“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

9 milyonluq tender qazanan Yunis Şükürlü - 22 yaşı var, atası sabiq məmurdu

Tarix 13.08.25, 11:06

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Satınalmaları Portalına görə "Az.Arxitektura” MMC son 4 ildə 9 milyon manatdan çox tender müqaviləsi imzalayıb.
 
Qlobal.az xəbər verir ki, sosial mediada şirkətin kimə məxsus olduğunu, hansı imtiyazlara sahib olduğunu, bu imtiyazın necə əldə edildiyini, onlarla tenderlərdə milyonluq vəsaitləri necə qazandığı barədə məlumat yayılıb.

"Az.Arxitektura” 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min 10 manat olan MMC-nin hüquqi ünvanı Bakının Binəqədi rayonu, 7-ci mikrorayon, ev 29A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürlü Yunis Sahib oğludur. Linkedin səhifəsində özünü mühəndis-dizayner kimi tanıdan 22 yaşlı Yunis Şükürlü Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Yunis oğlu Şükürovun oğludur.

Bu vəzifəyə təyin olunmamışdan əvvəl isə Sahib Şükürov Göyçay rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifələrini icra edib. Oğlu Yunis Şükürlü həmçinin "Global Engineering Management Company” MMC adlı şirkətin də qanuni təmsilçisidir. O, bu şirkəti 2022-ci ildə, yəni 19 yaşında yaradıb. Bu şirkət də rəsmi qurumlar üçün əsasən layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması tenderlərinin qalibi olub. Dövlət satınalmalarının vahid internet portalına görə, son üç ildə şirkət 30 tenderin qalibi elan edilib.

Bu arada şirkət keçən il etibarsız təchizatçı reyestrinə düşən şirkətlərin siyahısında da yer alıb. Bəs belə olan halda nə üçün dövlət orqanları, məsələn, MİDA, Bakı Şəhər İcra Hakimiyyəti kimi rəsmi qurumlar bu şirkətlə əməkdaşlıq edirlər? Hər iki şirkətin qısa müddətdə bu qədər tender qazanması, onların arxasında güclü əlaqələrin ola biləcəyi şübhəsini doğurur. Müxtəlif dövlət qurumlarında vəzifə sahibi olmuş Sahib Şükürovun YAP-ın Göyçay rayon təşkilatının sədri olması, tender proseslərində mümkün təsir imkanlarını gündəmə gətirir. Yunis Şükürlünün gənc yaşda bu cür irimiqyaslı layihələri idarə etmək üçün kifayət qədər təcrübəsi varmı? Bütün bu suallar dövlət satınalmalarında ədalətli rəqabətin mövcudluğunu şübhə altına alır.
 
Qarşı tərəf mövqe sərgiləyə bilər. 




Xəbərin oxunma sayı : 787




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap