Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Qanunsuz ev tikənlər su, qaz və işıqsız qalacaq - VİDEO

Tarix 29.03.23, 22:02

Font ölçüsü : - / +
bitmap-img6


İcazəsiz tikilən obyektlərin, evlərin su, qaz, elektrik təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur.

AzFakt.com Xezerxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı "Su təchizatı və tullantı suları haqqında" qanuna dəyişiklik təklif edilir. Milli Məclisin `` Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi``nin sədri Sadiq Qurbanov bildirib ki, qanunvericiliyin tələblərinə əməl etmədən tikilmiş və ya tikilməkdə olan obyektlərin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə qoşulmasına dair məsuliyyət müəyyənləşir.

İcazəsiz tikinti aparan şəxslər üçün 2 ildək  müəyyən vəzifə tutma fəaliyyətindən məhrum etmə, 1 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Bu cür tikililərdə qaz, su, elektrik və kanalizasiya təchizatı müəssisələrinin vəzifəli şəxsləri qanunsuz qoşulmaya görə 2 min manatdan - 4 min manatadək məbləğdə cərimə, 3 ildək vəzifə tutma hüququndan məhrum edilmə, 2 ilədək azadlıqdan məhrum etmə ilə cazalandırılacaqlar.

Komitə sədri bildirb ki, qanunsuz qoşulmaların sayı kifayət qədər çoxdur, bununla yanaşı yeni gəcəqonduların da sayı artır. Qanunsuz tikililərin və qoşulmaların qarşısını almaq üçün yeni qanun layihəsi hazırlanır. Bu layihə vahid bazadan tikinti işlərinə nəzarət etməyə imkan verəcək.

Təklif edilən dəyişiklik milli məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Ətraflı videomaterialı təqdim edirik:





Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap