Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Təhsilin yataqxana dərdi: Problem nə vaxt həll olunacaq?

Tarix 05.09.25, 22:03

Font ölçüsü : - / +
bitmap-img6


"Tədris ilinin başlaması ərəfəsində yeni tələbə adını qazananların ev problemi hər il olduğu kimi, bu dəfə də çox ciddi problem olaraq qalmaqdadır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Ekspert bu problemin ildə bir dəfə, yeni tədris ilinin başlaması ərəfəsində yada düşdüyünü xatırladıb:

"Məsələnin ilkin həlli üçün atılacaq ən vacib addım tələbə yataqxanalarıdır. Təəssüflər olsun ki, hələ də bununla bağlı ürək dolusu danışa bilmirik. Bu il heç bir universitetin əlavə tələbə yataqxanası inşa edilməyib. Bir neçə ilə əvvəl Bakı Dövlət Universitetinin, Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin əlavə yataqxana korpusu tikilib. Başa düşürəm, bunlar həm maliyyə, həm də infrastruktur baxımından asan məsələ deyil. Amma biz tələbələrə xidmət göstəririksə, onların illik təhsil haqqı bizim xərclərimizdə müstəsna rol oynayırsa, yataqxana problemlərini də həll etməliyik. Universitetlərdə bu durum çox acnacaqlıdır".

Elmin Nurinin fikirincə, kəmiyyət və keyfiyyət baxımından ən yaxşı universitet öz tələbə kontingentinin maksimum 3%-ni yataqxana ilə təmin edir:

"Söhbət həmin universitetlərin ümumi tələbə sayından deyil, universitetlərdə oxuyan və yataqxanaya ehtiyacı olan kontingentin 3%-dən gedir. Həmin 3% isə əsasən əcnəbi tələbələrlə doldurulur".
 
Bəs, yerli tələbələr nə etməlidir?

Ekseprt vurğulayıb onlar ya qohum evinə yerləşməlidir, ya da kirayə mənzil tutmalıdır:

"Özəl yataqxana sistemi isə ümumiyyətlə, yox səviyyəsindədir. Olanda da tələbələr ondan bir xeyir görmür, çünki çox baha qiymətə təklif edilir. Bu təkcə yeni tələbə adını alanlarla bağlı deyil. Problem həm də xaricdən Bakıya oxumaq üçün gələnlərə də mane olur. Çünki xarici tələbə əcnəbi ölkə olan Azərbaycan gəlmək istəyəndə ilk növbədə universitetin yataqxanası, onun durumu ilə maraqlanır. Bu onun haqqıdır. Çünki o tanımadığı ölkədə bizimki kimi "maklerlər”in əli ilə ev axtarmalı deyil. Ödəniş etdiyi universitetin yataqxanasında rahat məskunlaşmalıdır. Əcnəbi bunu düşünür. Amma təəssüflər olsun ki, biz heç bir halda yataqxana probleminin həlli barəsində düşünmürük"

Elmin Nurinin sözlərinə görə, universitetlərin yataqxanalarının olmaması tələbələrin ixtisas seçiminə mane olan faktorlardan biridir:

"Bu ixtisas seçimi zamanı prosesi həyata keçirənərdən biri kimi deyə bilərəm ki, tələbələrin universitet seçiminə də ciddi təsir göstərir. Artıq valideyn və abituriyent əvvəlki kimi deyil, onlar araşdırır, görəndə ki, yataqxana yoxdur, orada oxumaqdan imtina edirlər. İnsanlar yol xərclərini də hesablayırlar".



Xəbərin oxunma sayı : 661




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap