“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq

Tarix 10.10.26, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona verilməməsinə görə Norveçi və Norveç Nobel Komitəsini sərt tənqid edib.

Tramp bu barədə Nyu-York ştatının Sirakuz şəhərində tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ lideri hesab edir ki, beynəlxalq münaqişələrin nizamlanması istiqamətində gördüyü işlər Nobel Sülh Mükafatına layiq görülməli idi.

"Prezident olaraq təmsil etdiyim Birləşmiş Ştatlar Nobel Sülh Mükafatını almalı idi, lakin bu baş vermədi. Bu, Norveçin və belə utancverici qərar qəbul edən şəxslərin üzərində silinməz ləkədir”, – Tramp bildirib.

O, Nobel Sülh Mükafatının nüfuzuna da toxunaraq mükafatın radikal ideoloji baxışlara malik şəxslər tərəfindən gözdən salındığını iddia edib.

"Norveç, biz bu mükafatı vermədiyinizi və tarixdə əldə olunmuş ən böyük nəticələri nəzərə almadığınızı unutmayacağıq. Nizamladığımız hər müharibəyə görə Nobel mükafatı almalı idik. Ümumilikdə səkkiz Nobel mükafatına layiq görülməliydik”, – ABŞ Prezidenti vurğulayıb.

Tramp mükafatın Cənubi Afrikadan olan hüquqşünas və insan haqları müdafiəçisi Navanethem Pillaya verilməsindən də narazılığını ifadə edib.

O, Pillayı BMT-də fəaliyyət göstərən liberal baxışlı şəxs kimi xarakterizə edərək əvvəllər onun haqqında eşitmədiyini bildirib.

"Mən bu şəxs barədə heç vaxt eşitməmişəm. Çox insan tanıyıram, amma onun haqqında eşitməmişəm. Hər halda, təbrik edirəm”, – Tramp deyib.

Məlumata görə, Norveç Nobel Komitəsi Navanethem Pillayı sülhün möhkəmləndirilməsi və beynəlxalq hüquq normalarının təşviqi istiqamətində fəaliyyətinə görə mükafata layiq gördüyünü açıqlayıb.

85 yaşlı Pillay müxtəlif dövrlərdə Cənubi Afrika Ali Məhkəməsində, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalında və Beynəlxalq Cinayət Məhkəməsində hakim vəzifələrində çalışıb.

O, 2008–2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı olub. Həmçinin işğal olunmuş Fələstin ərazilərində vəziyyəti araşdıran BMT-nin müstəqil beynəlxalq komissiyasına rəhbərlik edib.



Xəbərin oxunma sayı : 379




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap