![]() |
|














Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
Tarix 28.03.24, 9:23 |
|

Ucar rayonunda 2000-ci il təvəllüdlü Rüzgar qısqanclıq zəminində yaranan mübahisə zamanı anası Jaləni (adlar şərti verilib - red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rüzgar mobil telefonuna 1981-ci il təvəllüdlü anası Jalənin səhvən intim məzmunlu mesaj göndərməsindən sonra onun kənar şəxslə sevgi münasibətində olmasından şübhələnib.
Bu məsələni aydınlaşdırmaq məqsədilə 17 avqust 2023-cü ildə o, Moskva şəhərindən Bakıya qayıdıb. Avqustun 18-də gecə saat 4 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlib və istintaqla müəyyən edilməsi mümkün olmayan taksi ilə Jalənin tək yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evinə yola düşüb.
Rüzgar Jalənin yatdığı otağa daxil olub, yuxudan oyanan anasından kiminlə sevgi münasibətində olduğunu soruşub. Jalə oğluna şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini deyib, üzünə şillə vurmasından əsəbiləşib.
Rüzgar yaranmış mübahisə zamanı iki əli ilə anasının boğaz nahiyəsindən yapışıb və döşəmə üzərinə yıxaraq, onu boğub öldürüb.
“Atam evdən getdi”
İstintaq orqanı tərəfindən Rüzgarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüzgar ona elan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum Jalə doğma anasıdır, atası Fərrux 2021-ci ildə evdən gedərək Bakı şəhərində yaşamağa başlayıb: “Məndən başqa iki bacım isə ailə həyatı quraraq ayrı yaşayırlar.
2020-ci ilin iyulunda hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Bakı şəhərinə getdim. 2022-ci ilin yanvar ayına qədər müxtəlif restoranlarda ofisiantlıqla məşğul oldum. Həmin tarixdən isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə, əmimin yanına getdim, onun yanında işlədim”.
“Anamla əlaqə saxlayırdım”
Rüzgar qeyd edib ki, Moskva şəhərində olduğu müddətdə yalnız bir dəfə - 2023-cü ilin yanvarında sürücülük vəsiqəsi almaq məqsədilə Ucar rayonuna gəlib: “Həmin vaxt anamın başqa kənar şəxslərlə münasibətinin olmasından şübhələndim. Evin darvazasına və həyətə müşahidə kamerası quraşdırdım. 10-15 gün qaldıqdan sonra yenidən Moskva şəhərinə qayıdaraq işlərimə davam etdim. Moskvada olduğum müddətdə anamla hər gün əlaqə saxlayırdım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 16 avqust 2023-cü ildə vatsapda anasından səhvən gələn səsli mesaja qulaq asdıqda onun kənar şəxslə intim münasibətdə olmasını başa düşüb: “Dərhal anama zəng edərək bu səslərin nə olduğunu soruşdum. Anam mənə səs atdığını inkar etməyə başladı, sonra da telefonu söndürdü.
Yenidən səsləri anama göndərdim, sonra ona zəng etdim. Anam zəngə 3-cü dəfə cavab verdi. Telefonda ona evdən çıxıb yox olmağı tapşırdım. Anam isə evdən çıxmayacağını, həmin səslərin özünə aid olmadığını söylədi”.
“Bibim dedi, rayona səhər gedərsən”
Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün, yəni avqustun 17-də anasına Azərbaycana qayıdacağını, o, gələnə kimi evdən çıxmağı tapşıraraq telefonu söndürüb: “Həmin gün Bakı şəhərinə uçuş bileti aldım. Avqustun 17-də təyyarə ilə Bakıya uçdum. Bibim Nazilənin Sulutəpə qəsəbəsindəki evinə getdim. Oradan anama zəng edərək Bakıda olduğumu və bir daha evdən çıxmasını tələb etdim.
Saat 18 radələrində bibim oğlu Xəlilə zəng edərək Bakıya gəldiyimi, onunla görüşmək istədiyimi bildirdim. Xəlil Quba rayonundan Bakıya qayıtdığını, yolda olduğunu, Sulutəpə qəsəbəsində görüşə biləcəyimizi söylədi. Saat 21 radələrində Sulutəpə qəsəbəsində “Dörd yol” deyilən ərazidə Xəlillə görüşərək söhbət etdik.
Xəlil bibim Naziləyə zəng edərək, mənimlə bir yerdə olduğunu və Ucar rayonuna getmək istədiyini dedi. Bundan sonra Xəlil telefonu mənə verdi. Bibimlə telefonda təxminən 2 dəqiqə danışdım. Bibim gecə olduğu üçün Ucar rayonuna səhər getməyi məsləhət gördü. Onun sözlərinə məhəl qoymayaraq Ucar rayonuna indi gedəcəyimi dedim və telefonu Xəlilə verdim.
Xəlil Ucara nə məqsədlə getməyimi soruşduqda, ona anam Jaləni görmək istədiyimi dedim”.
“Şans verməyimi istədi”
Rüzgarın sözlərinə görə, Xəlilə avtovağzala, oradan da taksi ilə Ucar rayonuna gedəcəyini bildirib: “Xəlillə sağollaşdım, avtobusla avtovağzala getdim, saat 01:20-də Bakıdan nömrəsini xatırlamadığım “Mercedes” markalı taksi ilə yola çıxdım. Saat 4 radələrində Ucar rayonuna çatdım. Kəndimizin girişində taksidən düşərək piyada evə getdim.
Darvazadan həyətə baxdıqda heç kəsin olmadığını gördüm. Darvaza bağlı olduğu üçün bitişik hasardan tullanaraq həyətə keçdim. Qonaq otağında olan çarpayıdan səs gəldikdə anamın yuxudan ayıldığını hiss etdim. Ayaqqabımı soyunaraq qonaq otağına daxil oldum. Otağa girən kimi işığı yandırdıqda anamın çarpayıda oturmuş vəziyyətdə qorxaraq mənə baxdığını gördüm.
Anamdan niyə evdən çıxmadığını soruşdum və telefonunu götürdüm, zənglərə, mesajlara, şəkillərə baxdım. Telefonda kənar şəxsə aid heç nə tapmadım. Anam mənə səhv etdiyini, bir də belə bir şey olmayacağını dedi. Həmin an başqası ilə münasibətinin olduğunu təsdiqləyərək ona şans verməyimi istədi”.
“Anam xırıldamağa başladı”
Rüzgar deyib ki, anasından evdən çıxmağı tələb edib və qolundan tutaraq çarpayıdan qaldırıb:
“Bu zaman o, öz istədiyi kimi yaşayacağını, heç kimin ona heç nə deyə bilməyəcəyini, heç kimə şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini və heç kimin sözü ilə evdən çıxmayacağını dedi. Sonra qışqıraraq mənə nalayiq ifadələr işlətməyə başladı. Üzümə sağ tərəfdən şillə vurdu.
Anamın boğazından iki əlimlə yapışaraq boğmağa başladım. Dizlərimi yerə qoyduqdan sonra yenə boğmağa davam etdim. Daha sonra anamı arxası üstə uzatdım, bu vəziyyətdə də onu boğdum. Bu zaman anam mənim boğaz nahiyəmə cırmaq atdı. Cırmaq atdıqda əllərimi boğazından çəkdim, anam xırıldamağa başladı”.
“Meyiti iki palaza bükdüm”
Rüzgar qeyd edib ki, qonaq otağında elektrik ötürücüsünə taxılmış vəziyyətdə olan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş naqili ötürücüdən ayırıb, anasını yenidən arxası üstə döşəməyə sərərək dizlərini onun üzərinə basıb, müqavimət göstərməsinin qarşısını alıb:
“Naqili boğazına dolayaraq çarpaz istiqamətdə sıxdım. Təxminən bir dəqiqə həmin vəziyyətdə anamı boğduqdan sonra onun öldüyünü anladım. Özüm ayağa qalxdım, naqil anamın boğazında qaldım. Otaqda olan iki palazdan birini götürdüm, anamın üzərinə sərdim və onu palaza bükdüm. Servantdan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş iki naqil götürərək palazı bağladım.
Palazı dartaraq evin eyvanına, qonaq otağı ilə yataq otağının arasına çıxardım. Birinci fikrim anamın meyitini eyvanda saxlamaq oldu. Havanın işıqlandığını gördükdə meyiti palazla birlikdə hadisə baş verən otağın sağında yerləşən yataq otağına sürüyüb apardım.
Meyiti yataq otağının sağ küncünə uzandırdıqdan sonra qonaq otağında olan digər palazı gətirərək meyitin üzərinə atıb otaqdan çıxdım. Otağın qapısına qıfıl keçirsəm də, açarla bağlamadım”.
“Bibimə hər şeyi danışıb təslim oldum”
Təqsirləndirilən şəxs deyib ki, kəndin giriş hissəsindən keçən Gürcüstan-Qazax-Bakı avtomagistral yolunun kənarında dayanaraq Bakı istiqamətində hərəkət edən “Opel” markalı avtomobilə minib və Bakı şəhərinə gedib:
“Saat 9 radələrində Bakıda "20 Yanvar" metrosunun yaxınlığında düşdükdən sonra avtobusla bibimgilə getdim. Bibim məndən niyə evə gec gəldiyimi, saatlarla harada olduğumu, telefona niyə cavab vermədiyimi soruşduqda mən hirslənib ağlamağa başladım. Mətbəxin pəncərəsi açıq olduğuna görə bibimə evin arxasına keçməyi təklif etdim. Evin arxasında ağlaya-ağlaya bibimə bütün olanları danışdım.
Babam Musaya zəng elədim. Amma onunla danışa bilmədiyimə görə telefonu bibimə verdim. Bibim baş verənləri babama danışdı. Daha sonra Moskvada yaşayan əmim Əliyə və digər bibim Günaya zəng edərək anamı qətlə yetirdiyimi dedim.
Əmim telefonda ağlayaraq mənə gedib təslim olmağımı dedi. Bibilərim Günay və Nazilə ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə getdik. Könüllü polisə təslim oldum”.
“Videodakı “N” hərfinin kim olduğunu soruşdum”
İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən Rüzgarın bibisi Nazilənin sözlərinə görə, qardaşı Fərruxla Jalə təxminən hadisədən bir il əvvəl faktiki ayrılıblar: “Qardaşım arvadı Jaləyə nifrət etdiyini bildirərək onunla yaşamaq istəmədiyini dedi. Təxminən bir il əvvəl Ucar rayonunun kəndinə yasa gələndə camaat arasında Jalənin başqa kişi ilə münasibətinin olması barədə söz-söhbət yayıldığını eşitdim. Jalənin özü də adına yalandan başqa bir şəxslə münasibətinin olması haqqında kənddə şayiələr çıxardıqlarını dedi. Son zamanlar Jalənin vatsapda daim onlayn olduğunu görürdüm. Niyə bu qədər onlayn olmağının səbəbini soruşduqda, qızları ilə danışdığını deyirdi”.
Nazilə qeyd edib ki, avqustun 12-də Jalənin Bakıda yaşayan qızı Sayalı qayınanası ilə birlikdə Ucar rayonuna yasa gedib: “Sayalı anası Jalədən ötrü darıxdığından 5-6 gün onunla qalmaq istəsə də, Jalə qızının qalmasına icazə vermədi, onu taksi ilə Bakıya yola saldı.
Bundan başqa, avqustun 7-də baldızım və eyni zamanda Jalənin qudası olan Kəmalənin qızı Fatimə mənə vatsapda onun statusun ekran görüntüsünü göndərdi. Jalənin vatsapa, “Tik-tok”a qoyduğu videoda “N” baş hərfi və ürək şəkilləri vardı. Videoya görə bacım Günaya zəng etdirərək Jalədən videoda olan “N” hərfinin kim olduğunu soruşdum. Jalə həmin videonu vatsapa bilməyərəkdən qoyduğunu dedi”.
“Anasının yox olduğunu dedi”
Nazilə deyib ki, qardaşı oğlu Rüzgar kənddə yaşayıb böyüyüb, hərbi xidmətdən sonra Bakı şəhərində bir müddət işlədikdən sonra Moskva şəhərinə əmisi Əlinin yanına yollanıb, meyvə-tərəvəz işi ilə məşğul olub: “Qardaşım Əli zəng edərək mənə Rüzgarın Bakıya gələcəyini, onun anası Jalə ilə nəsə bir işi olduğuna görə Ucara getmək istədiyini dedi. Növbəti gün, günorta saatlarında Rüzgar Sulutəpə qəsəbəsində yaşadığım evə gəldi. Həyətdə oturub yemək yedik, söhbət elədik.
Təxminən 1 saat qaldıqdan sonra özünə nömrə alacağını və dostu ilə görüşəcəyini deyərək evdən çıxdı. Saat 21 radələrində bacım Günayın oğlu Xəlil zəng edərək Rüzgarın yanında olduğunu, bir az sonra isə zəng edərək Rüzgarın Ucar rayonuna getməkdə israr etdiyini dedi.
Rüzgarla telefonda danışaraq Ucar rayonuna getməməsini, evə qayıtmasını və səhər birlikdə Ucara getməyi təklif etdim. O isə sözümə məhəl qoymayaraq gedəcəyini bildirdi. Avqustun 18-də saat 9 radələrində Rüzgar vatsapda yazaraq bizə çatdığını dedi, hamamı hazırlamağımı istədi.
Saat 09.30-d Rüzgar bizə gələndə onun əllərinin əsdiyini və yaxşı vəziyyətdə olmadığını gördüm. Bunun səbəbini soruşduqda Rüzgar mənimlə birlikdə evin arxasına keçərək Jaləni pis vurduğunu, onun yox olduğunu dedi. Bundan sonra ağlamağa başladı”.
“Sevgili münasibətinin olduğunu dedi”
Şahid qismində ifadə verən Sayalının sözlərinə görə, mərhum Jalə anası, təqsirləndirilən Rüzgar isə qardaşıdır:
“Təxminən hadisədən bir il əvvəl atam Fərrux bizi tərk edərək evdən getdi. Bundan sonra atamı birdə heç vaxt görməmişəm.
12 avqust 2023-cü ildə qayınanamla birlikdə Ucar rayonuna yasa gəldik. Anamdan ötrü darıxdığım üçün bir həftə onun yanında qalmaq istədim. Onun yanında cəmi 2 gün qaldım. Sonra anam Bakıya getməyimi tələb edərək məni yola saldı. Anamın evində qaldığı iki gündə kənddə olan Niyaməddin adlı qonşumuz evimizə gəldi.
İki gün hər axşam saat 23 radələrində Niyaməddinlə anam bizdə qonaq otağında spirtli içki qəbul edib yemək yedilər. Niyaməddin bir gecə bizdə qaldı, bir gecə isə yeyib-içdikdən sonra getdi. Anam mənə Niyaməddinlə sevgi münasibətində olduğunu, bunu yalnız bacım Sahilənin bildiyini dedi.
Qardaşım Rüzgarın Azərbaycana gəlməyindən xəbərim olmayıb. Həyat yoldaşım mənə Rüzgarın Azərbaycana gəldiyini, Ucara gedərək anamı döydüyünü, anamın xəstəxanada olduğunu, Rüzgarın isə tutulduğunu dedi. Buna görə həyat yoldaşım və qaynanamla kəndə getdik. Qardaşımın anamı qətlə yetirdiyini orada bildim”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüzgar 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Xəbərin oxunma sayı : 934
Kriminal
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV