Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tramp üçün “19 yanvar” müəmması:“Dərin dövlət“ Tramp dəftərini qapada biləcəkmi?

Tarix 15.01.21, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Ərgün Dilər

“Takvim”, Türkiyə, 15 yanvar 2021-ci il

ABŞ qarışan kimi, təbii, hər yer bunu yaxından hiss edir. Mərkəzdə olan Trampdır. Çox böyük miqdarda səs almasına rəğmən, uduzdu. Ənənəvi media da, sosial media da əleyhinədir. Konqres basqınından sonra əməlli-başlı hədəf oldu. Vəzifədə qaldığı müddət ərzində Ağ Ev parça-parça oldu. Gələnlərin, gedənlərin, istefa verənlərin sayını unutduq.

Bugünlərdə yazdığım kimi, onun Ağ Evdə qaldığı günlərdə baş verən ən önəmli hadisələrdən biri “The Washington Post”-un saxta nüsxələrinin çap olunması və “Tramp helikopterlə Krıma qaçdı” manşetinin atılması idi. Həmin saxta manşet, əslində, dərinliklərdə gedən savaşı anladırdı.

Tramp, dostunun sahib olduğu nəşrdə “Amazon” və “The Washington Post”-un sahibi olan Cef Bezosun gizli məhəbbəti haqqında xəbər verdirmiş, məşhur iş adamı da ona “Krımlı” cavab vermişdi… O, əlbəttə,  saxta qəzeti qəbul etmirdi, ancaq bunun bir cavab olduğu da aydın idi. Ağ Ev önündə bu qəzeti yayanlar belə, “Nə üçün Krım?” sualına cavab verə bilməzdi. Nə üçün başqa bir yer deyil, məhz Krım?

2019-cu ildə bu saxta manşet atıldı, indi isə iddia bambaşqadır. Ancaq yenə Trampla, yenə qaçmaqla bağlıdır. Trampın atası alman, anası isə şotland əsillidir. Trampın anası Meri Enn Maklaud, Lyuis adasındakı (Şotlandiyanın şimali-qərbində yerləşir – tərc.) Tonq kədində anadan olub. Baydenin andiçmə mərasiminə qatılmayacaq Tramp, 19 yanvarda Ağ Evə aid olan “Boeing 757” tipli təyyarə ilə “Prestwick” hava limanına enəcək. Noyabr ayı ərzində ABŞ HHQ tərəfindən bu bölgədə aparılan kəşfiyyat və müşahidə fəaliyyətləri bu iddiaları gücləndirir. Trampı tanıyanlar belə şərh verirlər ki, “Uzun müddət ABŞ-a geri dönməyəcək, burada qalacaq”.

Öncə saxta “The Washington Post” vasitəsilə Krımla, indi də “The Guardian” vasitəsilə Şotlandiya ilə bağlı iddia ortaya atılır…

Ağıllarda “Tramp qaçarmı?”, “Başına nə gələ bilər?”, “Həbs oluna bilərmi?”, “Əlindəkiləri itirə bilərmi?” kimi çoxsaylı suallar dolaşır. Ancaq mən Trampın etdiyi pozuntularla bağlı iddialara deyil, onun özünə çox yaxın hesab etdiyi və arxalandığı o təsirli, güclü yəhudi qrupu ilə olan əlaqələrinə baxıram. ABŞ Baş qərargah rəisi Mark Millinin də təhdidlər siyahısında başa qoyduğu Rusiya, Trampın dəstək aldığı bu böyük gücün ana vətənidir. Bu səbəblə, saxta “The Washington Post” Trampı “Krım”a vurğu edərək, təqdim edirdi. Bu, eyni zamanda “Dərin Amerika”nın “dərin səs”i idi.

Ötən il də Trampa qarşı impiçment tələbi irəli sürülmüşdü. Ancaq nəticəsi olmamışdı. Bu dəfə durum bir az fərqlidir. 10 respublikaçı öz partiyasından fərqli mövqe tutdu. Üstəlik, Vaşinqtonda baş verən hadisələrlə əlaqədar açıq qınama mesajları verdilər. Sabiq vitse-prezident Dik Çeyninin qızı Liz Çeyni ən çox gözə çarpan şəxslərdən oldu. Çeyni “Heç bir ABŞ prezidenti öz vəzifəsinə və konstitusiyaya bağlılığına bu ölçüdə xəyanət etməmişdi” dedi. Bu çıxış, əlbəttə, çox önəmli idi. Ancaq bundan da önəmlisi vardı. Respublikaçıların ABŞ Senatındakı lideri Mitç MakKonnell “Trampın impiçmentin astanasına gəlməsindən məmnuniyyət duyuram. Partiyanın “Tramp dəftəri”ni qapatmasına ümid edirəm…” sözlərilə nöqtəni qoydu.

Mitç MakKonnell “Dərin Amerika”nın ən çox güvəndiyi şəxslərin başında gəlir. O, əlində Trampı təhdid edəcək qədər gücü olan bir şəxsdir. Silah lobbisinin adamıdır. Trampla Türkiyəyə görə üz-üzə gəlmişdi. “Türkiyə ilə bağlı bizim qərarlarımızı tətbiq edəcəksən!” deyərək, Ağ Evdə prezidentə rəsmən əmr verməyə cəhd etmişdi. Suriya məsələsindən sonra Türkiyəyə göndərilən qalmaqallı məktubun arxasındakı şəxs də Mitç MakKonnell idi. Tramp, kürd məsələsilə bağlı bu vektorla eyni cizgidə olmasa da, təzyiqə boyun əyirdi. Eyni məktəb Trampdan Türkiyənin Rusiya ilə arasını pozmasını tələb edirdi. Rusiya ilə yan-yana gələn bir Türkiyə fotoşəkili istənmirdi. Lap əvvəldən… Rus təyyarəsinin vurulması da, səfir Karlovun öldürülməsi də bu məqsədə xidmət edən addımlar idi.

Ancaq bunlara baxmayaraq, əlaqələr S-400-lərin alınmasına qədər gedib çıxmışdı. Rusiyanın Krımı ilhaq etməsi və Obamanın sanksiya kartını açması da, rusları ölkədən çıxarması da arxa planda gedən böyük mübarizənin üzə çıxması idi. Hissə-hissə baxıldığı zaman baş verən hadisələrdən bir şey anlamaq asan deyildi. Ancaq Rusiya üzərindən bir savaş aparılmaqda idi. “Rusiya seçkilərə qarışdı” iddiasından tutmuş ABŞ Baş qərargah rəisinin Rusiyanı hədəf almasınadək, FTB (FBİ) rəhbəri Ceyms Kominin Trampın Rusiya ilə əlaqələrini təsbit etməsindən və vəzifəsindən uzaqlaşdırılmasından tutmuş kürəkən Kuşnerin Kremlə uzanan gücünün açığa çıxarılmasınadək bütün olanlar bu savaşın tərkib hissələri idi.

Trampın təmsil etdiyi ABŞ-la Baydenin təmsil etdiyi ABŞ fərqlidir. Bu savaş da yalnız onların ölkəsində getmir. Rusiyanın Çinlə yan-yana gəlməsindən və dünyanın güc balansının pozulmasından qorxu duyulur. “Dərin Amerika” bu səbəblə təlaş içindədir.

Vaşinqtonu təlaşa salan digər bir məsələ də arxada duran, heç görünməyən İngiltərənin ağlıdır. Baydenin təmsil etdiyi ABŞ-la AB bu vektorun qarşısındadır. Bu da daxildə bizim qarşımıza CHP- İYİ Partiya-DEVA-Gələcək-Səadət-HDP koalisiyasını çıxarmaqdadır.

Corc Buşla Dik Çeyninin Co Bayden xəttində olması, tərəflərin dəqiqləşməsi mübarizənin çox böyük miqyaslı olacağına işarət edir.

Trampın məktubunda Suriya Demokratik Güclərinin (SDG) Baş komandanı Mazlum Kobaninin Türkiyə ilə müzakirə aparmaq istədiyini və bəzi güzəştlərə getmək niyyətində olduğunu bildirməsi qarşıdakı günlərdə yaşanacaq gərginliyin çox öncədən sətirlərə tökülmüş halı idi. Çünki bu sözlər Trampa təzyiq edən və indi Baydenin arxasında yer alan gücə aid idi.

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 424




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap