“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tərtərdə 11 nəfərin yaratdığı kredit ittifaqı Ağdamda 11 nəfəri məhkəməyə verib - TƏFƏRRÜAT

Tarix 06.10.26, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


“Nərgiz Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) idarə heyətinin sədri Rasim Nağıyev məhkəməyə müraciət edib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rasim Nağıyev Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində üç nəfər vətəndaşdan müştərək qaydada 1339 manat əsas, 280 manat faiz, 352 manat cərimə olmaqla cəmi 1971 manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun tutulmasını xahiş edib.

İddia tələbi qismən təmin edilib, cərimə məbləği 10 manata salınıb, cəmi 1629 manat borc və ödənilmiş dövlət rüsumu əvəzində 40 manat tutularaq “Nərgiz Kredit İttifaqı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılıb. İddianın cərimə borcu tələbinin qalan 342 manat hissəsi rədd edilib.

Bundan əlavə, R.Nağıyev daha üç müştəri ilə bağlı da Ağdam Rayon Məhkəməsində iddia qaldırıb.

İddia tələbinə görə, Sevil İsmayılova və daha iki nəfərdən 1010 manat əsas, 90 manat faiz, 694 manat cərimə olmaqla cəmi 1794 manat borcun və ödənilmiş 38 manat dövlət rüsumunun tutulması istənilib.

Bu iddia tələbi də qismən təmin edilib və yenə 10 manat cərimə məbləği saxlanılıb, cəmi 1110 manat borc və ödənilmiş dövlət rüsumu əvəzində 38 manat ödənilməsi barədə qətnamə çıxarılıb. İddianın cərimə borcu tələbinin qalan 684 manat hissəsi rədd edilib.

"Nərgiz Kredit İttifaqı” MMC idarə heyətinin sədri daha bir neçə cavabdehə qarşı müştərək qaydada 847 manat əsas, 188 manat faiz, 336 manat cərimə olmaqla cəmi 1372 manat borcun və ödənilmiş 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

Burada da 10 manat cərimə ödənilməsi barədə qətnamə çıxarılıb, iddianın cərimə borcu tələbinin qalan 326 manat hissəsi rədd edilib.

Bundan başqa, Rüzgar İbrahimova və Şahmar İbrahimovdan 1146 manat əsas, 274 manat faiz, 352 manat cərimə, cəmi 1773 manat borcun və ödənilmiş 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilib.

Məhkəmə bu iddia tələbini də qismən təmin edib və iddianın cərimə borcu tələbinin 342 manat hissəsi rədd edilib.

Qeyd edək ki, “Nərgiz Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) idarə heyətinin sədri Rasim Nağıyev bir müddət əvvəl də üç müştəri ilə bağlı məhkəməyə müraciət etmişdi.

"Nərgiz Kredit İttifaqı" MMC 2011-ci ildə təsis edilib. Hüquqi ünvanı Tərtər rayonudur. Təşkilat əksəriyyəti qohum olan 11 fiziki şəxs tərəfindən qurulub, nizamnamə kapitalı 5400 manatdır.



Xəbərin oxunma sayı : 148




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap