Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Toya gedən hansı müğənnilər vaksin vurdurub? - SORĞU

Tarix 04.08.21, 10:15

Font ölçüsü : - / +
bitmap-img6


Uzun müddətdən sonra Azərbaycanda toy və şənlik mərasimlərinin keçirilməsinə icazə verildi. Pandemiya şəraiti olduğundan belə mərasimlər müəyyən qaydalar çərçivəsində keçirilir.  Bu qaydalardan ən vacibi toy şənliklərində iştirak edən hər bir kəsin peyvənd olunmasıdır.
 
Əlbəttə, şənlik, toy dedikdə ilk ağıla gələn müğənnilər olur. 
 
Maraqlıdır, toyların ilk qonağı sayılan müğənnilər peyvənd olunublarmı? Yaxud onlar hansı vaksindən istifadə ediblər?
 
Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün tanınmış sənət adamlar arasında sorğu keçirib.
 
Müğənni Manaf Ağayev vaksin vurdurduğunu, amma hansı peyvənddən istifadə etdiyini unutduğunu deyir:
 
"Əlbəttə, vaksin olunmuşam. Həm də ilk peyvənd olunanlardanam. Amma üzərindən uzun müddət keçdiyi üçün hansı vaksin olduğunu unutmuşam”.
 
Nazənin Salayeva sualımızı cavablandırmaq yayınaraq, bu barədə danışmaq istəməyib.
 
Mətanət Əsədova isə "Mənə sənətimlə bağlı sual verin”, deməklə kifayətlənib.
 
Həmkarlarından fərqli olaraq, müğənni Xatirə İslam vaksinasiyadan keçənlər sırasındadır:
 
"Vaksin olunmuşam, amma hansı vaksin bilmirəm”.
 
Vasif Məhərrəmli Pfizer vaksinindən istifadə etdiyini bildirib: 
 
"Bəli, vaksin olunmuşam. Almaniya və Amerikanın birgə istehsalı olan Pfizer vaksinindən istifadə etmişəm”.
 
Xalq artisti Gülyanaq Məmmədova isə "SinoVac" peyvəndinə üstünlük verdiyini vurğulayıb.
 
"Vaksinin birinci dozasını vurdurmuşam. İkinci dozasının vaxtına az qalıb. Sinovac vaksinindən istifadə etmişəm”.
 
Xanəndə Gülyaz Məmmədova hələ avqustda peyvənd olunmağı planlaşdırır:
 
"Mənim alergiyam olduğu üçün həkim yoxlanışından keçdim. Ona görə hələ vaksin vurdurmamışam”.
 
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.



Xəbərin oxunma sayı : 718




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap