|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Bu sistemin tətbiqi aqrar sahədə şəffaflığı təmin edəcək“ - İnam Kərimov
Tarix 24.12.18, 17:29 |
|
"Aqrar sahənin inkişaf etdirilməsində ən vacib məsələlərdən biri ölkəmizdə kooperasiyanın inkişaf etdirilməsi və torpaqların konsolidasiyasıdır"
Kənd Təsərrüfatı naziri İnam Kərimovla müsahibəni təqdim edirik:
- Cənab nazir, Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas prioritet istiqamətləri hansılardır?
- Ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılıb və aparılan iqtisadi siyasətin əsas istiqamətlərindən biri olub. Hazırda Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən və həyatımızın bütün sahələrinin tərəqqisinə yönələn siyasi kurs dayanır. Müstəqilliyimizin, təhlükəsizliyimizin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın dayanıqlığının əsas təminatını məhz bu siyasət təşkil edir.
Aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb.
İqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın nəticəsidir.
Bu nəticələr, tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi “Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur”.Ölkənin ərzaq təhlükəsizliyinə böyük töhvələr verən və əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunublar.
Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, qlobal bazarlara daha sıx inteqrasiyanın təmin olunması, iqtisadi şaxələnmənindərinləşdirilməsi və yüksək artımın təmin olunması aparılan iqtisadi siyasətin əsas prioritetləridir. Bu siyasətin tərkib hissəsi kimi ərzaq təhlükəsizliyinin və ixrac potensialının gücləndirilməsi, aqrar sahənin modernləşdirilməsi, intensiv inkişaf mexanizmlərinin daha çevik tətbiq edilməsi və fermerlərin maddi rifahının yüksəldilməsi aqrar sahədə dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.
Bu istiqamətdə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, ekosistemin qorunması, məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha rasional istifadə edilməsi qarşımızda duran əsas vəzifələrə çevrilib.
Ən vacib prioritet istiqamətlərdən biri də sözsüz ki, aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olunmasıdır. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirildi. Forum fermerlərimizə, aqrar sahədə çalışanlara dünya təcrübəsi ilə tanış olmaq, innovasiyaların tətbiqi ilə məhsuldarlığın artırılması yollarını tanınmış ekspertlərlə müzakirə etmək imkanı yaratdı. Foruma olan böyük ictimai marağı nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək.
- Cənab Prezident tərəfindən 2018-ci ildə aqrar sahədə islahatlar davam etdirilib, struktur dəyişiklikləri aparılıb. Bu islahatlar Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinə necə təsir göstərəcək?
- Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün həyata keçirilən islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Məqsədləri reallaşdırmaq üçün kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsaslanmaq Kənd Təsərrüfatı Nazirliyi qarşısında başlıca vəzifələr kimi müəyyən edilib.
İslahatlar çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatların aparılması, qiymətləndirmə və proqnozlaşdırmanın, strateji planlaşdırmanın həyata keçirilməsi üçün potensialın yaradılmasıməqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb.
Mərkəzin əsas funksiyaları kimi kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı təhlillərin və elmi tədqiqatların aparılması, analitik məlumat bazasının və informasiya sistemlərinin formalaşdırılması, proqram və layihələrin hazırlanması müəyyən edilib.
Bundan başqa, aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə ötürülməsi, elmi-tədqiqat institutlarının məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi üçün institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəziformalaşdırılıb.
Eyni zamanda, aqrar islahatların vacib istiqamətlərindən biri olan bazara çıxış imkanlarının daha da gücləndirilməsi, istehsal vasitələri ilə təminatın və bu sahədə rəqabət mühitinin yaxşılaşdırılması məqsədilə Cənab Prezidentin Fərmanı əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar tədarük və təchizat” ASCtəsis edilib. Bu qurumun yaranması fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməklə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılmasını, kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemli şəkildə həyata keçirilməsini təmin edəcəkdir.
Dövlət başçısının qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq:
- aşağı qiymət və dövlət vəsaitinə qənaət;
- keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat;
- ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək;
- çevik və şəffaf idarəetməni təşkil etmək.
Cənab Prezidentin digər Fərmanı ilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərin idarə Olunması üzrə Dövlət Xidmətinin bazasında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb. “Aqrolizinq” ASC-nin portfeli, eyni zamanda kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli qiymətlərlə satışı funksiyaları yeni yaradılan Agentliyə verilib. Aparılan islahatlar nəticəsində bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarı liberallaşacaq, fermerlərin subsidiyalardan istifadə imkanları artacaq.
Eyni zamanda maliyyə bazarına çıxış imkanları güclənməkləgüzəştli kredit və xidmətlər fermerlər üçün daha əlçatan olacaq. Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.Fərmanda nəzərdə tutulduğu kimi, aqroservislər gələn ildən özəlləşdirilməyə çıxarılacaq. Bu tədbirlər fermerlərə göstərilən aqrotexniki xidmətin keyfiyyətini daha da artırmağa imkan verəcək.
Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə ölkə başçısının cari ilin iyulundaimzaladığı Fərmanla Nazirliyin rayon və şəhər idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılması aqrar sektorda keyfiyyətli xidmət təşkil edilməklə "vahid pəncərə” prinsipini tətbiq etməyə, şəffaflığı artırmağa, fermerlərlə əlaqələrin qurulması mexanizmini təkmilləşməyə imkan verib.
Yola saldığımız ildə görülən işlər sırasında Kənd Təsərrüfatı Nazirliyində və DAİM-lərdəFermerlər Şuralarının təsis edilməsini, Nazirlik yanında Aqrar Məşvərət Şurasının, müxtəlif növ məhsul istehsalçılarını özündə birləşdirən çoxsaylı Assosiasiyalarınformalaşdırılmasını da qeyd edə bilərik. İnstitusional islahatların tərkib hissəsi olan bu addımlar aqrarsahədə iqtisadi aktivliyin yüksəlməsinə, funksional fəaliyyətlərdə düzgün və səmərəli idarəçiliyin formalaşmasına, kəndli və fermerlərə yaxınlığın təmin olunmasına xidmət edir.
Aqrar sahənin inkişaf etdirilməsində ən vacib məsələlərdən biri ölkəmizdə kooperasiyanın inkişaf etdirilməsi və torpaqların konsolidasiyasıdır. Kooperasiyanın inkişafı istiqamətində təbliğat işlərinin qurulması, yerlərdən daxil olan təşəbbüslərə dəstəyin verilməsi məqsədilə Nazirlikdə fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb. 2018-ci ildə pay torpaqlarının könüllülük əsasında birləşdirilməsi nəticəsində pilot layihə olaraq Nazirliyin dəstəyi ilə ilk dəfə Sabirabad rayonunda “Birlik” İstehsal Kooperativi yaradılıb. Artıq Azərbaycanın müxtəlif bölgələrində belə kooperativlərin yaradılması ilə bağlı müraciətlər var və nazirlik könüllü birləşmə, kooperasiyanın üstünlüklərindən istifadə olunmasında maraqlı olan fermerlərin təşəbbüslərini bundan sonra da hərtərəfli dəstəkləyəcəkdir.
- Aparılan islahatlar, xüsusilə də kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi iqtisadi göstəricilərə necə təsir göstərib?
- Göstərilən geniş miqyaslı dövlət dəstəyinin nəticəsi olaraq yola saldığımız təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən olub. Cari ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4.6%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6.6%, heyvandarlıq məhsullarının istehsalı isə 2.7% artıb.
Qeyd edilən dövrə dənli və dənli paxlalı bitkilərin əkin sahələrindən (qarğıdalısız) 3059.9 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13.7% çox məhsul götürülüb, orta məhsuldarlıq 29.2 sentner/ha təşkil edib.
Bu il həm də yüksək əlavə dəyərin yaradıldığı ənənəvi sahələrin davamlı inkişafına nail olunması baxımından da əlamətdar olub. Dekabrın 21-i tarixinə olan operativ məlumatlara əsasən qəbul məntəqələrinə 228.5 min ton pambıq təhvil verilib. Bu il ötən illə müqayisədə pambıq əkini sahəsinin az olmasına baxmayaraq, 21 min ton daha çox pambıq tədarük edilib. Hazırda sahələrdən pambıq yığımı davam edir.
Cari ildə 514 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 2.1 dəfə çox olmaqla son 20 ilin ən yüksək göstəricisidir. Bundan əlavə, 5.7 min ton tütün yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13.3% çoxdur.
2018-ci ilin yanvar-noyabr aylarında təxminən 889.4 min ton kartof (əvvəlki ilin müvafiq dövrü səviyyəsində), 1446.6 min ton tərəvəz (5.6% çox), 998.4 min ton meyvə və giləmeyvə (8.1% çox), 154.8 min ton üzüm (6.2% çox) istehsal edilib, 868.6 ton yaşıl çay yarpağı (12.5% çox) yığılıb, diri çəkidə ət istehsalı 3.0% artaraq 463.6 min ton, süd istehsalı 2.8% artaraq 1899.0 min ton təşkil edib.
İl ərzində 41.6 min hektar ərazidə təkrar əkin aparılıb, təkrar əkin aparılan sahələrin həcmi ötən illə müqayisədə 14.2% çox olub. Ümumilikdə təmiz herik şumu da daxil olmaqla 1057.2 min hektar sahə payızlıq əkin üçün şumlanıb. Gələn ilin məhsulu üçün 876.2 min hektar ərazidə dən üçün payızlıq bitkilər əkilib. Nəticələr ötən illə müqayisədə çoxdur, aqrotexniki qaydalara düzgün əməl olunması istiqamətində aparılan monitorinqlərin nəticələri növbəti ildə orta məhsuldarlığın daha da artacağını deməyə əsas verir.
Həyata keçirilən tədbirlər həm ümumilikdə, həm də ayrı-ayrı məhsullar üzrə böyük həcmli artımların əldə olunması ilə yanaşı, ixracın həcminin və coğrafiyasının genişlənməsinə də zəmin yaradıb. Bu ilin ilk 10 ayı ərzində 63.8 milyon dollar pambıq lifi və 19.1 milyon dollar pambıq ipliyi ixrac olunub və bu məhsullar üzrə artımlar müvafiq olaraq 2.3 dəfə və 41.2% təşkil edib. Kənd təsərrüfatı məhsullarının ixracının əsasını təşkil edən təzə meyvə ixracı 205.6 milyon dollar olmaqla artım 7.9%, təzə tərəvəz ixracı 169.2 milyon dollar olmaqla artım 6.8% təşkil edib. Bundan əlavə 29.6 milyon dollar kartof (artım 14.7%), 6.2 milyon dollar meyvə və tərəvəz konservləri (artım 50.6%) ixrac olunub.
- 2018-ci ildə aqrar sektorun infrastrukturunun yenidən qurulması istiqamətində hansı işlər görülüb?
- 2018-ci ildə cənab Prezidentin iştirakı ilə aqrar sahədə potensialın gücləndirilməsinə mühüm töhvə verə biləcək bir sıra kənd təsərrüfatı obyektlərinin açılışı olub. Əsaslı təmirdən sonra Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasıistifadəyə verilib. Aqrar elmin modernləşdirilməsi üzrə islahatlar çərçivəsində qeyd edilən müəssisələrlə yanaşı, digər elmi tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələrii tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. İnstitutlarda yaradılan potensial hesabına fermerlər yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək.
Bildiyiniz kimi, Qarabağ atının genefondunun qorunması və tarixi şöhrətinin özünə qaytarılması məsələsi dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsinə dövlət başçısının göstərdiyi qayğı və dəstək, eləcə də bu məqsəd üçün ayırdığı vəsait hesabına müasir tələblərə tam cavab verən Qarabağ Atçılıq Kompleksi istifadəyə verilib. İnfrastrukturun müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsiişi növbəti ildə də davam etdiriləcək.
2019-cu ildə qarşımızda aqrar sahənin dayanıqlı inkişafına ciddi təsir edə biləcək çoxsaylı vəzifələr durur. İlk növbədə Nazirlik tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin formalaşdırılmasını başa çatdırmalıyıq. Bu sistemin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.
Bundan başqa, intensiv inkişaf mexanizmlərinin daha sürətli tətbiqi hesabına məhsuldarlığın yüksəldilməsində ciddi nəticələrə nail olmalıyıq. Texnoloji transferlərin dəstəklənməsi və resursqoruyucu texnologiyaların fəal tətbiqi sayəsində iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılmasını və ətraf mühitin qorunmasını təmin etməliyik.
Növbəti ildə də Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Cənab Prezidentin aqrar sahədə qarşımıza qoyduğu vəzifə və öhdəliklərin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə edəcək, verilmiş tapşırıqların icrası yüksək səviyyədə təmin olunacaqdır.(teleqraf.com)
Xəbərin oxunma sayı : 430
Müsahibə
Xəbərlər
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
TOP 10
ARXİV