“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Pensiya fondu ilə bağlı ciddi xəbərdarlıq: 10-15 ildən sonra nə baş verəcək?

Tarix 06.10.26, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın sosial təminat sistemində və pensiya fondunda gələcəyə yönəlik ciddi təhlükələr və artan büdcə asılılığı narahatlıq yaradır. Çünki Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər ay 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş etdiyi halda, toplana bilən məcburi sosial sığorta haqları aylıq orta hesabla cəmi 550 milyon manat civarındadır.

AzFakt.com xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli facebook səhifəsində yazıb. Onun sözlərinə görə, kəsirin böyüməsi səbəbindən fondun dövlət büdcəsindən asılılığı ildən-ilə artır:

“Təkcə 2026-cı ildə DSMF-yə ölkə büdcəsindən 1 milyard 700 milyon manat dotasiya ayrılıb. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2022-ci ildə 1,23 milyard, 2023-cü ildə 1,46 milyard, 2024-cü ildə 1,23 milyard, 2025-ci ildə isə 1,6 milyard manat təşkil edib.

İqtisadi aktivliyin zəifləməsi, ixtisarlar, ölkədən gənc işçi qüvvəsinin köç etməsi və doğuş sayının azalması fonunda demoqrafik mənzərə ağırlaşır. Xüsusilə 1970–1990-cı illər "baby boom" dövründə doğulanların 10-15 ildən sonra pensiyaya çıxması ilə təqaüdçülərin sayı kəskin artacaq, bu isə dotasiya yükünü daha da böyüdəcək.

Mövcud vəziyyətdən çıxış yolu kimi hökumətin büdcəni sıxmaq və cərimə-vergi hesabına doldurmaq siyasətindən əl çəkməsi, iqtisadi azadlıqları genişləndirməsi vacib sayılır. Bildirilir ki, vergi, rüsum və cərimələrin azaldılması, biznesə müdaxilələrin minimuma endirilməsi əlavə dəyər yaradacaq, xalqın rifahını qaldıraraq sosial müavinət asılılığını azaldacaq. Hətta Neft Fondunun adının və funksiyasının dəyişdirilərək “Təqaüd və Gənclərə dəstək” Fonduna çevrilməsi kimi qabaqlayıcı addımların atılması təklif edilir”.



Xəbərin oxunma sayı : 775




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap