“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

20 manatlıq “Hadi İnşaat“a daha bir tender: Bu dəfə Ağcabədidə yarım milyonluq yol təmiri

Tarix 21.11.26, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Ağcabədi Rayon İcra Hakimiyyəti şəhərdaxili yolların təmiri işlərini yenidən “Hadi İnşaat” MMC-yə həvalə edib.

Qaynarinfo xəbər verir ki, 2026-cı ildə Ağcabədi şəhərinin daxili yollarında cari və əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirilən müsabiqənin qalibi elan olunan şirkətin qiymət təklifi 586 924,98 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Hadi İnşaat” MMC 28 fevral 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı cəmi 20 manatdır. Şirkətin hüquqi ünvanı Şabran rayonu, Dağ Bilici kəndidir. MMC-nin qanuni təmsilçisi Nəsirli Əminə İlham qızıdır. Ondan əvvəl bu vəzifəni Cumayev Fuad Tahir oğlu tutub. Hər iki şəxs barədə açıq mənbələrdə ətraflı məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalı üzrə aparılan araşdırmaya görə, “Hadi İnşaat” MMC tenderlərdə kifayət qədər fəaldır. Şirkət ötən il altı satınalma müqaviləsi imzalayıb. Onlardan üçü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, digərləri isə Ağcabədi Rayon İcra Hakimiyyəti, Dövlət Miqrasiya Xidməti və Zərdab Şəhər İcra Hakimiyyətinin müvafiq nümayəndəliyi ilə bağlanıb. Müqavilələrin ümumi dəyəri 3 milyon 825 min 492,19 manat təşkil edib.

Ağcabədi Rayon İcra Hakimiyyəti ilə şirkət arasında əməkdaşlıq bununla məhdudlaşmır. Belə ki, 2025-ci ilin oktyabrında “Hadi İnşaat” MMC Ağcabədi şəhərinin küçə və prospektlərində abadlıq və işıqlandırma işlərinin satın alınması üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 572 245,27 manat təşkil edib. Şirkət təkcə həmin ay dövlət satınalmaları vasitəsilə ümumilikdə 2,7 milyon manatlıq sifariş əldə edib.

“Hadi İnşaat” MMC əsasən təmir, tikinti və abadlıq işləri üzrə dövlət sifarişləri alır. Lakin şirkətin internet səhifəsi, ictimaiyyət üçün açıq əlaqə vasitələri və fəaliyyəti barədə ətraflı məlumat yoxdur. Onun eyni vaxtda müxtəlif rayonlarda milyonlarla manatlıq sifarişləri icra etmək üçün hansı maddi-texniki bazaya və işçi potensialına malik olduğu da məlum deyil.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur. O, 2012–2019-cu illərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb, 2019-cu ildə isə Ağcabədiyə rəhbər təyin olunub.

Beləliklə, 20 manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan “Hadi İnşaat” MMC qısa müddətdə dövlət qurumlarından milyonlarla manatlıq sifarişlər əldə edib. Şirkətin tender bazarındakı fəallığı fonunda onun real imkanları və üzərinə götürdüyü öhdəlikləri hansı resurslarla yerinə yetirməsi diqqət çəkən suallardandır.



Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap