“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qurbanlıq ət neçəyə satılır? - Açıqlama

Tarix 20.07.21, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


Qurbanlıq heyvanların sifarişlər əsasında çatdırılması prosesinə start verilib.

Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qalib Bəhrəmov Oxu.Az-a bildirib ki, hazırda aktiv çatdırılma xidməti həyata keçirilir, sifarişlərin ümumi həcmi barədə isə yekunda məlumat veriləcək.

Qalib Bəhrəmov əlavə edib ki, qurbanlıq ətin bir kiloqram üçün qiyməti 12,50 AZN təşkil edir, çəki dərəcələri isə dəyişir:

“Vətəndaşın cibinə uyğun olaraq 12-14, 15-17 və 18-21 kiloqramlıq qurbanlıq ət kateqoriyaları mövcuddur. Hər bir vətəndaşın tələbatına uyğun olaraq sifariş həyata keçirməsinə imkan yaradılıb. Qurbanlıq heyvan bölünməyib. Çatdırılması nəzərdə tutulan heyvan kəsilir, dərisi soyulur, təmizlənir və paketlənir”.

Qeyd edək ki, vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində yeddi ünvandan götürə biləcəklər.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil edib.



Xəbərin oxunma sayı : 676




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap