“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azəriqaz“ın xanım əməkdaşına hücum etdi - Həbs olundu

Tarix 07.08.25, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 6-da paytaxtın Nizami rayonunda "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına qarşı xuliqanlıq etmiş şəxs məsuliyyətə cəlb edilib.

AzFakt.com-un Qafqazinfo-ya istinadən məlumatına görə, qurumun qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər-mütəxəssis vəzifəsində işləyən xanım əməkdaşları mənzilə baxış keçiriblər.

Onlar həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunduğunu müəyyən edib, texniki şərtlərə uyğun olmadığını bildiriblər. Bu zaman 1975-ci il təvəllüdlü ev sahibi Ə.Hüseynov xanım əməkdaşın üstünə qışqırıb, təhqir edib. Xanım əməkdaşın mənzili tərk etməsinin ardından küçəyə çıxaraq onu söyməyə, təhqirlərini davam etdirməyə başlayıb, saçından tutaraq sürüməyə çalışıb.

Zərərçəkmiş şəxsin müraciəti əsasında həmin yerə gəlmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları Ə.Hüseynovu saxlayıblar. Barəsində inzibati protokol tərtib edilib.

Şəkər xəstəsi olduğunu deyən həmin şəxs "Azəriqaz” əməkdaşından üzr istəyib.

Barəsində inzibati protokol tərtib edilən təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs edilib.



Xəbərin oxunma sayı : 340




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap