“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Donbasa qarşı NATO - ABŞ-dan yeni təklif

Tarix 14.11.26, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Danışıqlar zamanı ABŞ Ukraynadan NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan çıxarmağa hazır olub-olmadığını soruşub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “İnterfaks-Ukrayna” agentliyinə bildirib.
“Amerikalılar soruşdular ki, əgər Ukrayna NATO-ya qoşularsa, Donbasdan çıxa bilərmi? Əslində bu, bir ilk idi. Çünki biz hazırda tərəfdaşlarımızla danışıqlar zamanı bizə təklif edə biləcəkləri hərtərəfli təhlükəsizlik tədbirlərini müzakirə edirik. Müzakirələr NATO və Avropa İttifaqından konkret təhlükəsizlik zəmanətləri, güclü Ukrayna ordusu, silahlar və müəyyən müddətə maliyyə yardımı ilə bağlıdır. Bundan əlavə, dəqiq müəyyən edilmiş mənbələrdən maliyyələşdirilən yenidənqurma planı da müzakirə olunur”, - Zelenski qeyd edib.

Zelenski həmçinin qeyd edib ki, ABŞ və digər NATO tərəfdaşları belə bir mübadilənin mümkünlüyünü təsdiqləsələr, məsələ ilə bağlı xalqın rəyini öyrənməli olacaq.

Ukrayna Prezidenti əlavə edib ki, onun bu cür qərarları öz mülahizəsinə əsasən vermək hüququ yoxdur.
Qeyd edək ki, noyabrın 10-da Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasının Ukraynadakı münaqişəyə son qoymaq üçün kifayət etməyəcəyini bildirmişdi. O, həmçinin amerikalıların Kiyevə təhlükəsizlik zəmanətləri müqabilində Donbasın Ukraynanın nəzarətində qalan hissələrindən imtina etməsini təklif etdiyini qeyd etmişdi.

Digər tərəfdən, noyabr ayında “The Economist” qəzeti amerikalı nümayəndələrin münaqişəni həll etmək üçün Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərini dəyişdirməyi təklif etdiklərini xəbər vermişdi.  “The Telegraph” qəzeti isə Kiyevin ABŞ-nin bu təklifini rədd etdiyini bildirmişdi.



Xəbərin oxunma sayı : 316




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap