“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“92 bal toplamışam, vakant yer tapa bilmirəm” - VİDEO

Tarix 08.08.25, 13:41

Font ölçüsü : - / +
bitmap-img6


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsində iştirak edən bəzi namizədlər vakant yerlərin azlığından şikayətçidirlər.

AzFakt.com xəbər verir ki, bir qrup müəllim Baku TV-yə müraciət edərək işsiz qalacaqlarından narahat olduqlarını bildiriblər.

“Təhsil deyirsiniz, almışıq, bal deyirsiniz, toplamışıq, savad var, biz nə etməliyik?”,- deyə Eyzangül Şahbazova adlı müəllim söyləyib.

92 bal topladığını deyən Şaiqə Məmmədova isə bildirib ki, yaşadığı rayonda vakant yer yoxdur: “Mən Ağcabədi rayonundan bura gəlmişəm. 92 bal toplamışam. 5-6 saat dərslərə razıyıq. Rayonumda bir dənə də olsun vakant yer tapa bilmirəm”.

Narazı olanlardan biri də vətəndaş Bahar Ağayevadır: “90 bal toplamışam. Bakı şəhəri üzrə texnologiya fənnindən 14 vakant yer var. Yer tutmaq şansım 1 faizə bərabərdir”.

Müəllimlər vurğulayıblar ki, bir gün ərzində 1000 nəfərdən artıq şəxs toplaşıb ərizə yazaraq şikayətlərini bildiriblər. Onların sözlərinə görə, Gəncə, Yevlax, Goranboy rayonları ümumiyyətlə vakant yer çıxarmayıb. Lakin daha öncədən həmin bölgələrdə olan təhsil ocaqları ilə maraqlandıqlarını və boş yerlərin olduğunu deyirlər. Hətta bu barədə Təhsil Nazirliyinə məlumat verildiyini də iddia edirlər.

Müəllimlərin narazılıqları ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb: “Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.


Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artmış, təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı genişləndirilmişdir.

Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınmışdır. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılmışdır.

Bununla yanaşı nəzərinizə çatdırırıq ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcəkdir”.

Daha ətraflı süjetdə:




Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap