“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Xəzər Universitetində müəllimlər qanunsuz işləyib - Cərimə yazıldı

Tarix 05.12.25, 13:12

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri Nizami rayonu, Məhsəti küçəsində yerləşən Xəzər Universitetinin (Neftçilər korpusu) bir sıra əmək müqavilələrinin elektron sistemə keçirilmədiyi müəyyən edilib.

AzFakt.com Teleqraf-a istinadən xəbər verir ki, bu səbəbdən ali təhsil müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş protokolla cərimələnib.

Yoxlama zamanı universitetin 43 əməkdaşına aid əmək müqavilələrinin elektron qaydada rəsmiləşdirilmədiyi aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün qurum universitetə 3 iş günü vaxt verib. Lakin müəyyən olunmuş müddətdə tələb yerinə yetirilmədiyi üçün Xəzər Universiteti İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən 2 min manat məbləğində cərimə olunub.

Nizami Rayon Məhkəməsi protokola əsasən cəriməni qüvvədə saxlayıb. Lakin universitet qərarla razılaşmadığını bildirib.

Qeyd olunub ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən 3 günlük müddət ərzində işçilərin əksəriyyəti məzuniyyətdə olub. Həmçinin universitetin mövqeyinə görə, işçilər məzuniyyətdə olmasa belə, 43 əmək müqaviləsinin cəmi 3 gün ərzində elektron sistemə daxil edilməsi texniki baxımdan mümkün deyil.

Məhkəmə universitetin bu izahını əsaslı saymayıb.



Xəbərin oxunma sayı : 829




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap