| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Prezident İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR
Tarix 10.01.25, 18:32 |
|
Azərbaycan Prezidenti İlham Əliyev Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
AzFakt.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı 2022-ci ildə Litva Prezidentinin ölkəmizə, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini, ötən ilin sonunda Gitanas Nauseda ilə telefon danışığını, həmçinin bundan əvvəlki dövrlərdə Litvanın dövlət başçıları ilə təmaslarını məmnunluqla xatırlayıb, bunların ikitərəfli münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edib.
Səfirə Azərbaycanda fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, onun səfirliyi dövründə əlaqələrimiz daha da genişlənəcək, əməkdaşlığımızın möhkəmlənməsi üçün yeni imkanlar müəyyənləşdiriləcək.
Xoş sözlərə görə minnətdarlığını bildirən Kestutis Vaşkeleviçus Litvanın Prezidenti Gitanas Nausedanın səmimi salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Gitanas Nausedaya çatdırmağı xahiş edib.
Səfir qeyd edib ki, Litva Prezidenti onunla söhbəti zamanı Azərbaycanın oynadığı rolun önəmini vurğulayıb, ölkəmizlə əlaqələrin daha da möhkəmlənməsi istəyində olduğunu deyib, eyni zamanda, təyyarə qəzası ilə bağlı başsağlığını ifadə edib. Kestutis Vaşkeleviçus vurğulayıb ki, Azərbaycan bu qəza zamanı xeyli sayda insanın həyatını xilas edən övladları ilə haqlı olaraq fəxr etməyə layiqdir.
Əlaqələrimizin tarixində ölkələrimizin və xalqlarımızın bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını deyib. O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğulayıb. Səfir qeyd edib ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.
O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiklərini deyib, Litvanın Cənubi Qafqazda davamlı sülhü və inkişafı dəstəklədiyini vurğulayıb.
Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Kestutis Vaşkeleviçus səfirlik fəaliyyəti dövründə münasibətlərimizin tarixində nümayiş etdirilmiş dostluq və həmrəylik ruhunda çalışacağını bildirib.
Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.
***
Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin də etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələrimiz arasında çox fəal siyasi əlaqələrin genişləndiyini vurğulayaraq, Küveytə rəsmi səfərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Azərbaycan-Küveyt qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyəcinə əminliyini bildirib və bunun üçün yaxşı imkanların olduğunu deyib.
Prezident İlham Əliyev Küveytin yüksək səviyyədə nümayəndə heyəti ilə COP29-da təmsil olunmasının və bu tədbir çərçivəsində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşünü məmnunluqla xatırlayıb.
Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük fəxr hissi keçirdiyini bildirərək, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə və Vəliəhdinə çatdırmağı xahiş edib.
Səfir təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı bir daha Küveyt Əmirinin başsağlığını çatdıraraq, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.
O, COP29-un yüksək səviyyədə təşkilinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycana və dövlət başçısına təbriklərini çatdırıb.
Söhbət zamanı siyasi münasibətlərimizin çox yaxşı səviyyədə olması, iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı, hökumətlərarası komissiyanın iclasının keçirilməsi və iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məmnunluqla vurğulanıb.
Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlığına toxunulub, ölkələrimizin daim bir-birini dəstəklədiyi bildirilərək, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ formatında əməkdaşlıq qeyd olunub. Eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə də əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyi bildirilib.
Görüşdə son dövrlərdə qarşılıqlı turizmin və insanlararası təmasların daha da genişlənməsi məmnunluqla qeyd olunub.






Xəbərin oxunma sayı : 1534
Siyasət
Xəbərlər
-
Tramp İrana qarşı müharibəni yenidən başlatmağı ciddi şəkildə düşünür - CNN
-
Bu ərazilərdə maşın saxlamaq qadağan edilir - VİDEO
-
Problemli kreditlərin kəskin artmasının səbəbi nədir? - VİDEO
-
Rusiya ordusunda döyüşən 8 azərbaycanlı həlak olub - ADLAR
-
Aİ Suriya ilə əməkdaşlığı bərpa etdi - 15 ildən sonra
-
Son 13 ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
-
Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - VİDEO
-
Macarıstan Ukraynaya silah və əsgər göndərməyəcəklər - Anita Orban
-
Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı
-
Bölgələrdə daşınmaz əmlak niyə bahalaşır? - Ekspertlər səbəbləri açıqlayır
-
Nərgiz Məhəmmədi zaminə buraxıldı - Tehranda müalicə alacaq
-
Türkiyədə hantavirus karantini: Üç nəfər təcrid olundu
-
Biri kosmetik vasitə oğurladı, digəri elektron siqaret - İkisi də saxlanıldı
-
Almaniya fikrini dəyişdi: Şröderi danışıqlara göndərməyi nəzərdən keçirir
-
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Rusiya İrana hərbi yükləri Xəzərlə göndərir - ABŞ bu marşruta toxuna bilmir
-
Azərbaycan Kubokunda finala doğru: 10 mövsümün rekordu
-
Sosial şəbəkədə qan axtarışı: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər?
-
Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı - İki nəfər saxlanıldı
-
Motosiklet piyada keçidinə çırpıldı - Sürücü öldü + Video
-
“Turan Tovuz“un futbolçusu 100-ə çatdı - İkinci ispaniyalı
-
Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar - Hansı suallar veriləcək?
-
Abşeronun Qobu qəsəbəsində su problemi yaşanır - VİDEO
-
Xanım sahibkar Gülşən Məmmədli ilə bağlı ilginc iddialar - Dövlətin verdiyi icazə sənədini satır?
-
Dünya bazarında təlatüm: Bir milyard barel neft itib
-
Azərbaycanda qanunsuz lizinq -“Vüsal 300“-ün adamları sosial şəbəkələri “zəbt” edib
-
Tramp 8,5 il sonra Çinə səfər edəcək - Tarix açıqlandı
-
“Barselona” “Real Madrid”i məğlub etdi - İspaniya çempionu oldu + Video
-
Şəki dağlarında gecə əməliyyatı: Köməksiz qalanlar xilas edildi (VİDEO)
-
“ABŞ gec-tez İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirəcək“ - Tramp
-
Tarixi Qum hamamı, neft qoxuyan tarix: Dəyişən Balaxanıdan reportaj (VİDEO)
-
Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video
-
Heydər Əliyevdə ilahi bir güc vardı - dayısı qızından diqqətçəkən açıqlamalar
-
Prezidentin Zəngilan sakinləri ilə səmimi anları - VİDEO
-
Məktəblərin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir - Nazir
-
ABŞ-dan İrana mesaj:Diplomatiya davam edir, hərbi variant masadadır
-
Dünya bazarlarında kənd təsərrüfatı məhsulları neçəyə satılır? - Siyahı
-
“Turan Tovuz“ rəsmən Avropada! - “Karvan“ Premyer Liqadan getdi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - AÇIQLAMA
-
DYP cərimələrində “35% endirim” tələsi - Vətəndaşlara xəbərdarlıq
-
Avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacaq - Xəbərdarlıq
-
“Məhkəmə qərarını geri oxutmaq istəyirlər” - işin içində keçmiş vəkil Adəm Məmmədov da var
-
“Qətər Hörmüz boğazını yardı“ - Müharibədən sonra ilk qaz tankeri yola salındı
-
Mehriban Əliyeva Zəngilandan maraqlı paylaşım edib - Fotolar
-
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
-
Daha bir gəmidə virus aşkarlandı - Sərnişinlər təxliyə olundu
-
Kəndlərdə məktəb və müəllimlərin sayı azalır, şagirdlərin sayı artır - Rəsmi
-
Prezident Zəngilan sakinləri ilə görüşdü - ÇIXIŞI + FOTOLAR
-
“ABŞ gəmilərinə kütləvi zərbə endiriləcək“ - İran ordusu döyüş hazırlığına gətirildi
-
Beyləqanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edildi - Fotolar
-
Prezident Zəngilandakı ilk yaşayış kompleksinin açılışında - Fotolar
-
ABŞ və Qətər Mayamidə İranla bağlı gizli danışıqlar aparıb - “Axios”
-
Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı - İlham Əliyev
-
Pakistanda terror hücumu: 15 polis əməkdaşı öldürüldü
-
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda - FOTOLAR
-
İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
-
Bakının Xətai rayonunda qəzalı vəziyyətdəki işıq dirəyi təhlükə saçır - VİDEO
-
Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi - VİDEO
-
Azərbaycandan Ermənistana 16 vaqon dizel ixrac olundu - FOTOLAR
-
İran Naxçıvana dron hücumunun araşdırılacağını Azərbaycan tərəfinə vəd edib - Nazir
-
Mahir Emreli “Kayzerslautern“ klubundan ayrılır - Baş məşqçiyə görə
-
Çin gəmiləri Hörmüz boğazında qalıb: Pekin tərəflərə çağırış etdi
-
Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın xəsarət alan var
-
“ABŞ və İranın mövqeləri sərtləşdi, vəziyyət dalana dirəndi“ - Putin
-
Onlayn qumar oyunları ilə bağlı yeni təhlükə - VİDEO
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Nəsimi rayonunda söküləcəyi deyilən binanın fasadı niyə yenilənir? - VİDEO
-
“Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
-
Buzovnada evlərin altından qrunt suları çıxır - Sakinlər narahatdır
-
Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
ABŞ Avropanın daha bir neçə ölkəsindən hərbi kontingentini çıxarır - “Bloomberg“
-
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım - VİDEO
-
Xırdalan şəhərində ağacları kim və niyə kəsir? - VİDEO
-
BMT-dən xəbərdarlıq: Dünyada ərzaq böhranı yaranır
-
“Ərə gedəcəyim şəxs birinci itlərimi sevməlidir“ - Dilarə Kazımova
-
Ağ Ev-Tehran danışıqları gələn həftə İslamabadda baş tuta bilər - “The Wall Street Journal“
-
“Bizim qədər mütləq Qələbə qazanan ikinci ölkə yoxdur” - Prezident
-
FIFA “Qarabağ”a da transfer qadağası tətbiq etdi - Klubdan açıqlama
-
Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb - İlk 4 ölkə
-
Ötən ilin sonuna qədər müharibədə 352 min rusiyalı ölüb - Yeni araşdırma
-
250 günlük seriya qırıldı: “Sabah“ üçüncülüyə şərik oldu
-
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər - FOTOLAR
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Dumana görə
-
Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım etdi - FOTO
-
“Hantavirus növbəti koronavirus deyil” - ÜST-nin baş direktoru
-
Süni intellekt uzun mətnlərdə düşünmə qabiliyyətini itirir - Yeni araşdırma
-
Prezident və birinci xanım fərdi evlərdə yaradılmış şəraitlə tanış oldular - FOTO
-
DTX-də Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub - Fotolar
-
Zaqatalada iş adamını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO
-
Prezident və birinci xanım Şükürbəyli kəndinin açılışında - FOTOLAR
-
Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma
-
İçində 40 min manat olan ödəmə terminallarını oğurladılar - Video
-
Deputatlar toplanır: hansı qanunlar dəyişəcək?
-
Avropa İttifaqı qaz anbarlarını doldura biləcəkmi? - Son göstəricilər açıqlandı
-
Yer kürəsinin qaranlıq nöqtələri: Elm bu tapmacaları hələ də həll edə bilmir
-
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO
-
AXCP sədri Əli Kərimlinin atası vəfat etdi - FOTO
-
Badamdarda qəbirlərin dağıdılaraq yerində tikinti aparılır - VİDEO
-
Prezident və birinci xanım Cəbrayılda - FOTOLAR
-
Xamenei yaralansa da, Tehranın hərbi qərarlarında əsas rol oynayır - CNN
-
Suraxanıda polis əməliyyatı - 12 kiloqram narkotik ələ keçirildi
-
Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - FOTO
-
İki sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal: “Söyüş kimi cavab verdilər“
-
“Mexanika“da D hərfi əslində nədir? - Sürücülərin çoxunun düşündüyü kimi deyil
-
Şagirdlərin mübahisəsinə valideynlər qarışdı - Bıçaqlanan var
-
İlham Əliyev və birinci xanım Həzi Aslanovun məzarını ziyarət etdi - FOTO
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
-
Azərbaycanla bərqərar edilmiş sülhü qorumaq bizim əsas məqsədimizdir - Paşinyan
-
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
-
Azərbaycanın dəmir yolu parkı yenilənir: Son mərhələdə nələr gözlənilir?
-
Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
Instagram istifadəçilərinə pis xəbər - şəxsi mesajlara çıxış mümkün olacaq
-
Məğlubiyyətimizə səbəb Ukraynadakı müharibədir - Viktor Orban
-
Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirildi - SİYAHI
-
Azərbaycan nefti bahalaşdı - Qara qızıl 109 dollara satılır
-
“İran və ABŞ tezliklə bu məsələ ilə bağlı razılığa gələ bilərlər” - “Əl-Ərəbiyyə”
-
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi - FOTO
TOP 10
ARXİV






