“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ucuz qiymətə “sınaq“ avtomobilləri: Alıcılar nəyə diqqət etməlidirlər?

Tarix 11.11.25, 11:07

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar xarici ölkələrdən qəza testindən çıxan avtomobillərə maraq artıb.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, bu avtomobilləri alanların əsas arqumenti onların həm daha ucuz qiymətə satılması, həm də yürüşünün az olmasıdır.

Lakin mütəxəssislər bildirirlər ki, belə avtomobilləri bərpa etmək nə asan, nə də ucuz başa gəlir.

Avtousta Xaliq Əliməmmədov deyib ki, qəza testindən çıxan avtomobillər istehsalçılar tərəfindən bazar qiymətindən dəfələrlə aşağı məbləğə təklif olunur:

"Bu maşınlar test zamanı ciddi zərər gördüyü üçün bərpası çox çətin olur. Biz belə avtomobilləri düzəldərkən çox vaxt və zəhmət sərf edirik. Görünüşcə problemsiz görünsə də, gizli texniki nasazlıqlar qalır".

Onun sözlərinə görə, xüsusilə hava yastıqları və elektron idarəetmə sistemləri əvvəlki kimi işləməyə bilər.

Mütəxəssislər alıcılara xəbərdarlıq edirlər ki, bu tip avtomobilləri almaqdan əvvəl onların keçmişi və texniki vəziyyəti diqqətlə yoxlanılmalıdır. Çünki bəzi hallarda qəza testindən çıxan avtomobillər elə həmin ölkədə bərpa olunaraq "yeni avtomobil" adı ilə satışa çıxarılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap