| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
İsrail seçkisindən sonra siyasi seçim qarşısında: Fərqli koalisiya ssenariləri
Tarix 27.09.19, 13:25 |
|
İsrail tarixində ilk dəfə olaraq bir ildə ikinci dəfə Knessetə seçki keçirilib...
Aprel ayında siyasi qüvvələrdən heç biri qəti qələbə əldə edə bilmədi. Baş nazir Binyamin Netanyahunun da koalisiya hökuməti qurmaq cəhdləri baş tutmadı. Nəticədə, sentyabr ayına təkrar seçkini təyin etməli oldular. Lakin bu dəfə də vəziyyət aydınlaşmadı. Seçkidə heç kəs uğur qazana bilmədi. “Likud” 32 yerlə kifayətləndi. Əsas müxalif güc olan “Kaxol-Lavan” mərkəzçi bloku 33 yerə nail oldu. Hökumət qura bilmək üçün isə Knessetdə 61 yer tutmaq lazımdır.
Bu səbəbdən müxtəlif siyasi qüvvələrlə koalisiya yaratmaq uğrunda mübarizə başlayıb. Hələ bir nəticə əldə edilməyib. Ekspertlər də hər hansı bir konkret ssenariyə üstünlük verməyib müxtəlif variantlardan bəhs edirlər. Siyasi liderlər isə müzakirələrə başlayıblar. Ölkə prezidenti Binyamin Netanyahu və Benni Qantzla görüşüb. Onların koalisiya yaratması üçün addım atılıb. Bütün bunların fonunda İsraildə yeni hökumətin qurulması məsələsinin siyasi gərginliyə səbəb olduğu aydın görünür. Həmin kontekstdə proseslərin mümkün ssenariləri və geosiyasi təsirləri üzərində geniş dayanmağa ehtiyac görürük.
Bir ildə iki seçki: Təl-Əviv çıxış yolu axtarır
İsrail siyasi dalana dirənib. Bu ilin aprelində Knessetə keçirilən seçkilərdə həlledici qələbə qazanan partiya olmadığından, baş nazir B.Netanyahunun hökuməti formalaşdırmaq cəhdləri müsbət sonuc vermədi. Həmin seçkidə B.Netanyahunun başçılıq etdiyi sağ mərkəzçi “Likud” (“Konsolidasiya”) və B.Qantzın liderlik etdiyi sol mərkəzçi “Kaxol-Lavan” (“Mavi-ağlar”) bərabər sayda – hər birinə 35 deputat yeri qazanmışdılar. Lakin İsrail ordusunun baş qərargahının keçmiş rəisi B.Qantz qəti şərt qoyub: B.Netanyahu baş nazir olmamalıdır! Xatırladaq ki, B.Netanyahu da Baş Qərargahda zabit olub.
Təkrar seçkilər vəziyyəti daha da mürəkkəbləşdirib. Belə ki, “Kaxol-Lavan” 33 yer, “Likud” 32 yer qazanıb. Bununla onların heç biri təkbaşına hökumət qura bilmir və təbii olaraq koalisiyaya getməlidirlər. Bu da ayrıca problemdir. Bu dəfə “kiçiklər” “naz edirlər”. Məsələn, rusdilli israillilərin partiyası sayılan “İsrail – bizim evimiz” qrupu 8 deputat yeri ilə ya B.Qantz, ya da B.Netanyahu ilə koalisiyaya girə bilər. Bu halda ümumi say 61-i keçir ki, hökuməti qurmaq olar (xatırladaq ki, Knessetdə deputat sayı 120-dir və hökumət qurmaq üçün tərəfdaşların sayı yarıdan çox olmalıdır). Ancaq rusdillilərin lideri Aviqdor Libermanın şərti belədir ki, yalnız “”Likud” üstəgəl “Kaxol-Lavan”” koalisiyasına qoşula bilər. O, bu birliyi ümummilli koalisiya adlandırır.
Deməli, A.Libermana görə, nə ərəbləri, nə də dini kəsimi təmsil edən partiyalar “ümummili koalisiyaya” aid edilə bilməzlər. Ekspertlər bunu şovinizm adlandırsalar da, siyasi reallıqdır. Onu da deyək ki, son seçkidə ərəblərin birləşdiyi qrup (“Birləşmiş ərəb siyahısı”) 13 yerə sahib olub. Dini qrupları birləşdirən ŞAS isə 9 yerə sahibdir. Başqa xırda partiyalar da müəyyən yerə sahib olublar. Məsələn, “Tövrat yəhudiliyi”nin 8 yeri vardır.
Bunlar onu göstərir ki, bütövlükdə ölkədə qeyri-müəyyən siyasi vəziyyət yaranıb. Əgər koalisiya alınmasa, üçüncü dəfə seçki olmalıdır ki, bunu da israillilər istəmirlər. Çünki onlar bu proseslərdən artıq cana gəliblər. Xüsusilə 10 ildir B.Netanyahunun baş nazir olmasından bezdiklərini deyirlər. Bu səbəbdən ekspertlər hesab edirlər ki, Prezident Reuven Rivlin öz nüfuzundan istifadə edib, B.Netanyahu ilə B.Qantzın koalisiya yaratmasına çalışacaq. KİV-də yayılan məlumatlara görə, artıq bu istiqamətdə müəyyən addımlar da atılıb. Bir sıra ssenarilərdən bəhs edirlər.
Belə ki, sentyabrın 22-də və 23-də İsrail prezidenti B.Qantz və B.Netanyahu ilə görüşüb. Bununla yanaşı, liderlər öz aralarında aktiv məsləhətləşmələr aparırlar. “Birləşmiş ərəb siyahısı”ndan olan Ayman Ude bəyan edib ki, “biz hökumətin formalaşdırılmasının B.Qantza həvalə edilməsini təklif edirik”. Əhməd Tibi də Tvitter səhifəsində yazıb ki, “tarix yazaraq, Netanyahunu devirəcəyik”. Bundan başqa, “Kaxol-Lavan”ın liderini “Avoda-Heşer” və “Demokratik düşərgə” də dəstəkləyir. Onda B.Qantzı dəstəkləyən deputatların ümumi sayı 57 olur. Nəticə üçün cəmi 4 yer qalır. Lakin ekspertlər bir məqama diqqət yetirirlər. Ərəblərin “Ballad” qrupu B.Qantzı dəstəkləməyəcəklərini bəyan ediblər. C.Zahalka vurğulayıb ki, B.Qantz “təhlükəli və pis birlik hökuməti” yarada bilər. Belə olsa, B.Qantza tərəf olan deputatların sayı 57-dən az olur. Yəni bu düşərgədə qeyri-müəyyənlik qalır.
Sağ cəbhədə də vəziyyət aydın deyil. “Likud” liderini 55 deputatın dəstəkləyə biləcəyi haqqında danışırlar. Buraya “Tövrat yəhudiliyi”, ŞAS və “Yamina” daxildirlər. Bu arada İsrail mətbuatı A.Libermanla B.Qantzın görüşdüyü haqqında informasiya yayıb. A.Liberman dini qrupların iştirak etmədiyi geniş koalisiya tərəfdarıdır. Məsələ ondan ibarətdir ki, rusdilli A.Liberman bir sıra dini qaydalara qarşıdır. Məsələn o, nikahın həm də sivil qurumlarda kəsilməsini tələb edir. Ancaq hələ də İsraildə dini nikah mövcuddur. A.Liberman B.Qantzla görüşü haqqında qısa məlumat verib. O deyib ki, bəzi məsələləri müzakirə ediblər və lazım gəlsə, bir də görüşəcəklər.
Nəticə yoxdur: birləşmək problemi
Ekspertlər onu da vurğulayırlar ki, A.Liberman B.Netanyahu ilə də görüşmək fikrindədir və hökumət qurmaqla bağlı müzakirələr aparmaq istəyir. Müsbət nəticənin alına biləcəyinə şübhə edirlər, çünki B.Netanyahu ilə A.Liberman arasında ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə Fələstin məsələsində onlar fərqli mövqedədirlər. Məhz bu məsələdəki siyasi fikir ayrılığı A.Libermanın B.Netanyahu hökumətindən getməsinə səbəb olub. Buna baxmayaraq, A.Liberman hesab edir ki, bir çıxış yolu vardır: “Likud”, “Kaxol-Lavan” və “İsrail – bizim evimiz” partiyalarının koalisiyası!
B.Netanyahu ilə B.Qantzın münasibətlərinə gəldikdə isə, onu kifayət qədər ziddiyyətli adlandırırlar. Onlar birləşsələr, ümumi deputat yerləri 65 olur. Bunlara A.Libermanın da dəstək verdiyi halda, 73 yerə sahib olurlar. Lakin Fələstin məsələsində B.Qantz daha praqmatik mövqe tutur və sosial dəyişikliklər tərəfdarıdır. B.Netanyahu isə Fələstin məsələsində sərt mövqenin tərəfdarıdır. Seçki öncəsi onun ritorikasındakı bu məqam özünü aydın göstərdi və seçicilərin bir çoxu ondan üz döndərdi. “Haaretz” qəzeti yazır ki, B.Qantz B.Netanyahu erasına son qoyacaq.
Bütün bunlara Donald Trampın münasibəti maraqlıdır. Amerika prezidenti hadisələri izləməyə üstünlük verib və onun nəticəsinə uyğun fikir bildirəcəyini deyib. B.Netanyahu isə BMT-nin iclasına getməyib. Ancaq aydın görünür ki, İsrail dərin siyasi böhrana üz-üzədir. B.Netanyahu baş nazirlikdən imtina etmir, B.Qantz isə onu kənarlaşdırmağa çalışır. Doğrudur, A.Liberman bunu “uşaq oyunu” adlandırır. Lakin reallıq belədir ki, iki lider prinsipial rəqabət aparır və güzəşt etmək fikrində deyillər.
Ekspertlər bu proseslərin fonunda İsraildə siyasi mühitin dinamikasının necə dəyişə biləcəyi və onun Yaxın Şərqin geosiyasi mənzərəsinə təsirini proqnozlaşdırmağa çalışırlar. Belə görünür ki, İsraildə siyasi mühitdə mütləq düzəlişlər olacaq. Artıq təxminən eyni gücdə olan iki siyasi qrup vardır. Onlar mübarizə aparırlar. Həmin qrupların xarici siyasətdə bir sıra məsələlərdə mövqeləri oxşar olsa da, müəyyən incə məqamlarda fərqlənirlər.
Məsələn, Fələstin məsələsində onlar arasında strateji fərqlər yoxdur, lakin bir sıra taktiki punktlarda dəyişiklik ola bilər. Deməli, Knessetin necə formalaşmasından və hökumətdə kimlərin olmasından asılı olmayaraq, Fələstin məsələsində ciddi dəyişiklik gözlənilmir. Daxili siyasətdə isə cəmiyyətin yeniləşməsi istiqamətində addımlar atıla bilər. B.Qantz konkret bu təklifləri edir.
O cümlədən İrana münasibət dəyişməzdir. Bu ölkə əsas düşmən hesab edilir. Çətin ki, İran siyasətində ciddi yenilik olsun. Bu da Yaxın Şərqdə İranla toqquşma ehtimalının qalacağı anlamını verir. İsrailin ərəb dövlətlərinə qarşı da kəskin siyasət dəyişikliyi edəcəyi gözlənilən deyil. Çox güman ki, Təl-Əvivin Suriya siyasəti əvvəlki kimi qalacaq.
Bunlarla yanaşı, daxili siyasi vəziyyət ölkəni gərginləşdirə bilər. O cümlədən dini siyasi kəsimlə yenilikçilər arasında ziddiyyətlər dərinləşər. Bu kontekstdə dini siyasi qrupların B.Netanyahunun tərəfini saxlaması diqqəti çəkir. Çünki dini qrupların İsraildə yeniləşməyə əngəl olmağa başladıqları hiss olunur. B.Qantz ilə gələcəkdə onlar arasında münasibətlərin necə olacağı qeyri-müəyyəndir.
Bu deyilənlər onu göstərir ki, çox şey İsraildə koalisiya hökumətini hansı qüvvələrin yaradacağından asılı olacaq. Əgər A.Libermanın dediyi mənada “milli qüvvələr” dil tapsalar, bir ssenari, əks halda, başqa ssenari reallaşa bilər. Bu mənada İsrail hazırda siyasi seçim qarşısındadır. Onun hansı siyasi mövqeni seçməsindən asılı olaraq, geosiyasi tutumu da müəyyənləşəcək. Bəlkə də 1947-ci ildən bu yana ilk dəfədir ki, İsrail siyasi seçim qarşısında bu dərəcədə gərgin vəziyyətə düşüb. Lakin hər şey dəyişir…(Newtimes.az)
Xəbərin oxunma sayı : 409
Analiz
Xəbərlər
-
Azərbaycanlı dağçı Kamçatkada kömək istəyir: Ərzağımız bir günə çatacaq
-
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Gəncədə iki pensiyaçı domino üstündə dalaşdı, biri öldü - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Ermənistana növbəti yük göndərildi - Fotolar
-
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
“Nigarın iflic olmasından sonra atam da dünyasını dəyişdi“ - Ailəsi onları ittiham edir
-
Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
-
Azərbaycan Özbəkistandan 508 milyon dollarlıq qızıl aldı - Qarşılığında nə satdıq?
-
Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır
-
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
-
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Tələsik imzalanan kredit müqaviləsinin yaratdığı risk - Açıqlama
-
Özgür Özəldən Netanyahuya: “Ərdoğanla qarşıdurmadan özünə güc toplama!”
-
Zelenskinin doğulduğu şəhər vuruldu - Ölənlərin sayı 16-ya çatdı
-
“Tesla” 3 milyon avtomobilini geri çağırır - Bu sahədə rekorddur...
-
Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO
-
Zaqatalada ağır qəza - Sürücü sükan arxasında yanaraq ölüb
-
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Salah “Trabzonspor”u niyə seçdi? - Sensasion transferin pərdəarxası
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Xəstəxanada izdiham: “Dörd gündür həkim qəbuluna düşə bilmirəm“ - VİDEO
-
“Trampın kursunu dəstəkləyin, silah alın” - Ağ Ev Avropanı küncə sıxışdırır
-
Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər
-
Vətəndaşlar Milli Oftalmologiya Mərkəzində aylarla növbə gözləyir- VİDEO
-
Türkiyədə mədəndə uçqun olub - Ölən və xəsarət alanlar var
-
Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır - Fotolar
-
Səbaildə ara məsafəsi saxlanılmadan bina tikilir - VİDEO
-
İsrail Qəzzada kütləvi qətlləri davam etdirir - Albanese
-
Bu il xaricdən 48 nəfər tutularaq Azərbaycana gətirilib - Rəsmi
-
Paytaxtın 2 rayonunda yol bağlanır - XƏBƏRDARLIQ
-
MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə
-
Şimali Koreya Rusiyaya daha 8500 hərbçi göndərdi - CNN
-
Bakıda üç poliklinika birləşdirilir - TƏBİB-dən rəsmi açıqlama
-
Xocavənddə mina partlayışı - Üç qurum birgə məlumat yaydı
-
Milyarderlər üçün bunker - “Ağıla gələn bütün təhlükələrdən qorunacaqlar”
-
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
Valideynləri satış məntəqələrinə yönləndirmək olmaz - Rəsmi xəbərdarlıq
-
Netanyahu haqqında “Qırmızı bildiriş“ prosesi başladı: Türkiyə Ədliyyə Nazirliyindən şok bəyanat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Venesuelada Maduronun izləri silinir: Taleyin ümidinə buraxılıb
-
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satıb? – Siyahı
-
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
-
“İran nüvə silahına sahib olsaydı, Yaxın Şərqi məhv edərdi” - Tramp
-
Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi - VİDEO
-
“Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları geniş üfüqlər açır“ - İlham Əliyev
-
“Yeni yoluxma halı müəyyən edilməyib“ - Nazirlikdən qarayara açıqlaması
-
Bu əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir -İlham Əliyev
-
Saxta BOKT səhifələri yaradıb vətəndaşların pulunu talayan şəxs tutuldu – Video
-
Telefonunu müştəriyə verdi, bir neçə saat sonra şoka düşdü - VİDEO
-
Binaların arasında külək niyə daha güclü hiss olunur? - Səbəbi budur
-
“Süleymancılar“ın liderinin qardaşı da saxlanıldı - 200 kiloqram qızılı aşkarlanmışdı
-
Tünzalə Ağayeva yenə Röyanı təkrarladı - VİDEO
-
Daşkəsəndə sel suları kəndin yolunu bağladı - Fotolar
-
Hansı ölkələr ehtiyatlarını daha çox qızılda saxlayır? - Siyahı
-
Azərbaycanda ən çox işsizlikdən sığorta ödənişi harada verilir? - SİYAHI
-
Mais Nəsirov departament rəhbəri təyin edilib - Agentlikdə növbəti dəyişiklik
-
Bu şəxslərin pensiyası yenidən artırılacaq-Səbəb?
-
Avropanın ən bahalı və ən ucuz aviaşirkətləri açıqlanıb - Siyahı
-
İrana qarşı əlimizdəki ən yaxşı vasitə iqtisadi təzyiqdir - Vens
-
Gürcüstanda mənfəətini ən çox artıran bank “Paşa Bank” olub - Tam siyahı
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
-
Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
-
Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - XƏBƏRDARLIQ
-
Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
-
Dünyanın ən yaxşı hücumçuları açıqlandı - SİYAHI
-
Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi
-
Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - VİDEO
-
Böyük Qayıdış davam edir - Onlar da doğma yurdlarına yola düşdü (FOTO)
-
Kazım Abbasovun “xüsusi xidmət idarəsi“ şousu... - İttiham aktı ÜZƏ ÇIXDI
-
Ay qırmızı rəngə bürünəcək: Tarix və saat açiqlandi
-
Qarabağ“ Niderlandda “Tvente“ni məğlub etdi - VİDEO
-
İşçilərin xəbəri olmadan edilən bu əməl qanunsuz sayılır - Açıqlama
-
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artırılacaq - Açıqlama
-
“Pakistan Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək“ - Şərif
-
Deputatın adıyla hallanan şirkət daha bir tenderə sahibləndi - 50 milyon manatlıq
-
Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını ləğv etdi - SƏBƏB?
-
“İrana kömək edən ölkələr iqtisadi nəticələrlə üzləşəcəklər” - Tramp
-
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
-
Nazir müşavirini vəzifəsindən azad etdi - Əmr imzalayıb
-
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
-
Putinin səfəri Yaponiyanı qarışdırdı - Cavab tədbiri görəcəklər
-
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
-
Trampın görüş təklifinə raketlə cavab verdi - Yapon dənzini atəşə tutdu
-
Xanımına iş düzəltdi, özünə baha başa gəldi – keçmiş baş nazir cəzalandırıldı
-
AFFA O futbolçuya ağır cəza veddi - Özünə xəsarət yetirmişdi
-
“Sayğac yoxdur, amma borc gəlir...“ - Bərdədə qəribə hadisə + VİDEO
-
Bakının mərkəzindəki yolda təmir işləri niyə dayandırılıb? - AÇIQLAMA
-
Azərbaycanda dəmiryol bileti paketləri tətbiq ediləcək - Turistlər üçün
-
Hasil Abbasov şöbə müdirini işdən çıxardı - Yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Turizmin inkişafı ilə bağlı yeni Dövlət Proqramı təsdiqləndi - Sərəncam
-
Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir - VİDEO
-
Prezident yeni Agentliyin Əsasnaməsini təsdiqlədi - FƏRMAN
-
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
2 nəfər öldü, 5 nəfər yaralandı - İsmayıllıda ağır qəza
-
Azyaşlının ayağı avtobusun qapısında qaldı - Sürücü cəzalandırılacaq + FOTO
-
Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində yeni təyinat - FOTO
-
Azərbaycanda mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA
-
İşçilərin 456 min manatlıq ödənişi gecikdirilib - Nazirlik müdaxilə etdi
-
Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı - 15 min cərimə edilib
-
Bu sənədinizi itirsəniz 200 manat cərimə olunacaqsınız - Xidmət məlumat yaydı
-
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
-
Ticarət mərkəzləri və restoranlar bağlanır - Ölkədə yeni mərhələ
-
Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq - 36 dərəcə isti olacaq
-
AQTA 570 əməkdaşın geyimi üçün 336 min manat xərcləyəcək - DETALLAR
-
Viza və iş vədi ilə 73 min manatdan çox pul aldı - Pərvin Quliyevaya hökm oxundu
-
NASA-nın 30 milyon dollarlıq planı çökdü - kosmik teleskop Yerə düşür
-
Banklar məlumatlarımızı niyə toplayır? - Hər kəsin bilməli olduğu məqamlar
-
Azərbaycanın “ən bahalı” və “ən ucuz” futbolçuları kimlərdir? - Siyahı
-
Xəzər sahili, meşələr, otlaqlar... - Hansı torpaqlar dövlət mülkiyyətindədir?
-
Britaniyadan İsrailə sərt xəbərdarlıq: Plan dərhal dayandırılmalıdır
-
Söyüş üstündə sahibkarın qulağını dişləyərək qopardı - TƏFƏRRÜAT
-
“Kubinka“da sakinlərlə “Vialon“ MTK arasında münaqişə yaşanır - VİDEO
-
Bu ilin birinci yarısında avtoqəzalarda ölənlərin sayı açıqlandı - Dəhşətli FAKT
-
ABŞ Ordusu Hörmüzdə yeni neft ixracı yolu yaradıb - Sxem açıldı
-
Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
-
DTX-dən xüsusi əməliyyat: 17 il axtarışda olan şəxs Azərbaycana gətirildi
TOP 10
ARXİV






