| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Xəzər balıqlarını “kütləvi soyqırım”dan necə qoruyaq - sintetik tor bəlası...
Tarix 13.09.22, 10:30 |
|
Ekspert: “Dənizin səviyyəsi aşağı düşüb, kürüləməyə gələn balıqların vəziyyəti çətinləşib”
Xəzər dənizində və ölkənin digər su hövzələrində sənaye üsulu ilə balıq ovlanmasına qoyulan moratorium götürülüb. Yəni balıq biznesi ilə məşğul olanlara qanunlara uyğun şəkildə, ayrılan kvota üzrə və qanunla qadağan edilməyən vasitələrlə balıq ovlamağa icazə verilib.
Ancaq sosial şəbəkələrdə yayılan görüntülər və həvəskar balıqçıların müvafiq qruplarda çəkib paylaşdığı videolardan görünür ki, brakonyerlər qanunsuz vasitələrlə və kvotaya əhəmiyyət vermədən Xəzərdə balıqlara qarşı “soyqırım” həyata keçirirlər. Belə ki, tor qurmaq qaydalarına əməl edilmir, sintetik tor qadağan olsa da, ondan istifadə edilir. Sintetik toru kilometrlərlə dənizə səpirlər və sonra onları ya yığmırlar, ya da yaxşı qurmadıqları üçün dalğa dənizin dərinliklərinə aparır, nəticədə on tonlarla balıq onlara dolaşır, ölür. Faktiki olaraq Xəzəri brakonyerlərdən xilas etmək üçün ciddi tədbirlər görülməsi zərurəti var. Müvafiq qurumlar hansı addmları atır?

Uzun illərdir bu sahədə çalışan Zoologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Süleyman Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Biz Xəzərin Azərbaycan sektorunda zaman-zaman monitorinq həyata keçiririk. Vəziyyəti öyrənəndən sonra, hansı növlərə kvotanı artırmaq və ya azaltmaq lazım olduğunu müəyyən edəndən sonra açıqlayırıq. Sentyabr ayından artıq balıq tutmağa icazə verilir. Bu şərtlə ki, kvota həvəskarlara, laboratoriya işi aparmaq istəyənlərə, tədqiqat aparmaq istəyənlərə verilsin. Biz yayda baxdıq hansı balıq çoxdur-azdır, ona uyğun da nazirlik kvota tətbiq etdi. Sadəcə, biz öz fikrimizi deyirik. Elə balıq var idi ki, biz kvotanı artırdıq. Məsələn, qurbağa üçün kvotanı azaltdıq. Yəni aldığımız nəticəyə uyğun olaraq cavab veririk. Qaldı ki, sularda köhnə torlara rast gəlinməsinə, bu suala nazirlik cavab versə, daha məqsədəuyğun olar. Amma biz gördüyümüzü deyə bilərik ki, dənizdə suyun üst və dib qatında sürüşmələr olur, külək olur. Dib qatında olanda köhnə torları istədiyi yerə apara bilir. Axırıncı dəfə Xəzərdə ekspedisiya keçirdik, 14 gün orada olduq. Amma biz orada torlara rast gəlmədik. Nazirlik artıq belə torlara icazə vermir. Sərhəd Qoşunları da bu işlə məşğul olur. Yəni nəzarət var. Əvvəlki illərdən fərqli olaraq indi ölkəmizdə nəzarət var. Qaldı ki, balığın azalması-çoxalmasına, bu, ekoloji şəraitlə əlaqədardır. Əsas problem çəkikimilər fəsiləsinə aid olan balıqlarla bağlıdır. Hansı ki, öz kürülərini sahil zonalarına, bitkilərin üzərinə tökürlər. Dəniz çəkilib, 500-600 metr uzaqlaşıb. Belə bir problemlər var. Yəni dənizin səviyyəsi aşağı düşür. Kürüləməyə gələn balıqların vəziyyəti çətinləşir. Onların kürüləmək üçün yerləri əldən çıxır. Amma bəzi dəniz balıqları suyun üzərində yaşayırlar, kürüsünü ora tökürlər. Burada problem yoxdur”.
Ekspert, “insanlar bazarda satışa çıxarılan balıqları da almaq istəmirlər. Bu balıqların əksəriyyətinin süni olaraq artırıldığı deyilir. Dəniz, çay balığını necə ayırd etmək olar” sualına da cavab verib: “Bunu yalnız mütəxəssis fərqləndirə bilər. Mən yaxınlarda bazarda çəkikimilərdən kütüm balığının artıq satıldığını gördüm. Bu balıq olmasa bazara haradan gətirə bilər? Damba üsulu ilə - yəni qapalı sistemdə balıqları artırmaq mümkündür. Amma kütüm balığını süni şəkildə çoxaltmaq mümkün deyil. Ancaq külmə, karp balığı damba şəraitində böyüdülür. Onu yalnız mütəxəssis ayırd edə bilər ki, yediyi balıq dəniz, çay, yoxsa süni şəraitdə artırılmış balıqlardır”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin birgə məlumatın qeyd edilir ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə edilməlidir: “Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər. Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı ”ASAN xidmət" mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidirlər. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qəzetimizə bildirilib ki, ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən Xəzər dənizinin su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə bu il sentyabr ayının ikinci yarısından başlayaraq müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən ağ amur, çəki, qalınalın körpələrinin Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır: “Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması, ümumilikdə ekosistemin qorunması baxımından olduqca əhəmiyyətlidir və tərəfimizdən bu işlər hər il yerinə yetirilir. Lakin su hövzələrinə buraxılan körpələrin böyüyüb balıq ehtiyatlarının artımına şərait yaratması üçün onların qorunması da vacibdir. Bu baxımdan sənaye balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar balıq körpələrini ovlamasalar, qadağan olunmuş vaxtlarda və qadağan edilmiş vasitələrlə ov etməsələr, ölkənin su hövzələrində balıq ehtiyatlarının artımına nail olmaq mümkündür”.
Qeyd edək ki, yaxın günlərdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Siyəzən rayon sakinləri Vaqif Muradov, Şahmar Ağayev, Qənbər və Rəvan Muradov, Xaçmaz şəhər sakini Tərlan Məcidov, Şabran rayon sakinləri Samir Ağagülov, Məhəmməd Muxtarov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.
B.Məhəmmədov onu da qeyd edib ki, Kür çayının Saatlı və Sabirabad rayonlarının ərazilərindən keçən hissəsindən ümumilikdə 340 metr uzunluğunda sintetik tor yığışdırılıb.
Xəbərin oxunma sayı : 637
Sosial
Xəbərlər
-
“Puldan ötrü ölürəm, məni xoşbəxt edən Mamed və puldur” - Afət Fərmanqızı
-
Bu marşrut avtobuslarının hərəkətində ləngimələr yarana bilər - Xəbərdarlıq
-
“İlham Əliyev ilə söhbətimdə Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirdim“ - Pezeşkian
-
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
-
Qeydiyyatdan imtina qanunsuz sayıldı - Ali Məhkəmədən qərar
-
Nefçilər xəstəxanasında həkim qəbuluna düşməkdə problem - VİDEO
-
“Turan Tovuz“ rəhbərindən sərt sözlər - “Əliyarın haramı olsun“ (VİDEO)
-
Bu qanuna yeni maddə salındı - 14 ilədək həbs olunacaqlar
-
Putin Ərdoğanla danışdı - Yaxın Şərq və Ukrayna müzakirə olundu
-
Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan övladlığa götürülübmüş - Detallar
-
“SEPAH vurulan ABŞ F-35 təyyarəsinin pilotunu saxlayıb” - “NourNews”
-
Onların ailələrinə Prezident təqaüdü təyin edildi - 700 manat
-
“Əxlaq maskası altında gizlənən nəzarət ehtiyacı“ - Elnarə psixoloqdan şikayət etdi
-
Azərbaycanda 2 universitet bir sıra vəzifələrə işçi axtarır - SİYAHI
-
DTX Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir - Əli Nağıyev
-
“İran qələbəni elan etməli və müharibəyə son qoymalıdır“ - Cavad Zərif
-
UEFA klublarımıza bu qədər vəsait ayırıb - Ən çox qazanan “Qarabağ”dır
-
Modeldən ulduz futbolçu haqqında şok açıqlama: mesaj yazdı, mənimlə yatmaq istədi
-
Avropa ABŞ-siz Hörmüzü açmağa çalışır - 40-dan çox olkənin iştirakı ilə koalisiya qurulur...
-
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirildi - VİDEO
-
Tale Heydərov iş adamı ilə razılığa gəlib - Azad olunmasına etiraz etmir
-
“Pasxa bayramında atəşkəs təklifimiz qüvvədə qalır“ - Zelenski
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
İki gün yağış yağacaq, subasma ola bilər - Xəbərdarlıq
-
Prezdient bir qrup şəxsi təltif etdi - SİYAHI
-
Avtomobil sığortasında yeni qayda: 30 günə saziş bağlanacaq
-
Beyləqanda Aprel döyüşləri şəhidlərinin xatirəsi yad edildi - FOTOLAR
-
390 min manatlıq torpaq dələduzluğu: Keçmiş başçının imzası saxtalaşdırılıb
-
Son 5 ayda dünyada ərzaq qiymətləri necə dəyişib? - SİYAHI
-
Azərbaycanda taksilərin icbari sığorta xərcləri - Yeni qaydada hesablanacaq
-
Ölkəyə narkotik vasitələr gətirən 3 nəfər tutulub - VİDEO
-
“Tehran raket buraxılış sistemlərinin ən azı yarısını qoruyub saxlaya bilib“ - “CNN“
-
Pakistan və Əfqanıstan arasında dialoq stabil şəkildə irəliləyir - Çin XİN
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Sumqayıtda kuryoz hadisə - Bu obyekt kimindir? (VİDEO)
-
Bu yol ödənişli olur - Əli Əsədov qərar imzalayıb
-
Makron həyat yoldaşı ilə bağlı məsələdən danışdı - Trampı “səviyyəsiz“ adlandırdı
-
Azərbaycanda deputat evinə getdiyi qadının əri tərəfindən tutuldu - Pəncərədən QAÇDI
-
Nazirlikdə struktur dəyişikliyi: Aynur Kərimova müdir təyin edildi
-
Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib - Hikmət Hacıyev
-
Astarada 112 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - VİDEO
-
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı - RƏSMİ
-
İran ABŞ-nın F-35 qırıcısını vurdu - FOTOLAR
-
AFFA milli komandalara nə qədər pul xərcləyib? - MƏBLƏĞ
-
Bakıda tikintisi illərdir yarımçıq qalan binalar zibil poliqonuna çevrilir - VİDEO
-
Novruz Məmmədov ADU-dakı işindən çıxdı - Öz ərizəsi ilə
-
Avstraliya xüsusi təyinatlılarını Yaxın Şərqə göndərib - “The Daily Telegraph“
-
Qaxda məktəbin liseyə çevrilməsi narazılığa səbəb olub - VİDEO
-
Taksilər və sərnişinlər üçün vacib qərar: Gediş haqqı artacaq?
-
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
-
Dünya çempionatından kənarda qalacaq ulduzlar - SİYAHI
-
İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir - CNN
-
Azyaşlı uşaqları olanların nəzərinə - Təhlükəli virus yayılır
-
Daha iki rayona qatarla getmək mümkün olacaq - VİDEO
-
Paytaxtda kanalizasiya kollektorunun üzərindəki qanunsuz tikililər problem yaradıb - VİDEO
-
ABŞ baş prokuroru istefa verdi - Trampdan ilk reaksiya
-
Yer kürəsini maqnit qasırğası bürüyüb - XƏBƏRDARLIQ
-
“Bu, bizim müharibəmiz deyil“ - Starrmer
-
Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK
-
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Ülviyyə İlyasova Davinçi Estetik Klinikasında işləyir? - 3 il tibbi fəaliyyəti qadağan olsa da
-
9 uşaqdan 6-sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib - VİDEO
-
Sabah Bakının bu yerlərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Ərdoğan 43 milyon izlənən layihənin müəllifləri ilə görüşdü - FOTOLAR
-
Aprel döyüşlərində şəhid olan pilotların xatirəsi anılıb - VİDEO
-
21 milyon borcu var, yüz minlik yuyucu vasitələr alır - TƏFƏRRÜAT
-
Bakı Konqres Mərkəzi ağır texnika satan şirkətdən xidməti avtomobil alır - 2,6 milyonluq
-
Tramp onu işdən çıxara bilər - Adı “Epşteyn siyahısı”nda yer alıb
-
Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı - 190 milyon xalis mənfəət
-
Xanımından Polad Həşimovla bağlı təsirli paylaşım: “O sağ idi, vəssalam“
-
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Saleh Məmmədovun komandası 1 milyard “yeyib”? - Keçmiş sədr bağında fövqaladə toplantı təşkil edib
-
“Hörmüz boğazında təhlükəsizlik Aİ üçün təxirəsalınmaz prioritetdir“ - Kallas
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
-
“Hörmüz boğazının hərbi əməliyyat yolu ilə açılması real deyil“ - Makron
-
“Səyyadın canı üçün “qırmızı“ böhtandır, maşın “üçüncü əl“dir“ - Deputat hirsləndi
-
Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi
-
7 nömrəli Yol İstismar İdarəsinin rəisi işçiləri şəxsi zavodunda çalışdırır? - İDDİA
-
“Ermənistan KTMT-yə qayıtmayacaq“ - Paşinyan
-
Bu idman qidaları satışdan yığışdırıldı - FOTOLAR
-
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
-
“Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb“ - İlham Əliyev
-
Ukrayna PUA-ları Başqırdıstana çatdı - “Başneft” vuruldu
-
Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi - FOTOLAR
-
Nizami Kino Mərkəzini boya ilə yazdılar - Fotolar
-
Bakıda TDT hökumət başçılarının görüşü keçirilib - Birgə bəyanat qəbul edilib
-
Sabah yay havası olacaq: 26 dərəcə isti gözlənilir
-
Məcnun Məmmədov Naxçıvandadır - FOTOLAR
-
“İrana qarşı hərbi əməliyyat tezliklə başa çatacaq“ - Tramp
-
“Amazon“ Maskın “Starlink“inə meydan oxuyur: Peyk döyüşü başlayır
-
“Meqa Sığorta“nın zərərliliyi artdı - Yığımlarda azalma
-
Prezident Cevdet Yılmazı qəbul etdi - FOTOLAR
-
“Həyat yoldaşı Makronla pis rəftar edir” - Tramdan qalmaqallı açıqlama
-
Azərbaycan Sığortaçılar Assosiasiyasında rəhbər dəyişikliyi olub - FOTO
-
Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul etdi - Fotolar
-
Burada nəfəs almaq belə təhlükəlidir - Dünyanın ən çirkli paytaxtı
-
“Müharibə ABŞ və İsrailin təslim olduqları vaxta qədər davam edəcək“ - İran ordusu
-
Azad olumuş ərazilərdə hansı sahələrdə iş var? - SİYAHI
-
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
-
“Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı ağaclar hansı şərtlərlə kəsilib? - FOTOFAKT
-
Ermənistan geri dönüşü olmayan nöqtəyə yaxınlaşır - Aleksey Overçuk
-
“Aprel döyüşləri böyük Qələbənin başlanğıcı kimi xatırlanır“ - Müdafiə Nazirliyi
-
Xətai rayonunda yerləşən “Ordubad kafesi“ndə səs-küy - ŞİKAYƏT/VİDEO
-
“Növbəti iki-üç həftə ərzində İranı daş dövrünə qaytaracağıq“ - Tramp
-
Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi - FOTO
-
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
-
Ramanada yağış sularının yaratdığı fəsadlara görə əksər şagirdlər məktəbə gəlmirlər - VİDEO
-
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
-
Abbasqulu Ağa Bakıxanovun evi dağılmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
Xırdalanda yaşayış binalarının zirzəmiləri 3 metrədək kanalizasiya suyu ilə doldu - VİDEO
-
Qərbi Kaspi Universitetində tələbələrdən pul istənilir və təqüdləri də verilmir - VİDEO
-
“Müqavimətə dəstək davam edəcək“ - Müctəba Xamenei
-
İsmayıllıda sürüşmədən yararsız hala düşən yol nə vaxt təmir ediləcək? - VİDEO
-
Dünyada yanacaq böhranı başladı: Sərt qənaət tədbirləri hər yeri bürüyür
-
Nəvəsini xilas etmək istədi, hər ikisi yanaraq öldü - VİDEO
-
“İsrailin Xəzər dənizində yaratdığı təhlükə qəbuledilməzdir“ - Rəsmi Moskva
-
Bakının bir qəsəbəsi blokada şəraitində: Körpü uçdu, xəstələr yardımsız qaldı (VİDEO)
-
Neft bazarı apreldə kollaps yaşaya bilər - BEA rəhbərindən qorxunc xəbərdarlıq
TOP 10
ARXİV






