Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Yeni rektor təyin olundu - Səyavuş Qasımov kimdir? + DOSYE

Tarix 30.09.24, 21:19

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Avrasiya Universitetinin (BAAU) Təsisçilər Şurasının 30.09.2024-cü il tarixli qərarı ilə bu universitetə yeni rektor təyin edilib. 

AzFakt.com xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Kamran oğlu Qasımov  BAAU-nun rektoru vəzifəsinə təyin olunub.  Səyavuş Qasımov yeni təyinatadək BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

Qeyd edək ki,Səyavuş Qasımov  02.07.1984-cü ildə Azərabycan Respublikasının Gədəbəy rayonunda anadan olub. S.Pirverdiyav adına Çalburun kənd orta məktəbini bitirib. 

S. Qasımov 2001-2005-ci illərdə BDU-nun Tarix fakültəsində bakalavriat, 2005-2007-ci illərdə magistratura səviyyələrində təhsil alıb, hər iki pilləni fərqlənmə diplomu ilə bitirib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi institutlar və sistemlər” ixtisası üzrə doktoranturada təhsil alıb və təhsilini 2011-2012-ci illərdə Avropa Birliyinin "Erasmus Mundus” proqramı üzrə Yunanıstanın Beynəlxalq Hellenic Universitetində davam etdirib. "Azərbaycan Respublikasının milli maraqları sistemində geosiyasi amil” mövzusunda siyasi elmlər üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək 2017-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 30-dan çox elmi məqalənin müəllifidir.

O, bir sıra beynəlxalq elmi konfranslarda çıxış edib. İngilis və rus dillərini bilir.

Əmək fəaliyyətinə 2007-ci ildə BAAU-nun Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi başlayıb. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, şöbə müdiri, Universitetin elmi katibi, kafedra müdiri əvəzi və dekan əvəzi vəzifələrində çalışıb. 2015-ci ildən yeni təyinatadək universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini icra edib.

2014-cü ildən Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədridir.

Azərbaycan Elm Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən 12 layihənin müəllifidir.

Elm və təhsil nazirinin əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.



Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap