Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Media Reyestrinin qaydaları – Konstitusiyaya zidd praktika (MÜSAHİBƏ)

Tarix 24.10.22, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 14-dən Azərbaycan jurnalistlərinin reyestrində qeydiyyat başlayıb. MEDİA kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyevanın sözlərinə görə, reyestrdə qeydiyyatdan keçməyən jurnalistlər əvvəlki qaydada işləyə və istənilən dövlət qurumuna sorğu göndərərək cavab ala biləcəklər.

Lakin KİV-ə qarşı qarşı tələblər sərtdir. Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini xatırladıb ki, bu maddələrə görə, çap və onlayn media “qanunvericiliyə əsasən müvafiq cavabı” almaq üçün işə başlamadan 7 gün öncə Media Agentliyinə müraciət etməlidir. Bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. “Beləliklə, fəaliyyət göstərən KİV-lərin altı ay vaxtı var”, – Həsənli qeyd edib.

Bəs KİV qeydiyyatdan keçmirsə , keçmək istəmirsə, və ya MEDİA-dan imtina alırsa, o zaman necə olacaq? Şəfiyeva Turan-ın bu sualına cavabında bildirib ki, media haqqında qanuna əsasən, 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq.

Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev Turan-ın suallarını cavablayıb.

* * *

-Xalid bəy, belə çıxır ki, Media Reyestrinə qeydiyyat məcburidir?

– Media Agentliyinin rəsmilərinin açıqlamaları yekdil deyil, dolaşıqlıq var. Rəsmilərdən biri resyestrlə bağlı tələblərin yalnız reyestrə düşmək istəyində olan media və jurnalistlərə münasibətdə tətbiq ediləcəyini, başqa bir rəsmi isə 6 ay ərzində reyestrə qoşulmaq üçün müraciət etməyənlərin məhkəməyə çəkiləcəyini açıqlayıb. Bu, ilk növbədə qanunun dolaşıqlığını və onun icrasına məsul olanların özləri üçün belə anlaşılmaz məzmun daşıdığını təsdiq edir. Qanunun işığında qeydiyyatın məcburiliyinə gəlincə, belə tələbi, qaydanı tətbiq etmək istəyi ola bilər, çünki yeni qanunu qəbul etməyin məqsədi də elə daha çox nəzarət imkanı qazanmaq idi, ancaq məcburi qeydiyyat tələbinin qanun qüvvəyə minənədək fəaliyyətə başlamış medialara aid edilməsi tamamilə qanunsuzdur. Çünki, qanunun geriyə qüvvəsi yoxdur. Konstitusiyaya görə, fərdlərin və təşkilatların hüquqi durumunu yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi ola bilər. Bu baxımdan qeydiyyat məcburi ola bilməz, olacaqsa, bu, qanunsuz, Konstitusiyaya zidd praktika olacaq.

– Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini əsas gətirib. Amma bu vaxta qədər bu barədə söhbət açılmırdı. Eyni zamanda deyilir ki, bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. Qanunun rəsmi orqanlardakı dərcində bu maddələr yox idi. Bu vaxta qədər də müzakirəsi aparılmırdı. Birdən-birə haradan ortaya çıxdı bu məsələ?

– Bu məsələ birdən-birə ortaya çıxmayıb. Söhbət 62-ci və 73-cü maddələrdən, eləcə də keçid müddəalarından gedir. Təəssüflər olsun ki, bu qanun, “yanğından mal qaçırırmış” kimi qaçaraq, gərəkli ictimai müzakirələr süzgəcindən keçirilmədən qəbul edildi. Həmin vaxt bizim hüquqşunas Ələsgər Məmmədli ilə birgə qanun layihəsinə təkliflər hazırlamaq üçün bir neçə saat imkanımız oldu, yeri gəlmişkən, 40 səhifəyə yaxın həmin təkliflərimizdən yalnız bircə ifadə nəzərə alındı. Həmin təkliflərimizdə sözügedən maddələrə də toxunmuşduq. 73-cü maddənin tamamailə silinməsini və yenidən işlənməsini təklif etmişdik. 62-ci maddənin də eyni qaydada sui-istifadələrə yol açmaq potensialında olması səbəbindən dəyişdirilməsini təklif etmişdik. Ancaq dediyim kimi nəzərə alınmadı. Qanunun narahatlıq yaradan, ifadə və media azadlığına yönəlik təhdidləri özündə ehtiva edən maddələri kifayət qədərdir. İndilik tətbiq edilməsi gündəmdə olan cəmi 2-3 maddədir. Zamanı gəlincə, bütün maddələr tədricən işə düşəcək və bundan əvvəlcə tənqidi medialar, sonra bu layihəni alqışla qarşılayan bütün yerdə qalan medialar, jurnalistlər də öz “nəsibini alacaqlar”.

-Sizcə, bu qeydiyyat məsələsi və qeydiyyatdan keçməyən media orqanlarına 6 aylıq tələb qoymaqla nə etmək istəyirlər? Məqsəd nədir?

– Media, jurnalistika azadlığını mümkün olduğu qədər cilovlamaq. 90-cı illərdə başlıca məqsəd insanların başlıca informasiya qaynağı olan teleradio mediasını cilovlamaq idi. Bu məqsəd əldə edildi. Ardınca, teleradionun etimadlılığı xeyli aşağı düşdü, çap mediası, xüsusilə, qəzetlər insanların başlıca informasiya qaynağına çevrildi. Həmin vaxt çap mediasının cilovlanması başlıca məqsədə çevrildi. Uzun sürdü, amma bu məqsəd də əldə edildi. Bunun ardınca tədricən internet mediası insanların başlıca bilgi qaynağına çevrilməyə başladı. Bununla paralel olaraq, həmin media əsas hədəfə çevrilib. İnternet mediasının özəllikləri elədir ki, onu teleradio, çap mediasında olduğu kimi rahatlıqla ram etmək mümkünsüzdür. Burda ən effektiv vasitə insanları qorxutmaq, çəkindirmək, özünü senzuraya zorlamaqdır. Hazırda baş verənlərin üz qatında müxtəlif medialar görünsə də, başlıca məqsəd internet mediasının təsirini mümkün olduğu qədər azaltmağa nail olmaqdır.

– Belə çıxır ki, qeydiyyat üçün müraciət edən media orqanının qeydiyyata alıb-almamaq səlahiyyətini də Reyestr özündə saxlayır? Bununla da istədiyi medianı çıxdaş etmək imkanı qazanmırmı?

– Belə çıxır deməzdim. Məhz belədir ki, Avropa Şurasına üzv olmaq ərəfəsində Azərbaycanda ləğv edilən Mətbuat nazirliyinin bərpasına çalışılır. Əgər reyestr mexanizmi dediyiniz kimi tətbiq ediləcəksə, elə bir rejim, mexanizm yaradılması hədəflənmiş olacaq ki, qanuni jurnalistika fəaliyyəti ilə yalnız dövlətin icazə verdiyi şəxslər məşğul ola bilsin. Yerdə qalanlar daimi olaraq, qanuni basqı altında saxlanılsın və tədricən, mühitə mümkün olduğu qədər hakim olsunlar. Amma bu, doğru yol deyil, azad olmayan media, cilovlanmış ifadə azadlığı ilə yaxşı, firavan ölkə inşa etmək mümkün deyil. Həm də əvvəldə dediyimiz kimi internet mediası özəl xüsusiyyətlərə malikdir, onu ya Çin, İran, Koreyadakı kimi söndürməlisən, ya da azad buraxmalısan.

– Reyestrdən qeydiyyatdan keçməyən, qeydiyyatdan keçmək istəməyən, Reyestr tərəfindən çıxdaş edilən, məhkəməyə verilən, məhkəmə tərəfindən qapadılan media orqanlarının da Reyestri məhkəməyə vermək və qazanmaq perspektivi varmı?

-Bütün hallarda mübahisələndirmək olar. Əvvəldə qeyd etdiyimiz kimi, qanunun geriyə qüvvəsi məsələsi var. Konstitusiyanın tələbləri var. Qurulması hədəflənən mexanizm bu aspektdə qanuna uyğun deyil. Rahatlıqla mübahisələndirilə bilər və məhkəmələr ədalətli araşdırma apararlarsa, media, jurnalsitlər burda haqlı tərəf kimi təsdiqlənə bilər.

-Beynəlxalq konvensiyalar bununla bağlı nə deyir?

-Bu elə məsələdir ki, ona qarşı həm BMT məhkəmə alətlərindən, həm də Avropa Məhkəməsi alətindən istifadə etmək olar. Ən effektiv vasitə Avropa Şurasına üzvlüyün Azərbaycana qazandırdığı imkanlardır. Avropa Konvensiyası ifadə azadlığı hüququna təminat verir, həmin hüquqdan necə yararlanmanın təfsirini isə Avropa Məhkəməsi öz qərarları vasitəsilə təqdim edir. Bu praktikaya görə, bir medianı reyestr şərtlərinə uyğunsuzluq kimi hansısa texniki səbəblər göstərməklə qapatmaq, onun fəaliyyətə başlamasına imkan verməmək, aşkar şəkildə ifadə azadlığı hüququnun pozuntusu, senzuradır, bunun başqa hüquqi qiyməti yoxdur. Məsələn, AİHM Əhməd Yıldırım Türkiyəyə qarşı işi üzrə qərarında ifadə azadlığına məhdudiyyətlərin məzmunla bağlı ola biləcəyini, məzmunu çatdıran vasitələrə məhdudiyyətin yolverilməzliyini elan edir. Yəni, hansısa məqaləyə, şərhə, xəbərə, şerə, romana, əsərə müəyyən şərtlərə əməl etməklə məhdudiyyətlər tətbiq edilə bilər, ancaq həmin məzmunları çatdıran vasitələrə – qəzetləri, saytları, kanalları qapatmaq ifadə azadlığı hüququ çərçivəsini aşmaq deməkdir.



Xəbərin oxunma sayı : 703




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap