| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Zakir Qaralovla Rüstəm Usubov da dindirilməlidir - “MTN işi”
Tarix 06.12.21, 18:13 |
|
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, idarənin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
AzFakt.com xəbər verir ki, bu günə qədər cinayət işi üzrə hazırlıq iclası və 6 proses keçirilib. Ötən müddət ərzində 32 zərərçəkən və 4 zərərçəkənin hüquqi nümayəndəsindən yalnız bir nəfər bir epizod üzrə dindirilib. Həmin epizod üzrə şahidlər də məhkəmədə sualları cavablandırıblar.
Ümumilikdə 2 aya yaxındır ki, proses davam edir. Bu müddət ərzində zərərçəkənlər mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə üz-üzə, təkbətək qalıblar.
Məhkəmə prosesini izləyənlərdə belə fikir formalaşıb ki, ittihamın sübut olunması yalnız zərərçəkənlərin maraq dairəsindədir və onlar öz sualları, vəsatətləri ilə quldur dəstəni ifşa etməlidir. Dövlət ittihamçısı isə ötən müddət ərzində zərərçəkənlərin vəsatətlərinə, suallarına susqun razılıqla qarşılıq verir. Eyni tərzi təqsirləndirilənlər və onların vəkillərinə münasibətdə də sərgiləyir. Hətta zərərçəkənlərin azadlıqda olan təqsirləndirilən şəxslərin onlara təzyiq göstərməsinin qarşısının alınması ilə bağlı vəsatətlərini belə dövlət ittihamçısı müdafiə etməkdən yayınır.
Sanki ittihamın irəli sürülməsi, müdafiə edilməsi, sübut olunması, ittihamın təsdiqlənməsi dövlət ittihamçısını maraqlandırmır. Zərərçəkənlər deyir ki, dövlət ittihamçısı prosesə gəlməsə belə, nəsə dəyişməyəcək. Çünki kənardan belə qənaət formalaşır ki, Vüsal Mehrəliyev prosesdə prosessual qaydanın pozulmaması üçün formal olaraq iştirak edir. Əslində isə prosesdə bu şəkildə iştirakı ilə Cinayət Prossessual Məcəllənin tələblərini kobud şəkildə pozur.
"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, "MTN işi” üzrə istintaq alayarımçıq aparılıb. Bu gün məhkəmə də həmin alayarımçıq istintaqın davamdır: "Bu gün Mövlan Şıxəliyev və digərilərinin cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində keçirilən proses kitablara "belə istintaq, belə məhkəmə aparmazlar” sərlöhvəsi ilə salınıb tədris olunacaq. Sizin "bunun səbəbi nədir” sualınızın cavabı sadədir. Mövlan Şıxəliyev və digərilərinin ittiham olunduğu cinayətlər bir günün içində törədilməyib. Həmin cinayətlər illərlə davam edib, yüzlərlə Azərbaycan vətəndaşına saxta, qondarma ittihamlar verilib, həmin ittihamlar əsasında qanunsuz həbs olunub. MTN-in İstintaq Təcridxanası şəxsi zindan kimi istifadə edilməklə vətəndaşlar azadlıqdan mərhum ediblər. Zindana salınan vətəndaşlar tələb olunan pulu, əmlakı, malını verənə qədər orada saxlanılıblar. Bu gün Mövlan Şıxəliyev "qurbanlıq” rolunu bilərəkdən özü qəbul edir, dəmir barmaqlıq arxasında sakit oturub yaxın zamanda azadlığa çıxacağına ümidlidir. İttihamçı onun üstünə getsə, ittihamı sübut etmək üçün qanunamüvafiq addımlar atsa, Mövlan Şıxəliyevin mövqeyi kəskin şəkildə dəyişəcək. Onun özü olduqca sərt ittihamçıya çevriləcək. Deyəcək ki, ittihamlar qondarma olubsa, niyə Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsi, onun başında dayanan Rüstəm Usubov, Rüstəm Usubovdan yuxarıda dayanan Zakir Qaralov həmin ittihamları təsdiq edib? Niyə onun və əlaltılarının vətəndaşların həbsinə dair vəsatətləri təmin edilərək məhkəmələrə təqdimatlar göndərilib? Niyə məhkəmələr saxta və uydurma ittihamları təsdiq etməklə günahsız vətəndaşlar barəsində qondarma hökmlər cıxarıblar? Belə olan halda dövlətin sütunları sayılan məhkəmə hakimiyyəti sarsılır və bu yol verilməzdi. Bu səbəbdəndə Baş prokurorluğun istintaqı formal aparılmaqla, yarımcıq şəkildə məhkəməyə verib, barələrində tez bazar ittiham hökmünün cıxarılmasına nail olmaq istəyirlər.
Mövlan Şıxəliyevin barəsində ittihamedici hökm çıxarılacaqsa, qanunun tələbidir ki, həmin ittihamları təsdiq edən vəzifəli şəxslər - Rüstəm Usubovla Zakir Qaralov da istintaqa cəlb edilməlidirlər. Onların məsuliyyətdən kənar qalması Mövlan Şıxəliyevin barəsində formal hökmün cıxarılmasının əsas şərtidir.
Zərərçəkən Hüseyn Səfərova qarşı irəli sürülən qondarma dələduzluq ittihamı ilə bağlı məsuliyyət daşıyan vəzifəli şəxslərin də dairəsi tam olaraq müəyyən edilməyib və barələrində qanuna müvafiq şəkildə hec bir hüqiqi qiymət veilməyib. Belə ki, zərərçəkən Hüseyn Səfərova qarşı ittihamın irəli sürülməsində cinayət işi üzə müstəntiq Mahir Qasımovun rolu, ona rəhbərlik edən şöbə müdiri Vüsal Ələkbərov və İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin biləvasitə təqsiri var.
Hüseyn Səfərovun qondarma ittihamla qanunsuz həbsi üçün Mövlan Şıxəliyev vəsatət verən vəzifəli şəxsdir. Bu qanundan kənar vəsatətə əsasən təqdimat verən isə baş prokurorun 1-ci müavini Rüstəm Usubov olub. Hüseyn Səfərovun həbsinə verilən təqdimatı Səbail Məhkəməsində Rauf Hüseynov (Bu gün Qaradağ məhkəməsinin sədridir) qərarı ilə təmin edib. Ümumilikdə isə Azərbaycan məhkəmələrində MTN-dən gələn təqdimatları, ittihamları təmin edən hakimlərin əksəriyəti də Eldar Mahmudovun dəstəsinin üzvləri olub. Orazlı desək, Eldar Mahmudov kontrabasda tək ifaçı olmayıb. Sonradan qondarma cinayət işləri Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Burada da qondarma ittihamlar hakim mantiyası geyinmiş, vaxtilə MTN-də işləmiş müstəntiqlər tərəfindən hökmə çevrilib. Beləcə cinayət halqası qapanıb. Azərbaycan vətəndaşlarının həyatları məhv edilib”.
Hüquqşünas deyib ki, bu gün "MTN işi”nin alayarımçıq aparılması, gələcəkdə bu iş üzrə yenidən istintaq araşdırmalarının aparılmasını, təqsirkarların tam dairəsinin müəyyən olunmasını zəruri edir.
İttihama görə, Mövlan Şixəliyev Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, idarənin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlan Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlan Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zaur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərər çəkiblər. Cinayət işi üzrə 32 zərərçəkmiş var. Onlara ümumilikdə 20 milyon manat ziyan vurulub.
Xəbərin oxunma sayı : 727
Hadisə
Xəbərlər
-
Aliment ödəyən valideynlər üçün vacib xəbər: Pul uşağın hesabına köçürülə bilər (VİDEO)
-
IV Şuşa Qlobal Media Forumu- Azərbaycanın informasiya diplomatiyasının uğurudur
-
Şuşa Media Forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək
-
Azərbaycan-Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir
-
IV Şuşa Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun növbəti təzahürüdür
-
Azərbaycan Slovakiya üçün strateji tərəfdaşdır
-
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu
-
Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İranda gizlənən həqiqətlər - Ölkəni kim idarə edir və rejimi nə gözləyir?
-
Sevgi münasibəti məhkəmə zalına daşındı: Tiktoker üçün ağır cəza tələb edildi
-
Haalandın Dünya Kubokundan qayıdışı gündəm oldu - FOTO
-
Azərbaycanda ötən il 3 nadir xəstəliyə yoluxma qeydə alınıb: Hansılardır?
-
Travmatologiya İnstitutunda izdiham: Səbəb açıqlandı - VİDEO
-
Məktəblər üçün 9 milyonluq tender: Hansı işlər görüləcək?
-
Pelleqrini İlham Əliyevin jestindən yazdı: “Məni qəlbdən təsirləndirdi“
-
Azərbaycanda bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
-
Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü - Şamaxıdakı qətlin TƏFƏRRÜATI
-
Prezidentlər Baş Qərvənd kəndində görülən işlərlə tanış oldu - FOTOLAR
-
Nihat Kahveci saxlanıldı - Keçmiş arvadını döydüyünə görə
-
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq - PROQNOZ
-
Ölkədə müvəqqəti olma müddətinin uzadılması elektron qaydada aparılacaq - Rüsum alınmayacaq
-
İnflyasiya 5,7 faizə yüksəldi - Ən çox bahalaşan sahələr açıqlandı
-
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
-
Dünyada ən çox tankı olan ölkələr - Azərbaycan və Türkiyə neçənci sıradadır? (SİYAHI)
-
“Həddinizi bilin, hamınıza üzr istətdirəcəyəm“ - FOTO
-
Milli Məclis enerji resursları barədə daha bir qanun qəbul edib - Dəyişiklik
-
“Dövlətlərarası münasibətlərimizin tarixində yeni dövr başlayıb” - Əliyevdən Makrona təbrik
-
“Həkimlərin sayı az, növbə sistemi isə yoxdur...” - VİDEO
-
Azərbaycanda Media və Yayım Şurası yaradıldı - Deputatlar “hə“ dedi
-
“Onlar Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı“ - Hikmət Hacıyev
-
İlham Əliyev və Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama
-
Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər qazanıb? - Deputat rəqəmləri açıqladı
-
Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTOLAR
-
İxtisas seçimində hansı qrupa qəbul olmaq nisbətən asan olacaq? - VİDEO
-
Azərbaycan nefti 3 dollardan çox bahalaşdı - Yeni qiymət
-
Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
-
Xırdalanda sakinlərin dözülməz həyatı: “Pəncərəni açmağa qorxuruq“ (VİDEO)
-
Binəqədidə gün ərzində bir neçə saat su verilir - VİDEO
-
Azərbaycanda neçə milyonçu var? - SİYAHI
-
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Qobustanda uçan körpünün inşası nə vaxt bitəcək? - VİDEO
-
Magistral su xətti partladı, 6 kənd susuz qaldı - VİDEO
-
PSJ “Nike” ilə müqaviləni 2037-ci ilə qədər uzadır - İlə 100 milyon
-
DİM beynəlxalq dil sertifikatlarını tanımır? - Açıqlama
-
AQTA-dan şübhəli arıqlama məhsulları ilə bağlı - Çağırış
-
“Zəngəzur dəhlizi vacib layihədir” - İlham Əliyev
-
Rusiyanın özəl təyyarəsi İrana gəldi - Xameneyini gətirib?
-
Abbasov üç nəfərə yüksək vəzifə verdi - ADLAR
-
Tramp Hörmüz boğazından keçidlərə görə haqq tələb edir - Rəqəmi AÇIQLADI
-
Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
-
Milyonlar geri çəkildi - Cahangir Əsgərovun ailə şirkətində nə baş verir?
-
Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı
-
Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
-
Türkiyəli məşhur müğənni Haluk Levent niyə saxlanılıb? - Şok iddialar
-
Məktəbdə 1,2 milyonluq əlavə tikinti - Layihə sayğac satan şirkətə həvalə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsraildən Suriyada yeni hərbi plan - Ərdoğan xüsusi tapşırıq verib
-
Şamaxı Rəsədxanasından xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir
-
Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri
-
Azərbaycanda dövlət qurumu ləğv edildi - 2 il öncə yaradılmışdı
-
Nizami rayonunda qanunları kim ayaqlar altına atır? - VİDEO
-
Hikmət Hacıyev “TikTok“ və “LinkedIn“ nümayəndələri ilə rəqəmsal təhlükəsizliyi müzakirə etdi - FOTO
-
Xırdalanda nəqliyyat paradoksu: Müasir avtobuslar yolsuzluğa görə xəttini dəyişə bilər
-
Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO
-
“Ancaq özümüzə və dövlətə güvənməliyik“ - “Müharibədən sonrakı dövr çox çətin idi“
-
6 saylı RETS-ə cinayət işi - Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər
-
Milli Məclisdən mühüm qərar: Bu şəxslərə vergi güzəşti
-
Sabahın hava proqnozu açıqlandı - Çox isti olacaq
-
600 mindən çox yeni iş yeri açılacaq... - İqtisadçıdan maraqlı proqnoz
-
“Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən...“ - Prezident
-
Yarım milyonluq mənimsəmə işi - Nazirliyin sabiq idarə rəisi məhkəmədə həbs edildi
-
Pirverdiyev “sağ əlini“ niyə həbs etdirib? - “Qəzəbinin səbəbini anlamıram...”
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN-dən çağırış
-
Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia
-
Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
-
“Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb” - Prezident
-
Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? - FOTO
-
“Dünyada başqa iki elə dövlət tanımırıq ki...“ - Prezident + VİDEO
-
ABŞ İranın ən azı 13 şəhərinə zərbələr endirib - “NourNews”
-
Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə!
-
Məşhur senatorun qəfil ölümü - Bir neçə saat əvvəl Trampla danışıb
-
“Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk” - İlham Əliyev
-
Geosiyasi gərginliyin daha bir təsiri:Balıq bazarında bahalaşma gözlənilir?
-
Şəxsi taksi hesablarını satanlara xəbərdarlıq - VİDEO
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb - CANLI
-
Aİ Çindən asılılığı azaltmaq üçün “alət“ hazırlayır - “Bloomberg“
-
“Vaqner“ Mərkəzi Afrikada narkoimperiya qurub - Priqojinin oğlu rəhbərlik edir
-
Mövsümi meyvə-tərəvəz hələ də baha olaraq qalır - VİDEO
-
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
-
“Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir“ - Prezident
-
Fransada ən yüksək təhlükə səviyyəsi elan edilib - İstilərlə əlaqədar
-
Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO
-
“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev
-
İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN
-
Sakinlər qorxu içində: “Təhlükəli vəziyyət yaranıb“ (VİDEO)
-
Dünya çempionatlarında ən çox qol vuran futbolçular: 15 ən yaxşı bombardir - FOTO
-
Azərbaycanda niyə 3 manatlıq yoxdur? - RƏSMİ CAVAB
-
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR
-
Bulvarda batan kişi xilas edildi - Anbaan video
-
Slovakiya Prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı
-
“Apple” “OpenAI”ni məhkəməyə verdi - Korporativ sirləri oğurlayıbmış
-
Prezident Xocavəndin Quzeyxırman kəndində oldu - FOTOLAR
-
“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO
-
“ABŞ mövqeyini dəyişməyənə qədər İran danışıqlara qayıtmayacaq” - “Fars”
-
Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Avtomobillə su hovuzuna düşdü - Boğulub öldü
-
Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - FOTOLAR
-
“Başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - VİDEO
-
Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA
-
NATO sammitində liderlərə spirtli içki verilib? - Varankdan açıqlama
-
Prezident “Sadıqcanın evi”ndə - FOTOLAR
-
Sürücülərin nəzərinə! - 3 küçə müvəqqəti bağlanır
-
Tayvanda dəhşətli “Bavi“ qasırğası: məktəblər bağlandı, onlarla yaralı var
-
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR
-
Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon
TOP 10
ARXİV






