“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik - FOTO

Tarix 04.02.23, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


“Sosial sığorta haqqında” qanuna dəyişiklik edilərək Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya kimi istifadə edilməsi vətəndaşlar üçün faydalı olacaq.

Qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Trend”ə bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri olur və bu vəsaitlər bu ildən digər ilə keçir.

“Yəni vəsaitlər faydasız qalır. Amma həmin vəsaitlər müəyyən investisiyalara yönəldilsə, oradan gələn gəlirlər də həm pensiyaların artmasına, həm də pensiya kapitalının məbləğinin çoxalmasına, eyni zamanda, müavinətlərin artmasına xərclənə bilər. Vətəndaşın sığorta haqları yığılır və ölü kapital kimi qalır ki, bunun da vətəndaşa heç bir faydası yoxdur. İndi isə həmin vəsait müxtəlif investisiya layihələrinə qoyulacaq və oradan gələn gəlir də proporsional olaraq bölünüb vətəndaşın pensiya kapitalının üzərinə gələcək ki, vətəndaş pensiyaya çıxanda pensiyanın və ya müavinətinin məbləği artacaq”, - deyə M.Quliyev bildirib.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna yeni bəndin əlavə edilməsi müzakirə olunub. Yeni bəndə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

Xatırladaq ki, 2023-cü ildə DSMF-nin cəmi xərcləri 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap