“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Onlayn kreditlərə məhdudiyyət tətbiq edilə bilər? - VİDEO

Tarix 01.02.25, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar vətəndaşların kiberdələduzların qurbanına çevrilməsi onlayn kreditlərə məhdudiyyətin tətbiq edilməsi ehtimalını aktuallaşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya bank sahəsi üzrə ekspert Əkrəm Həsənov münasibət bildirib.

Onun sözlərinə görə, baş verən hadisələr onu deməyə əsas verir ki, bankların informasiya təhlükəsizliyi sistemi qənaətbəxş deyil.

Eskpert bu məsələdə mövcud olan və dilə gətirilməyən digər təhlükəsizlik problemlərini də qeyd edib.

Millət vəkili Vüqar Bayramov da problemdən çıxış yolunu əhalinin rəqəmsal bankçılıqla bağlı maarifləndirilməsində və bankların təhlükəsizlik tədbirlərini gücləndirməsində görür.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, qeyd olunan halların qarşısının alınması və risklərin azaldılması istiqamətində Mərkəzi Bank tərəfindən ötən il "Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası" təsdiq edilib. Qaydanın şərtlərinə əsasən, mobil bankçılıq hesabında qeydiyyat və ya giriş zamanı, habelə müxtəlif əməliyyatlar aparan zaman banklar, fintexlər və digər təşkilatlar tərəfindən 2 təhlükəsizlik faktorundan ibarət verifikasiya elementləri istifadə edilməlidir. Assosiasiyadan o da bildirilib ki, hazırda əksər banklarda 2 faktorlu autentifikasiya elementlərinin tətbiqi ilə bağlı işlərə başlanılıb. Bir neçə banklarda isə qeyd olunan qaydalardan irəli gələn tələblər artıq yerinə yetirilib.

Mərkəzi  Bankdan isə qeyd edilib ki, bu qurum tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir. Ötən dövr ərzində ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanaraq KİV-də yayımlanıb, o cümlədən bütün banklara tapşırıqlar verilib. Bu il ərzində də müvafiq istiqamətdə birgə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda orta hesabla əhalinin 46%-i bank hesabına sahibdir və bu göstərici artmaqda davam edir.








Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap