən bu səhifədə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun fəaliyyəti ilə bağlı foto və videolar paylaşılır.

Onu da bildirək ki, “orucov_seymur200” adlı hesab tərəfindən izlənilən profillər arasında müxtəlif sahələri əhatə edən onlarla səhifələr də yer alır.
Səhifənin izləmə siyahısında astrologiya, mobil oyun, incəsənət, dizayn, tikinti, gözəllik, texnologiya, təhsil və əyləncə sahələrində fəaliyyət göstərən səhifələr də var.
Seymur Orucovun izlədiyi profillər arasında astrologiya ilə bağlı “akrepburcunasor” və “akrepburcdiyorki” adlı tanınmış səhifələr yer alır. Bu hesablar əsasən Əqrəb bürcü ilə bağlı astroloji məzmunlar paylaşan profillərdir.



Onu da qeyd edək ki, icra başçısı da 27 oktyabr tarixində – Əqrəb bürcündə doğulub.

İzlənilən hesablar arasında məşhur mobil oyunlardan olan “Royal Match”in rəsmi “Instagram” səhifəsi də var. “Royal Match” istifadəçilərə müxtəlif tapşırıqları yerinə yetirməyə və oyun mərhələlərini keçməyə imkan verən mobil tapmaca oyunudur.

Siyahıda “Vincentaa Arts” kimi tanınan “sculpture_supplier” hesabı da yer alır. “Vincentaa” heykəllərin hazırlanması və müxtəlif məkanlar üçün sənət layihələrinin həyata keçirilməsi ilə məşğul olan şirkətdir. Şirkətin məlumatına görə, parklar, hotellər, ticarət mərkəzləri, yaşayış məkanları və digər şəhər obyektləri üçün heykəllər və dekorativ sənət nümunələri hazırlayır. Şirkət müxtəlif materiallardan, o cümlədən bürünc, paslanmayan polad, alüminium, fiberglas və digər materiallardan istifadə edir.

Siyahıda Bakıdakı heykəltəraşlıq işləri ilə bağlı “heykel_art_baku” hesabı da var.

İcra başçısının izlədiyi profillər arasında interyer və mebel sahəsinə aid “germanstudio”, “Bestbort” və “casamobili.az” hesabları da görünür. Bundan başqa, kafel, metlax, hovuz və tikinti-təmir məhsulları ilə bağlı “Anbardanal” hesabı da siyahıdadır.

“Glowbeautyaz” hesabı da izlənilən profillər arasındadır. Hesab gözəllik və kosmetika məhsulları ilə bağlı paylaşımlar edir.

Digər profillərdən biri “arcon.technic”dir. Bu hesab avtokran və müxtəlif yol-tikinti texnikalarının icarəsi ilə bağlı fəaliyyət göstərir.

Siyahıda Avropa Azərbaycan Məktəbinin və onun direktoru Françesko Bançiniyə aid səhifələr də yer alır.

Bundan başqa, Xəzər TV-də yayımlanan “Bizim Eltilər” adlı serialın “İnstagram” səhifəsi də izlənilənlər arasındadır.



Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap