| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Çörək, benzin bahalaşdı, növbə hansı məhsulundur? - iqtisadçıdan açıqlama
Tarix 16.09.21, 10:52 |
|
Azərbaycanda son iki gündə iki məhsulun bahalaşması ciddi müzakirələrə səbəb olub: benzin və çörək. Bunlardan birincidə bahalaşan “varlı”ların benzinidirsə, ikincidə söhbət milyonlarla insanın qida rasionunda mühüm yer tutan çörəkdən gedir.
Dünəndən etibarən ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti qaldırılıb: birinci 1,45 manatdan 1,60 manata, ikinci isə 1,60 manatdan 1,90 manata. Bu benzinlərin ikisi də iyunun əvvəlində 15 qəpik, Aİ-95 isə iyulun 31-də daha 5 qəpik bahalaşmışdı. Bu benzinlərin yeganə idxalçısı olan SOCAR-dan bahalaşmanın mənşə ölkəsindəki qiymət dəyişikliyindən irəli gəldiyi açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-iyulunda ölkəyə 60 milyon 361,07 min dollar dəyərində 85 min 680,79 ton Aİ-95, 1 milyon 272,89 min dollar dəyərində 1 min 563,19 ton Aİ-98 markalı benzin idxal olunub. Beləliklə, 7 ayda Aİ-95 markalı benzinin orta idxal qiyməti 70 sentə (1,19 manata), Aİ-98 markalı benzinin orta idxal qiyməti isə 81 sentə (1,38 manata) bərabər olub.
Bu müddətdə Azərbaycandan xaricə 13 milyon 296,87 min dollar dəyərində 25596,78 ton Aİ-92 markalı benzin ixrac edilib. Bu o deməkdir ki, Aİ-92 markalı benzinin hər litrini xaricə 51 sentə - yəni 86,7 qəpiyə satmışıq. Daxili bazarda isə bu benzin istehlakçılara 1 manata satılır. Yanvar-avqust aylarında Azərbaycanda 804,3 min ton Aİ-92 markalı benzin istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalma deməkdir. Sentyabrın 1-nə ölkədə cəmi 35,9 min ton benzin ehtiyatı olub.

Son bahalaşma Azərbaycanda yüksək keyfiyyətli benzin istehsalının hələ də təmin olunmaması problemini yenidən aktuallaşdırır. Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda yeni və müasir texnologiyalı neft emalı zavodunun tikilməsinə dair qərar qəbul olunmuş, Qaradağ rayonu ərazisində yer müəyyənləşdirilmiş, ilkin hazırlıq işlərinə başlanmışdı. Lakin 2014-2015-ci illərdə neftin qiyməti kəskin ucuzlaşdı və hökumət planı dəyişdi. Vəsaitlərə qənaət etmək üçün köhnə zavodun modernləşdirilməsinə qərar verildi. İlkin qiymətləndirmələrdə bu prosesin dövlətə 850 milyon dollara başa gələcəyi proqnozlaşdırılırdı. Lakin aparılan araşdırmalar göstərdi ki, zavoddakı 17 emal qurğusunun hamısının istismar müddəti bitib və yenilənməlidir. Buna görə də modernləşdirmənin dəyəri 2 milyard dollara qədər artırıldı. 2019-cu ildə mətbuata sızan məlumatlarda bu məbləğin 3 milyard dollara qədər yüksəldiyi bildirilsə də, hökumət konkret rəqəmi hələ də açıqlamayıb. Eyni zamanda modernləşmənin nə vaxt başa çatacağı, ölkədə Aİ-95 markalı benzinin istehsalına nə zaman başlanacağı da dəqiq bilinmir. İlkin olaraq - 2015-ci ilin əvvəlində planlaşdırılırdı ki, zavodun modernləşməsi 2018-ci ildə başa çatacaq, Aİ-95 və Aİ-98-in istehsalına başlanacaq. Daha sonra müddət 2020-ci ilə, 2022-ci ilə, 2023-cü ilə çəkildi. İndi isə tam modernləşmənin 2025-ci ildə başa çatacağı gözlənilir. Modernləşmə nəticəsində zavodun illik neft emalı gücünün 7,5 milyon tona çatdırılması nəzərdə tutulur. Ehtimal olunur ki, zavodda Aİ-95 benzininin istehsalına 2022-ci ildə başlamaq mümkün olacaq.
Çörəyin qiymətinə gəlincə, artıq iki gündür bir neçə iri zavodun istehsal etdiyi çörəyin qiymətini 5-10 qəpik arası artırdığına dair məlumat yayılır. Belə məlumatların yayılması təsadüfi deyil: Azərbaycan hökuməti buğda və un idxalının ƏDV-dən azad olma qərarını ləğv etməyə hazırlaşır. Eyni zamanda un istehsalına görə sahibkarlara verilən subsidiyaların da aradan qaldırılması nəzərdə tutulur. Bu,Bir neçə gün əvvəl açıqlanan “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sından da aydın olur.

Azərbaycan ərzaqlıq buğdanın demək olar ki, hamısını xaricdən idxal edir. Buna görə də daxildə çörəyin qiyməti buğdanın dünya bazar qiymətindən birbaşa asılıdır. Dünya bazarında isə buğda durmadan bahalaşır. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-iyulunda Azərbaycana xaricdən 103 milyon 772.28 min dollar dəyərində 408 825.59 ton buğda idxal olunub. 2020-ci ildə idxal 296 milyon 905.18 min dollar dəyərlə 1 milyon 365 100.13 min ton təşkil edib. Ötən ilin yeddi ayında Azərbaycana 94 milyon 37.45 min dollar dəyərində 434 min 554.80 ton buğda gətirilmişdi. Bu ilin yeddi ayında buğdanın 1 tonunun idxal qiyməti 253,8 dollar, ötən ilin eyni dövründə isə 216,4 dollar təşkil edib. Bu o deməkdir ki, buğdanın idxal qiyməti 20,6 faiz bahalaşıb.
Hökumət buğda idxalını ƏDV-yə qaytarmaqla nə qədər vəsait əldə edəcək? Rəsmi idxal həcmləri ilə hesablasaq aydın olur ki, ötən il buğda idxalından 18 faizlik ƏDV-nin tutulmaması dövlət büdcəsinə 53 milyon 442,93 min dollar az vəsaitin daxil olmasına gətirib çıxarıb. Bu ilin ötən dövründə isə büdcə buğda idxalından 18 milyon 670 min dollar “itirib”.
Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2020-ci ildə Azərbaycanda un və yarma istehsalına 2 milyon 467 min 332 ton buğda yönəldilib. İl ərzində ölkədə 1 milyon 855 min 293 ton un, 1 milyon 294 min 604 ton çörək istehsal olunub. Ötən il ölkədən xaricə 7 min tondan çox un ixrac edilib.
Orta hesabla bir ton buğdadan 800 kq un əldə olunduğunu nəzərə alsaq, ötən il Azərbaycanda un istehsalında 2 milyon 319 min 116,25 ton buğdadan istifadə olunduğu aydın olar. Bu isə o deməkdir ki, un istehsalında az miqdarda yerli buğdadan da istifadə olunur. Yəni idxal buğdasının dəyərinin unun və çörəyin qiymətində kifayət qədər payı var. Rəsmi məlumata görə, 2021-ci il məhsulu üçün ölkə üzrə 610,5 min hektar sahədə payızlıq və yazlıq buğda əkilib. Havaların quraq keçməsi səbəbindən sentyabrın 1-i vəziyyətinə 38,2 min hektar sahədə əkilmiş buğda məhv olub, qalan 572,3 min hektar sahədən isə 1 milyon 885,4 min ton buğda yığılıb.
Çörəyin və benzinin qiymətindəki bahalaşma əhali üçün nə vəd edir?

İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, ərzaq buğdasının qiymətinin bahalaşması keçən qışdan başlanıb: “Hələ dekabr-yanvar aylarında ixracatçı ölkələr qiymətlərin bahalaşacağı, ixrac həcmlərinin azaldılacağına dair idxalçı ölkələrə xəbərdarlıq etmişdilər. Azərbaycan hökuməti buğda və un idxalına ƏDV-ni onsuz da ləğv etmişdi, fevralda isə un istehsalına subsidiya təyin etdi. Hələ o vaxtdan aydın idi ki, bu kimi üsullarla daxildə unun və çörəyin qiymətini uzun müddətə stabil saxlamaq mümkün olmayacaq: dünya bazarında qiymət artmağa davam edirsə, dövlət nə qədər daxildəki istehsalçılara subsidiya ayıra bilər? Azərbaycan bazarı xarici təzyiqlərə yetərincə dayanıqlı deyil. Buna görə də daxildə un və çörəyin qiymətini saxlamaq cəhdləri əvvəl-axır dayandırılmalıdır. Hökumət idxala ƏDV-ni bərpa etsə, yəni çörək və un bazarını tam sərbəstləşdirsə, aydındır ki, qiymətlərdə xeyli bahalaşma baş verəcək. Əslində bunu çoxdan etməliydilər. Vaxtında bazara sərbəstlik verilmiş olsaydı, indi ölkədə ərzaqlıq buğda istehsalı indikindən bir neçə dəfə çox olardı. Dövlətin buğda istehsalına tətbiq etdiyi subsidiyalar ona görə gözlənilən nəticəni vermir ki, son məhsulun - unun və çörəyin bazarı sərbəst deyil. Bazar sərbəst olsaydı, tələb daxildə keyfiyyətli buğda istehsalını özü stimullaşdıracaqdı. İndi bazarın sərbəstləşdirilməsi xeyli ağır keçəcək, amma buna gedilməlidir. İri sahibkarlara yönəlik güzəştlər, subsidiyalar əhalinin gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir. Sahibkara imkan verilməlidir ki, istehsal etdiyi məhsula bazarın tələbinə uyğun qiyməti özü müəyyənləşdirsin. Hökumət isə bu zaman əhalinin sosial ehtiyaclarının ödənməsinin qeydinə qalsın: əmək haqqı, pensiyalar artırılsın. İnandırım sizi, çox qısa müddətdə bazar özü hər şeyi tənzimləyəcək”.
Ekspertin sözlərinə görə, Aİ-95 markalı benzinin bahalaşması orta təbəqənin xərclərini artırır: “Ümumi istehlakda payı az olsa da, bu benzindən istifadə edənlər heç də az deyil. Aİ-92 bahalaşanda çoxlu sayda avtomobil sahibi Aİ-95-dən istifadəyə keçmişdi. İndi onun qiyməti bahalaşdı, yəqin ki, əksinə proses gedəcək. Bu isə Aİ-92-yə tələbi artıracaq. Düşünmürəm ki, ”varlıların" benzinin bahalaşmasının ümumi bahalaşmada payı yüksək olacaq. Bu, çox cüzi bir təsir olacaq: müəyyən istehlak mallarının qiymətində özünü büruzə verəcək".
Məlumdur ki, Avropada təbii qazın min kubmetrinin qiyməti 900 dolları keçib. Bu proses Azərbaycanda da təbii qazın qiymətinin artırılmasına gətirib çıxara bilərmi?
P.Heydərov deyir ki, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik iyul ayında edilib: “Bu baxımdan, yenidən dəyişiklik olunacağı gözlənilən deyil. Amma elektrik enerjisinin qiymətində dəyişiklik olacağını düşünürəm. Yəqin ki, sentyabrın sonu, oktyabrda biz Tarif Şurasının bununla bağlı qərarının şahidi olacağıq”.(musavat.com)
Xəbərin oxunma sayı : 1354
İqtisadiyyat
Xəbərlər
-
“Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir“ - Prezident
-
Fransada ən yüksək təhlükə səviyyəsi elan edilib - İstilərlə əlaqədar
-
Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO
-
“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev
-
İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN
-
Sakinlər qorxu içində: “Təhlükəli vəziyyət yaranıb“ (VİDEO)
-
Dünya çempionatlarında ən çox qol vuran futbolçular: 15 ən yaxşı bombardir - FOTO
-
Azərbaycanda niyə 3 manatlıq yoxdur? - RƏSMİ CAVAB
-
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR
-
Bulvarda batan kişi xilas edildi - Anbaan video
-
Slovakiya Prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı
-
“Apple” “OpenAI”ni məhkəməyə verdi - Korporativ sirləri oğurlayıbmış
-
Prezident Xocavəndin Quzeyxırman kəndində oldu - FOTOLAR
-
“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO
-
“ABŞ mövqeyini dəyişməyənə qədər İran danışıqlara qayıtmayacaq” - “Fars”
-
Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Avtomobillə su hovuzuna düşdü - Boğulub öldü
-
Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - FOTOLAR
-
“Başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - VİDEO
-
Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA
-
NATO sammitində liderlərə spirtli içki verilib? - Varankdan açıqlama
-
Prezident “Sadıqcanın evi”ndə - FOTOLAR
-
Sürücülərin nəzərinə! - 3 küçə müvəqqəti bağlanır
-
Tayvanda dəhşətli “Bavi“ qasırğası: məktəblər bağlandı, onlarla yaralı var
-
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR
-
Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon
-
Gəncə səmasından İspaniya savaşına: Unudulmuş aviatorlar
-
Rusiya gəmilərin hərəkətini tamamilə dayandırdı: 2 dənizdə fövqəladə vəziyyət
-
“MoveShort“ piramidasının ifşası - Yeni həbslər olacaq
-
Almaniya 4 böyük döyüş gəmisi alır: Nə qədər xərclənəcək?
-
Bazar günü kəskin isti olacaq -Sabahın havası
-
İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi - FOTO
-
Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - VİDEO
-
Balkanlarda törədilən qətlin istintaqı Azərbaycana uzandı - DNT tədqiqatı
-
Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək
-
“WhatsApp” sizə bildiriş göndərəcək - Doğum günlərini unutmayacaqsınız
-
Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
-
“Çoban Bulaq“ mübahisəsi qızışır - 11 il susan Balaqadaşov Şıxəliyevin əmlakını xilas edir?
-
Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?
-
İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü
-
DÇ-2026-da 1/4 finala yekun vurulacaq: Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO
-
“Mənə bir şey olsa, İrana görünməmiş zərbə endiriləcək” - Tramp
-
Bakıda şəhərin mərkəzində niyə dəmir konstruksiyalar quraşdırılıb? - VİDEO
-
Vətəndaşlar piramida təhlükəsini hansı əlamətlərdən tanımalıdırlar? - VİDEO
-
“İran danışıqları davam etdirməyi xahiş edir” - Tramp
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsindən - Fotolar
-
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
-
Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
-
ABŞ İranla hərbi toqquşmaların yeni fazasında İsrailin iştirakına qarşıdır - CNN
-
Bakıda gündəm olan sürücü: sərnişinləri qoyub siqaret çəkdi + VİDEO
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - 22 məsələ müzakirə olunacaq
-
Azərbaycanlı “qanuni oğru“ Vaqif Süleymanovla bağlı YENİ İDDİA
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
-
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel təhlükəsi gözlənilir
-
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
-
Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA
-
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Azərbaycanın Fransadakı səfiri: Bu yayımlar sülh prosesinə zərbə vurur
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Minlərlə tələbəni maraqlandıran xəbər: Xaricə getmədən oxuyanları nə gözləyir?
-
Kamran Əliyev Balakəndə qəbul keçirdi - FOTOLAR
-
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
-
Trampın təyyarəsi ilə bağlı maraqlı iddia - Bu səbəbdən...
-
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilir
-
Qazaxın yollarına 639 min manat xərclənəcək - “Azərtranss“ yenə qalib oldu
-
Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ
-
Moped sürənlərin nəzərinə: Yeni rüsum müəyyənləşir
-
Quba-Xınalıq avtomobil yolunda torpaq sürüşməsi - Xüsusi texnika əraziyə göndərildi
-
Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
-
Azərbaycana kəskin istilər qayıdır - PROQNOZ
-
Zakir İbrahimov və komandası “AzerGold“dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu rayonların bəzi ərazilərində qaz olmayacaq - “Azəriqaz“ məlumat yaydı
-
Hərbçilərlə telefon söhbəti zamanı bu mövzularda danışmayın! - Nazirlikdən xəbərdarlıq (VİDEO)
-
Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - Bakı Ankaranın mövqeyini necə müdafiə etdi?
-
“QHT işi“ndə hökm: Nərgiz Muxtarovaya şərti cəza verildi
-
Sumqayıtda lifti və qaz xətti olmayan bina - VİDEO
-
Zaqatalada sel yolları dağıdıb, kəndlərlə əlaqə kəsilib - VİDEO
-
“Qarabağ“ Avropa Liqasına darmadağınla başladı - VİDEO
-
Paytaxtın bu yollarında təmir gedir - SİYAHI
-
Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
-
Mingəçevirdə 198 min litr pivəni qeydiyyatsız istehsal ediblər - Fotolar
-
Peskovdan sərt reaksiya: NATO Rusiyanı əsas düşmən elan edib
-
Baş nazir qərarları təsdiqlədi: qaz istehlakçıları və binalarla bağlı yeni qaydalar
-
Apteklərdə qiymət etiketləri yoxa çıxıb - SƏBƏB
-
İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına “stop“ qoyuldu
-
Çaya sel gəldi, 5 nəfər təhlükə ilə üz-üzə qaldı - VİDEO
-
Sabiq nazirin müsadirə olunan evlərini alan yoxdur - 50% endirimlə 5-ci dəfə hərraca çıxır
-
Rusiyada çalışmaq istəyənlərin nəzərinə: İş icazəsi üçün yeni şərtlər qoyulur
-
6 ayda 104 kriminal qrup zərərsizləşdirilib - Polis hesabat verdi
-
Məktəbli forması almağa hazırlaşan valideynlərin nəzərinə - VİDEO
-
Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO
-
Beyləqanda Əsəd Cahangirlə görüş keçirildi - FOTOLAR
-
Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
-
FHN “Sədərək“ MMC-yə məxsus restoranda pozuntu aşkarladı - Cərimə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yeni həkimlərin hamısı niyə qadındır? - Müzakirələrə səbəb olan paylaşım
-
Ankara CAATSA sanksiyalarından çıxış yolu axtarır - S-400-lərlə bağlı yeni plan
-
Dörd şirkətin meyvə şirələrində uyğunsuzluq aşkarlandı - Məhsullar geri çağırılır
-
Xaçmazda 966 min manatlıq abadlıq - “Safari“ MMC yenidən “səhnədə“
-
Meloni Tramp sualına belə cavab verdi - NATO Zirvəsindən maraqlı görüntülər - VİDEO
-
Balakən və Ağstafada intensiv yağışlar fəsadlar törədib - VİDEO
-
“Pulsuz kart” sonradan xərc yarada bilər - XƏBƏRDARLIQ
-
Nazirdən polis orqanlarına tapşırıq: Vətəndaş qəbulu işinə həssas yanaşılmalıdır
-
Xırdalan bələdiyyəsinin sabiq sədri külli miqdarda mənimsəmədə ittiham olunur - RƏSMİ
-
Müğənninin Azərbaycandan çıxışına “stop“ qoyulub - VİDEO
-
Tramp Ankaradan qayıdarkən təyyarəsini dəyişdi - Səbəbi özü açıqladı
-
Son 5 ildə hansı xidmət sahələrində xərclərimiz daha çox artıb? - Siyahı
-
Azərbaycanlılar daha çox hansı həyat sığortasını seçir? - CƏDVƏL
-
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - FOTO
-
“Proses irəliyə doğru gedir...” - “Yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər”
-
Ağstafa sakinləri gecə vaxtı dəhşət yaşadılar: “Belə şey görməmişəm“ (VİDEO)
-
Tokayevin varisi kim olacaq - Hakimiyyətin ötürülməsi ssenarisi dəyişdi
-
Pezeşkian Paşinyana təşəkkür etdi - “Bu münasibəti unutmayacağıq“
-
Azərbaycanda çəyirtkələrin sayı niyə artır? - SƏBƏB
-
Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
-
Tramp Ali Məhkəmədən əl çəkmir: İşə yenidən baxılmalıdır
-
“Azəri Med” daha 35 milyon manatlıq daha layihəni udub - Kimə məxsusdur?
TOP 10
ARXİV






