“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Badamdarda sürüşmə, evin həyəti ikiyə ayrıldı - VİDEO

Tarix 21.11.26, 10:52

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Səbail rayonunun Badamdar qəsəbəsində sürüşmə yenidən aktivləşib. Qəsəbənin üçüncü yaşayış massivində sürüşmə nəticəsində fərdi yaşayış evinə ziyan dəyib, həyəti isə dərin çatla ikiyə ayrılıb.

AzFakt.com “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə zamanı evdə yaşayış olmadığından xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən növbəti baxış zamanı sürüşmə prosesinin aktiv fazada olduğu müəyyən edilib.

Sürüşmənin aktivləşə biləcəyi nəzərə alınaraq, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ərazidəki insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən bildirilib ki, son monitorinq zamanı sürüşmə sahəsindəki çatların əvvəlki baxışla müqayisədə bir qədər də genişləndiyi müəyyən olunub. Ərazidə müşahidələr davam etdirilir.

Sakinlərin sözlərinə görə, beş il əvvəl də eyni ərazidə sürüşmə baş verib və torpaq qatı yola tökülüb.





Xəbərin oxunma sayı : 526




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap