“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Rüstəm Muradov muradına çatmadı - VİDEO

Tarix 18.11.21, 20:40

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 16-da Azərbaycan - Ermənistan sərhədində baş verən insident səbəbindən Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini Rüstəm Muradov məzuniyyətdən yarımçıq qayıdaraq iki ölkə arasında vasitəçilik etməyə başladı.

Dünən saxlanılan təxribatçıların dalınca Bakıya gələn Muradovun İrəvana geri qayıdanda təyyarədə özü ilə yalnız baş leytenant Taron Saakyanın meyitini apardığı məlum olub. Bir sözlə, “ali” missiya ilə gələn general rəsmi Bakıdan umduğu “muradına” çatmayıb.

Nə kəramətdirsə, Muradov adətən Bakıdan İrəvana gedəndə Ermənistanda hamı rus generalın ələ keçirilən erməni təxribatçıları özü ilə apardığı xülyasına düşür. Ola bilər, Muradov Ermənistandakı dostlarına məsələni həll edəcəyini söz verib. Lakin xatırlamaqda fayda var ki, rəsmi Bakı əli azərbaycanlı qanına batan bütün cinayətkarları qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edib. Yəni cinayət törədənlər buradan əl-qolunu sallaya-sallaya, kiminsə müşayiəti ilə geri qayıda bilməzlər.

Rus generalın dünən Azərbaycandan əliboş qayıtması, bir daha sübut etdi ki, rəsmi Bakını öz prinsipial mövqeyindən heç kim, heç nə çəkindirə bilməz. Ermənistanın istər öz revanşist hərəkətləri, istərsə də himayədarlarının diktəsi ilə atdığı istənilən təxribatın qarşısı ordumuz tərəfindən qətiyyətlə alınacaq. Bunu hər kəs nə qədər tez başa düşsə, bir o qədər vəziyyətdən daha zərərsiz çıxar.

Daha ətraflı Baku TV-nin süjetində:









Xəbərin oxunma sayı : 1654




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap