“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Plastik cərrah Dilqəm Məhərrəmovdan şikayət: Nəfəs ala bilmirəm...

Tarix 10.02.25, 10:12

Font ölçüsü : - / +
bitmap-img6


“Gəlinimin burnunu məhv etdi. 2500 manat aldı, amma uğursuz əməliyyat oldu"

Azərbaycanda tanınmış plastik cərrah Dilqəm Məhərrəmovun lisenziyasının vaxtının bitməsi ilə bağlı məlumat yayılmışdı. Amma az sonra məlum olub ki, D. Məhərrəmov işinin başındadır.

Ajans.az-ın araşdırmaları nəticəsində bəlli olub ki, onun sertifikasiyasının vaxtı 2 mart tarixində bitir. Həmçinin onun yenidən sertifikasiya imtahanına girməsinə də qadağa qoyulub.

Bəs, o, sertifikasiya imtahanına girə biləcəkmi?

Məsələni “TikTok”, “İnstagram” və s. sosial şəbəkələrimizdə işıqlandırdıqdan sonra isə, məşhur cərrahla bağlı yeni şikayətlər xəbər daxil olub.

Onun pasientlərindən biri iddia edir ki, həkim ona sinəkiçiltmə əməliyyatı icra edib, amma nəticə uğursuz olub:

“Sinəni kiçiltməyib, sadəcə dikləşdirib. Tikişlər də pisdir”.


Bir xəstə isə bildirir ki, D. Məhərrəmov rinoplastika əməliyyatını yerinə yetirib və həmin şəxs nəfəs ala bilmir.

Digər pasient də iddia edir ki, cərrahın ucbatından illərdir ki, əziyyət çəkir:
“Bütün sağlamlığımı itirmişəm. Mən də, bacım da. Hər reklam olunan həkim savadlı deyil”.


Xəstə yaxını olan bir vətəndaş da sözügedən həkimdən şikayətçidir:
“Gəlinimin burnunu məhv etdi. 2500 manat aldı, amma uğursuz əməliyyat oldu. Sonra da dedi ki, 1000 manat da ödəyin, 2-ci dəfə əməliyyat edim”.


Daha bir xəstə yaxını qeyd edib ki, tanıdığı 2 nəfər də həkimin qurbanı olub:
“İki nəfərin burnunu əməliyyat edib, birindən hələ də əməliyyatdan illər keçməsinə baxmayaraq burnundan qan gəlir, birinin də burnunu çox balaca edib”.

Bunlar sadəcə gələn şikayətlərin bir qismidir.



Xəbərin oxunma sayı : 751




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap