Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən növbəti diplomatik uğur

Tarix 29.11.21, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


Ümumiyyətlə Soçi görüşünü Azərbaycanın rəsmi İrəvan üzərindəki diplomatik qələbəsi kimi dəyərləndirmək  olar. 

Bu gün artıq Azərbaycan danışıqlar masasında Qarabağı deyil, Zəngəzuru müzakirə edir. Bu önəmli faktordur. Soçi görüşünün gedişatı və imzalanmış sənədə əsasən söyləmək olar ki, yaxın zamanda Prezident İlham Əliyevin
də dediyi kimi “Zəngəzur dəhlizini açacağıq”. Bir məqamı isə xüsusilə vurğulamaq gərəkir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli  görüşdə  “nəqliyyat dəhlizləri” və  “dəmir yolu eləcə də nəqliyyat əlaqələrinin açılması” məsələləri ilə bağlı detalları vurğulamaqla,  əslində  Zəngəzur dəhlizinin həyata keçirilməsi məsələsinin danışıqlar masasının əsas gündəmi olduğundan xəbər verir. 
Ermənistanın Rusiyadan yardım istəməklə bərabər ABŞ və Avropanın bir sıra
aparıcı dövlətləri arasında ikiyüzlü bir siyasət yürütməsi Rusiyanın gözündən qaçmayıb.
Soçi görüşü zamanı bu kimi faktorları gözardı etmək olmazdı. ABŞ-Rusiya
münasibətlərində gərginlik müşahidə edildiyi bir anda Paşinyanın qeyri-adekvat siyasi
pozisiyası və ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə övünməsi
rəsmi Moskvanı əməlli başlı qıcıqlandırırdı, deyə bilərik. Əslində Ermənistanın Rusiyaya
qarşı satqınçılıq və riyakar bir siyasi pozisiya tutması yaxşı oldu. Rəsmi Moskva
Ermənistanın bu siyasətini gördükcə Azərbaycanla olan açıq, şəffaf və etibarlı tərəfdaşlıq
münasibətlərini layiqli şəkildə dəyərləndirəcəyinə şübhə yoxdur.
Elşən Əsgərov,



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap