“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Biz beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik“ - Prezident

Tarix 09.12.23, 10:32

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq arenada biz müstəqil siyasət yürütməyə davam edəcəyik.

"Report" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dördüncü ildir sədrlik etdiyini xatırladan dövlət başçısı vurğulayıb: “Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Biz Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik. Biz COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım etdik. Beləliklə, bizim Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı və yeri gəlmişkən, bizim sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bəzən bəzi siyasətçilər beynəlxalq birlik haqqında danışdıqda onlar ola bilsin ki, onlarla ölkəni nəzərdə tuturlar. Lakin beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu, yalnız bir istiqamətdir”.



Xəbərin oxunma sayı : 1258




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap